Fobiya nədir? Fobiyalardan qurtulmaq üçün nə etməliyik?

Fobiya nədir? Fobiyalardan qurtulmaq üçün nə etməliyik?
Xəstəliklər və müalicəsi
10.09.2017 29
Fobiyalar bir çox insanın həyatında var. Kimi yüksəklikdən, kimi insan
içinə çıxmaqdan, kimi təklikdən, kimi böcəkdən və ya təyyarədən qorxur.
Bu qorxulara görə də insanlar həyatlarını buna görə uyğunlaşdırmağa
başlayırlar. Misal üçün təyyarə qorxusu olan insan təyyarəyə minməz,
pişik fobiyası olanlar pişik olan yerlərə girməzlər.
Gəlin, əvvəlcə fobiyanın nə olduğuna və nədən qaynaqlandığına nəzər
salaq. Hər hansı bir təhlükə anında hiss edilən qorxu, güclü bir qaçma
istəyi, sürətli ürək döyüntüləri, əzələlərdə gərginlik kimi əlamətlərlə
yaşanan güclü hisslər fobiya adlanır. Fobiya yüksək dərəcədə hiss edilən
qorxudur. Əslində qorxu, təbiətindən dolayı təhlükə anında özünü
qorumağa yönələn insani baxımdan faydalı bir hissdir. Digər yandan
fobiyalar insanı təhlükə anında ikən qorusa da, günlük həyatına mənfi
təsir göstərə bilər.



Qorxu və fobiya arasında fərqlər nələrdir?

Qorxu həyatda qalmağımıza yardım edən bir hissdir. Misal üçün uçurum
kənarına yaxınlaşmamaq bizi aşağıya düşməkdən qoruyur. Fobiya isə bir
şeyə qarşı duyulan qorxunun çox böyük şəkildə hiss edilməsi və şəxsin
həyatına pis təsir göstərməsi halıdır. Qısacası fobiyalar insanın
qorxularının xronikiləşməsi və ya özünün də məntiqsiz qəbul etdiyi
qorxulardır.



Ən çox rast gəlinən fobiyalar hansılardır?

Fobiyaları 3 qrupa ayırmaq olar. Bunlardan biri sosial fobiyadır. Bu,
sosial topluluqlarda başqası tərəfindən izləndiyinin düşünülməsi,
pisləndiyini zənn etməsi kimi hallarla özünü göstərir. Belə insanlar bu
qorxunu yaşamamaq üçün sosial topluluqlarla görüşməməyə çalışırlar.

Digər
bir fobiya isə tək qalmaqdan qorxma, tək harasa getmə hallarına duyulan
qorxudur. Üçüncü tip fobiya isə hansısa əşyaya və bu kimi şeylərə
duyulan qorxudur. Bunlara: qapalı məkan, böcək, kəpənək, it, ucu iti
əşyalar və s. də daxildir.



Bəs fobiyalardan necə qurtulmaq olar?

Fobiyaların müalicəsində dərmanların rolu çox azdır. Hətta adətən
dərmanların zərərli olduğu da görülür. Yaxşı olar ki, dərman qəbul
etmədən öncə psixoloqunuza müraciət edəsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!