Qadınlarda Diş daşları və Ağız qoxusu

Qadınlarda Diş daşları və Ağız qoxusu
Xəstəliklər və müalicəsi
10.09.2017 101
Diş daşının əmələ gəlmə səbəbləri nələrdir?

Diş daşının necə əmələ gəldiyini bilmək üçün diş daşının nə olduğunu bilmək
lazımdır. Diş daşı diş ilə diş əti arasında və ya diş ətinin altında, diş və
diş protezlərinin üzərində kirəc şəklində yığılmış kütlədir. Diş daşının
supragingival və subgingival növləri vardır. Supragingival diş əti səviyyəsinin
üzərində, subgingival diş əti səviyyəsinin altındadır. Diş daşının əmələ gəlməsinə
səbəb ağız gigiyenasının təmizliyinə düzgün əməl edilməməsidir. Dişlər düzgün və
vaxtında fırçalanmazsa  yemək  artıqları diş arasına girər və orada diş
daşının əmələ gəlməsinə səbəb olar. Diş daşının yaranmasında başlıca amil ağız
gigiyenası və diş fırçalama durur.



Diş daşı necə təmizlənir?

Diş daşı klinik şəraitdə ultrasonic cihazlarla və periodental alətlərlə təmizlənir.
Diş daşları mütləq təmizlənməlidir və altı aydan bir təkrar təmizlənməlidir. Təmizləmə
zamanı heç bir ağrı yoxdur, tamamilə ağrısızdır.



Diş daşlarını təmizlətmək dişlərə zərərlidirmi?

Diş daşlarını təmizləməyin dişlərə heç bir zərəri yoxdur. Xalq arasında deyilir
ki, diş daşını təmizləməyin dişlərə bir çox ziyanı vardır. Fikirləşmək lazımdır
ki, diş daşlarımı təmizləsəm və ya təmizləməsəm nə kimi hallar yarana bilər? Hər
ikisini fikirləşsək hansının faydasının daha çox olduğunu görəcəksiz. Diş daşı
təmizləndikdən sonra yarana biləcək bir çox fəsadların qarşısını ala bilər.
Çürüyün əmələ gəlməsi və ağızda qoxunun yaranması kimi halların qarşısı diş
daşı təmizləndikdən sonra alınır.



Diş daşları təmizlənməsə nə baş verə bilər?

Diş
daşı təmizlənməsə bir çox fəsadlar ortaya çıxar. Bunlardan ən vacibi ağız
qoxusu və diş əti iltihabının yaranmasıdır. Diş daşı hər altı aydan bir davamlı
olaraq təmizlənməlidir ki, baş verə biləcək mənfi halların qarşısı alınsın. Diş
daşının yaranması 48 həftəyə baş verir. 48 həftə içərisində formalaşdığı üçün 6
ayda bir dəfə təmizləməkdə fayda vardır. Diş daşı təmizləndikdən sonra mənfi fəsadların
heç biri ortaya çıxmayacaq.



Diş daşı diş əti xəstəliklərinə səbəb olurmu?

Diş daşı eyni zamanda dişəti xəstəliyinə də səbəb
olur. Eyni zamanda diş daşı təmizlənməzsə alveol sümüyün rezorbsiyası
(sorulması) baş verir ki, bu da dişəti çəkilməsinə səbəb olur, nəticədə diş
kökünün açığa çıxmasına sonradan dişlərin itirilməsimə da gətirib çixara bilər...



Qeyd: Çürük
dişlər, dişəti xəstəlikləri, düzgün qoyulmamış plomblar, düzgün hazırlanmamış
qapaqlar və s. ağızdan xoşagəlməz qoxu gəlməsinə səbəb olur və bu hal
insanlarda kompleks yaradır. İnsanlarda öz güvvən hissini itirir və bəzən ailələrin
dağılmasına qədər aparır...

Bütün bu problemlərlə qarşılaşmamaq üçün
vaxtında öz həkiminizə müraciət edin...



Hörmət və sevgilərlə Dr. Qara bəy Hacıyev

Mob: 055-348-35-25 (Whatsapp)

Facebook
adresimiz:  http://www.facebook.com/dr.haciyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!