Zamanın idarə edilməsini unudun və stressin idarə edilməsinə diqqət yetirin

Zamanın idarə edilməsini unudun və stressin idarə edilməsinə diqqət yetirin
Xəstəliklər və müalicəsi
10.09.2017 10
Zamanın idarə olunması, adətən, kitablarda və oxuduğumuz məqalələrdə
qalır. Həqiqi həyatda qarşımıza çıxan və öhdəsindən gəlməli olduğumuz
əsas şey isə stressin idarə olunmasıdır. Həyat sizə üst-üstə streslər
yükləyərək bunları idarə etməyinizi gözləyir, zamanınızı deyil. İş
həyatında, şəxsi həyatda, ailə münasibətlərində daimi olaraq çoxlu
stress yaşadığımız anlar ola bilər. Bəs stressi necə idarə edəcəyik?



1. Bir iş planı hazırladığınız zaman üstünlüyü ən çətin olanlara verin.

Beləcə
daha sonralar daha az stresli olarsınız. Bu, çox bəsit bir məsələdir.
Ən başda çox streslisiniz, çünki bitməmiş işlər var. Bu zaman ən stresli
işləri ən əvvəl tamamlamalısınız. Onda işlərinizi gördüyünüz müddət
ərzində stresdən də qurtulmuş olarsınız.



2. Əgər stresdən işinizi görə bilməyəcək haldasınızsa, onda beyninizi dincəltmək üçün qısa bir gəzintiyə çıxın. 

Qaçmayın, gəzin. Sakitləşmədən geri qayıtmayın. İnanın ki, bu, son dərəcə faydalı olacaqdır.



3. Əylənmək üçün nəsə oxuyub izləyin.

Əyləncəli olduğunu düşündüyünüz şeyləri bir yerdə siyahıya qeyd edin və ehtiyacınız olduğu zaman onları reallaşdırın.



4. Nizamlı şəkildə nəfəsinizi idarə edin.

Gündə bir neçə dəfə dərin nəfəs alın və verin. Xüsusilə bir işdən digərinə keçmədən öncə bu, çox faydalı olur.



5. İdman zalına gedin.

Bu zaman həm daha sağlam qalacaq, həm də özünüzə zaman ayırmış olacaqsınız.



6. Diqqətinizi dağıdan hər şeyi yox edin.

Bəli,
hər şeyi. İş masanızda diqqət dağıdıcılardan tez-tez zəng çalan
telefonlara, açılıb-bağlanan qapılara qədər həll yolu tapın.



7. Bir işi bir oturuşda bitirməyə çalışın.

Günorta
istirahətindən bir saat sonra bunun üçün ən uyğun zaman olduğunu demək
olar. Yeyib-içmək ehtiyacınız yoxdur, oturun və işinizi oturduğunuz
yerdən qalxmadan bitirin. Nadirən telefonunuza baxa bilərsiniz.



8. Sizə yaxşı təsir edən qidalardan istifadə edin.

Hansı qidaların sizə yuxu və diqqət dağınıqlığı gətirdiyini müəyyən edin və bunlardan uzaq olmağa çalışın.



9. Etməli olduğunuz şeyləri gün bitmədən tamamlayın.

Axşam
və gecə işləməyi düşünürsünüzsə, bu vaxt üçün daha əyləncəli işlər
saxlayın. Beləcə, gün bitimində stresli olmazsınız və yuxu ilə bağlı
probleminiz də olmaz.

Streslə mübarizə apara bildiyinizdə hər şeyə vaxtınız olduğunu
anlayacaqsınız. Əgər sizin də streslə mübarizədə öz üsullarınız varsa,
fikirlərinizi bizimlə bölüşməyi unutmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!