Qalxanvari vəzi ən asan yolla yoxlamaq üsulları

Qalxanvari vəzi ən asan yolla yoxlamaq üsulları
Xəstəliklər və müalicəsi
10.09.2017 36
Bu gün milyonlarla insan zob xəstəliyindən əziyyət çəkir. Bunların əksəriyyətini qadınlar təşkil edir. Qalxanabənzər vəz boynun ön qismində yerləşən, böyüklərdə ağırlığı 15-25 qram arasında dəyişən və hər biri 3 sm uzunluğunda iki pay ilə bu payları bağlayan "isthmus” adlanan körpüdən ibarət kəpənək formasında orqandır. Qalxanabənzər vəz T3 və T4 hormonlarını ifraz edərək ürək və sinir sistemi ilə əlaqədar funksiyaları yerinə yetirir. Balaca bir yeri tutmağına baxmayaraq, qalxanvari vəz bütün orqanizmə təsir edir. Qalxanvari vəz normada işləməyəndə insan əhvalsız, gücsüz, yuxulu olur. Qalxanvari vəzin funksiyasının pozulmasıyla bəzən riskli xəsətliklər də əmələ gələ bilər. Orqanizmdə yodu əsas sərf edən qalxanvari vəzdir. Bu vəz insanın zehni və fiziki inkişafı ilə bağlı prosesləri tənzimləyən - tiroksin və triyodtironin hormonlarını yetişdirir.



Bəs həkimə getmədən qalxanvari vəzi necə yoxlaya bilərik?



Qalxanvari vəzin vəziyyətini yoxlamaq üçün güzgü və su lazım olacaq.



Bir qurtum suyu ağzınıza alıb başınızı yuxarı qaldırıb, udqunaraq güzgüyə baxın. Bunu bir neçə dəfə edə bilərsiniz. Qalxanvari  vəzdə hər hansı çıxıntılar varsa, təlaşa düşmək lazım deyil. Həkimə müraciət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!