Xora xəstəliyinin ağırlaşmaları - xoranın deşilməsi və daxili qanaxma

Xora xəstəliyinin ağırlaşmaları - xoranın deşilməsi və daxili qanaxma
Xəstəliklər və müalicəsi
10.09.2017 18
Xora xəstəliyi olan insan öz sağlamlığına qarşı çox diqqətli olmalıdır - müəyyən pəhriz saxlamalı, ağır fiziki və emosional gərginliklərdən uzaq olmalı, həkimin nəzarətində olmalı, xəstəliyin kəskinləşməsi zamanı müalicə almalıdır və s.



Bu qaydalara əməl etməklə xora xəstəliyini tam kontrol etmək mümkündür ki, xəstədə fəsadlar və ağırlaşmalar inkişaf etməsin.



Lakin bəzi xəstələr bu xəstəliyin ciddiliyini dərk etmir və həkimlərin tövsiyələrinə əməl etmirlər - pəhriz saxlamırlar və s. Bu isə onlarda bir çox ağır fəsadların inkişafına yol açır.



Nəzərinizə çatdıraq ki, xora xəstəliyinin fəsadları insanın həyatı üçün olduqca təhlükəlidir və təcili cərrahi müdaxilənin tətbiqini tələb edir.



Xoranın deşilməsi

Mədə və 12 barmaq bağırsağının divarı bir neçə qatdan ibarətdir. Xora daxili qatı zədələyir. Lakin bəzən xora deşilə bilər ki, nəticədə mədənin və ya 12 barmaq bağırsağının möhtəviyyatı qarın boşluğuna düşür. Bu isə peritonit kimi ağır pozulmaya səbəb olur. Vaxtında müalicə olunmadıqda peritonit tez bir zamanda insanın həlak olmasına səbəb ola bilər.



Xoranın deşilməsi qarın nahiyəsində güclü ağrı ilə müşayiət olunur. Xəstə ayaq üstə dura bilmir, böyrü üstə, dizlərini qarnına sıxılmış vəziyyətdə ("embrion pozası") uzanır, alnında tər əmələ gəlir, hərarət artır. Xəstənin dili quru olur, qarın çox gərgin ("daş" kimi) və yastı. Peritonin inkişaf etdikcə xəstənin vəziyyəti daha da pisləşir.



Xoranın deşilməsinə şübhə yarandıda dərhal "təcili yardım" çağırmaq lazımdır. Xəstəyə hər hansı dərman, qida və s. vermək, qarın nahiyəsinə "qrelka" qoymaq olmaz.



Xoranın deşilməsi yalnız cərrahi üsulla müalicə olunur. Diaqnoz dəqiqləşdirdikdən sonra əməliyyat dərhal həyata keçirilir. Xoranın divarı bərpa olunur (tikilir), bəzən mədənin bir hissəsi xaric olunur.



Qanaxma

Bu da xora xəstəliyinin ağır fəsadlarından biridir. Xora xəstəliyi zamanı mədənin divarı tədricən "yeyilir" və nəticədə burada yerləşən damar partlaya bilər. Bu isə qaxili qanaxmaya səbəb olur.



Qanaxmanın simptomları:

- ani halsızlıq

- bayılma

- arterial təzyiqinin kəskin düşməsi

- qusma (al qan və ya qəhvəyi kütlə - laxtalanmış qan)

- duru qara nəcis ("melena" adlandırılır).



Bu simptomlar meydana çıxdıqda xəstə dərhal xəstəxanaya çatdırılmalıdır. Qastroskopiya müayinəsi tətbiq edilir və qanaxma mənbəsi təyin olunur. Müayinə zamanı qanaxma xüsusi üsullarla dayandırılır. Xəstə stasionar şəraitində bir neçə gün ərzində müalicə alır, həkimlər onun vəziyyətinə nəzarət edirlər. Əgər qanaxma davam edərsə, cərrahi əməlyyat aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!