Xroniki yorğunluq sindromu istirahət etməklə keçməz

Xroniki yorğunluq sindromu istirahət etməklə keçməz
Xəstəliklər və müalicəsi
10.09.2017 23
İdman edin, stresdən uzaq olmağa çalışın və həddindən artıq iş yükündən qaçın.

6
aydan uzun müddətdir ki davam edən yorğunluqdan əziyyət çəkirsiniz?
Axşamlar tez yatırsınız, amma yenə də səhərlər çox yorğun oyanırsınız?
Diqqətinizi heç cür toplaya bilmədiyiniz və depressiv olduğunuz üçün iş
həyatında problemlərmi yaşayırsınız? Lazımi enerjini tapa bilmədiyiniz
üçün bir müddətdir sosial həyatınızdan uzaqmı qalırsınız? Cavabınız
"bəli”dirsə, diqqətli olun, bu problemlərinizin altında yatan səbəb son
zamanlardakı yorucu iş rejiminiz deyil, "Xroniki yorğunluq” sindromu ola
bilər.
Adətən yorucu iş rejiminə sahib olanlar, mükəmməliyyətçi insanlar,
yüksək vəzifəli idarəçilərdə görülən xroniki yorğunluq sindromu, sadəcə
azacıq yorğunluq və istəksizlik kimi əlamətlərlə ortaya çıxa biləcəyi
kimi, iş həyatındakı verimdə ciddi dərəcədə eniş və sosial həyatdan
qopma kimi problemlərə yol aça biləcək qədər şiddətli seyr edir. Hətta
insanı günlük fəaliyyətlərini belə edə bilməyəcək səviyyədə baxıma
möhtac hala belə gətirə bilər. Zənn edilənin əksinə sindrom istirahət
etməklə keçmir. Bu sindromdan qurtulmağın ən təsirli yolları arasında
isə davamlı şəkildə idman etmək, streslə mübarizə aparma üsullarını
bilmək və ağır iş yükünü yüngülləşdirmək var.

Xroniki yorğunluğun
hədəfi adətən qadınlardır. Günümüzün geniş yayılmış xəstəliyi olan
xroniki yorğunluq sindromu, 6 aydan uzun müddət davam edən, boğaz,
əzələ, oynaq ağrısı, ürəkbulanma və diqqətdə yayınma kimi halları da
özündə göstərən, davamlı və təkrarlayıcı olması ilə yanaşı, bir çox
sistemi tutan bir xəstəlikdir. Üstəlik buna depressiya da qoşula bilir.
Yaranma səbəbi bilinməyən bu sindromun biolojimi, yoxsa psixoloji bir
xəstəlikmi olduğu hələ də müzakirə mövzusudur. Bu sindromun 30-50 yaş
qrupunda, xüsusilə qadınlarda görüldüyünə işarə edən psixoloqlar bu
faizin yüzdə 70-ə yaxın olduğunu bildirir.

Fiziki, ruhi və zehni əlamətlər ilə ortaya çıxan xroniki yorğunluq
sindromuna aşağıdakı əlamətlər də qoşulursa, diqqət edin, sizdə xroniki
yorğunluq sindromu ola bilər!

- Diqqət yayınması və unutqanlıq

- Əzələ ağrısı

- Boğaz ağrısı

- Oynaq ağrısı

- Uzun müddət davam edən yuxu pozğunluqları

- İdmandan sonra halsızlıq

- Enerji itkisi

- Ürəkbulanma

- Özünə, işinə və həyata qarşı neqativ düşüncələr, hüzursuzluq

- Depressiya



Enerjinizi geri qazanmağın üsulları:


- İş və şəxsi həyatınızda yeni strategiyalar müəyyən edin. İş yerində komanda işi aparın, öyrənmə xarakterli işlərə qoşulun.

- Stress səbəblərinizi tanıyın, bu səbəbləri idarə edin və sizi idarə etməsinə icazə verməyin.

-
Fəaliyyət gündəliyi yaradın. Gündəliklər çox az və ya çox işlədiyinizi
anlamağınıza, bu sayədə də davamlı və həqiqi hədəflər müəyyən edib,
tətbiq etməyinizə köməkçi olacaqdır. Hədəfləri asandan başlayaraq
artırın. Dincəlməyə ayırdığınız vaxtınızı gedərək azaldıb, hədəflərinizi
kiçik hissələr halına gətirərək günə, daha sonra həftələrə bölə
bilərsiniz.

- İş mühitinizi yenidən tərtib edin. Yəni həddindən artıq
iş yükündən qaçın, işlər arasında dəstək və sosial əlaqələrinizi
artırın, üzərinizə götürdüyünüz məsuliyyətinizi azaltmağa çalışın.

- Yuxu rejiminizə diqqət edin. Gün ortasında yatmamağa çalışın.

- Əzələlərinizi açıcı idman hərəkətləri edin.

- Bol vitaminli və minerallı qidalar qəbul etməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!