Spermoqrammanın yaxşılaşması üsulları

Spermoqrammanın yaxşılaşması üsulları
Xəstəliklər və müalicəsi
10.09.2017 62
Əksər hallarda kişi sonsuzluğun səbəbi spermoqrammanın göstəricilərinin aşağı olmasıdır.

Məhz bu səbəbdən ailədə sonsuzluğun səbəbini aşkar etmək üçün kişiyə ilk növbədə spermoqramma təyin olunur.

Spermoqrammanın nəticələri müsbət olduqda kişi sonsuzluğu faktoru müzakirə edilmir.

Spermoqrammanın
nəticələri normalara uyğun olmadıqda isə kişi lazım olan digər
müayinələr  və müalicə üçün uroloqa və ya androloqa müraciət etməlidir.

Kişidə
aşkar olunan pozulmadan asılı olaraq həkim lazım olan dərman
preparatları təyin edir. Lakin həkimlərin ümumi fikirinə görə, kişi öz
həyat tərzində, qidalanmasındə və s. müəyyən dəyişikliklər etmədikdə, ən
müasir və yaxşı dərmanlar lazım olan müalicəvi effekt verməyəcək.

Beləliklə, sonsuzluqla bağlı müalicə alan kişilərə bəzi həkim məsləhətləri:

1. Müalicə
zamanı kişi bütün spirtli içkilərdən (xüsusilə pivədən, araqdan,
konyakdan) qəti şəkildə imtina etməlidir. Bu çox vacib şərtdir. Alkoqol
spermatogenez prosesinə (spermatozoidlərin yetişməsi) çox güclü mənfi
təsir edir - xayalarda olan Leydinq hüceyrələrini zədəliyir, cinsi
hormonların istehsalını və spermatozoidlərin hərəkətliliyini pozur,
morfoloji anormal spermatozoidlərin (ikiquyruqlu, quyruqsuz, başsız və
s.) sayının artmasına səbəb olur və s.

Həkimlərin
müşahidələrinə görə, içki düşkünlərin əksər hissəsi (bəzi məlumatlara
görə, 80%-i) tam sterildir. Bu o deməkdir ki, onların sperma mayesində
sağ spermatozoidlər yoxdur.

2.
Siqaretlərin çəkilməsi də spermatogenez prosesinə mənfi təsir edir. Bu
ziyanlı vərdiş damarların sıxılmasına səbəb olur ki, nəticədə orqanizmdə
qan dövranı pozulur. Çoxlu miqdarda siqaret çəkənlərdə testosteronun
(əsas kişi hormonu) sekresiyası pozulur, spermada spermatozoidlərin
konsentrasiyası azalır, spermatozoidlərin hərəkətliliyi pozulur və s.

3.
Yüksək hərarət spermatogenezin ciddi şəkildə pozulmasına səbəb olur. Bu
səbəbdən sonsuzluqdan müalicə olunan kişilərə isti vannaların qəbulu
(ilıq duşla əvəz olunur), sauna qəti şəkildə əks göstərişdir.

4. Həkim
tərəfindən təyin etdiyi dərman preparatlarla yanaşı arı məhsullarından
istifadə çox yaxşı effekt verir. Demək olar, bütün arı məhsulları (bal,
arı südü, perqa və s.) spermatogenezin yaxşılaşmasına kömək edir.     

5. İtburnu, dazı otu, jenşen
kökü kimi bitkilər də kişilərə çox xeyirlidir. Həkimlə
məsləhətləşdikdən sonra bu bitkilərdən də istifadə edə bilərsiniz.

6. Hirudoterapiya
(zəli ilə müalicə) də çox yaxşı effekt verir. Hirudoterapiya yerli qan
dövranı yaxşılaşdırır. Kiçik çanaqda qan dövranın pozulması durğunluğa
və nəticədə spermatogenezin pozulmasına səbəb ola bilər. Nəzərinizə
çatdıraq ki, hirudoterapiya müalicə metodu sayılır. Zəli ilə müalicə
yalnız həkim tərəfindən həyata keçirilə bilər!

7. Sperma
zülaldan ibarətdir. Bu səbəbdən kişilərdə qidalanmanın pozulmaları
(xüsusilə pəhrizdə zülalların azalması) spermatogenezə çox mənfi təsir
edir. Əksinə olaraq, sağlam və tamdəyərli qidalanma spermatogenezin
yaxşılaşmasına kömək edir. Sonsuzluqdan müalicə olunan kişinin
qidalanmasında mütləq lazım olan miqdarda zülallar olmalıdır. İlk
növbədə söhbət ət (yağlılığı az olan mal, dana, toyuq, dovşan əti),
balıq, yumurta (xüsusilə bildirçin yumurtası), süd məhsulları (xama,
qatıq, pendir) kimi qidalardan gedir.

Həkimlərin
müşahidələrinə görə, bəzi məhsullar spermatogenezin normallaşması üçün
xüsusilə xeyirlidir. Bu məhsulların arasında: dəniz məhsulları (krevet,
kalmar, dəniz molyuskları), qoz-fındıq, balqabaq tumları, sitrus
meyvələri, kələm, pomidor, acı qırmızı bibər, soğan, sarımsaq və s.

8. Müalicə
zamanı kişi mütləq fiziki aktiv olmalıdır (gündəlik ədən tərbiyyəsi,
piyada gəzintilər, üzgüçülük və s.) Bu da çox vacibdir. Lakin həddən
artıq idmanla məşğul olan kişilər (peşəkar idmançılar, kulturistlər və
s.) bir çox hallarda spermatogenezin pozulması ilə üzləşir.

9. Müalicənin
nəticələri müalicə başladıqdan 3 ay sonra qiymətləndirilə bilər. Təzə
spermatozoidlərin tam inkişafı məhz 3 ay ərzində baş verir. Beləliklə,
müalicə başladıqdan 3 ay sonra kişi təkrar spermoqramma verməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!