Şəxsiyyət haqqında anlayış

Şəxsiyyət haqqında anlayış
Xəstəliklər və müalicəsi
10.09.2017 22
Müasir
psixologiyada şəxsiyyət problemi. Şəxsiyyət problemi elmin müxtəlif
sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində
dayanan mühüm problemlərdən biri olmuş və müasir dövrdə də öz
aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun
fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümu­miyyətlə şəxsiyyət
anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir
daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.
İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq
izlərinə və s. görə deyil şəxsiyyətlərinin xarakte­ristikasına görə də
bir-birlərindən fərqlənirlər. İnsanları göz­lərinin rənginə, səslərinin
tembrinə və ya digər biofiziki xüsusiy­yətlərinə görə xarakterizə etməyə
nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir.
Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Onun adekvat şəkildə
anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin mühüm
amillərdən bir neçəsini nəzərdən keçirək.

1. İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən
deyildir. O, bir sıra amillərin, şəraitin, imkanların və
determinantların təsiri altında formalaşan psixoloji törəmədir.

2. İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa da yalnız
onlardan asılı bir törəmə kimi şərh oluna bilməz, çünki o formalaşdığı
həmin əsası dialektik olaraq rədd edir.

3. İnsan davranışının determinasiyasında şəxsiyyətin mühüm əhəmiyyət
kəsb etməsi barədə çoxlu  nəzəriyyə və konsepsiya mövcuddur ki, bunların
bir çoxunun «şəxsiyyət» anlayışını şərh etməsi
ziddiyyətlidir.                    

4. Nəhayət, şəxsiyyəti anlamaq insan fenomenini anlamaqla birbaşa
əlaqədardır. Şəxsiyyət yalnız o zaman insanın əsası, özəyi kimi, onun
başlıca parametri, onun eyniləşdirmə vasitəsi kimi şərh oluna bilər ki,
antropologiya və insan haqqında biliklər insanın öz təbiətini anlamaq
səviyyəsinə yüksəlmiş olsun.

Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi imkanlarının
mümkün olduğunu rədd etməyə imkan vermir. Əksinə, şəxsiyyət problemi
barədə son nəzəri və eksperimental tədqiqatlar onun öyrənilməsi
imkanlarını artırır.

«Şəxsiyyət» sözü Azərbaycan, rus və ingilis dillərində maraqlı və
faktiki olaraq eyni etimologiyaya malikdir. Azərbaycan dilində
«şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan «şəxs» sözündən götürmüş və
hər hansı bir konkret şəxsi, simanı bildirir. Rus dilində «şəxsiyyət»
(liçnostğ) sözü də «liüo», «liçina» (üz, sifət) sözləri ilə bağlıdır.
İngilis dilində «şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz
əsasını iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür ki,
bu da bir növ «vasitəsilə danışır» mənasını ifadə edir. Sonralar qədim
Yunanıstanda  və Rim imperiyasında bu söz teatr tamaşasında aktyorun
«maskası» şəklində özünü büruzə vermişdir. Adətən, səhnə hərəkətindən
asılı olaraq «masqa» dəyişilir, aktyor rola daxil olur. Lakin, yalnız
xeyli vaxt keçdikdən sonra «persona» sözü hazırki dövrdə daşıdığı məna
yükünü daşımağa başlamış, «personality» – «şəxsiyyət» mənasında
işlənməyə başlan­mışdır.

Qeyd edilənlərdən göründüyü kimi, insanın şəxsiyyəti birbaşa və
dolayı mənada onun siması, sifətidir. Birbaşa mənada insanın siması,
sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri, formaları,
çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından
fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu
müəyyənləşdirə bilirik. Təsadüfi deyildir ki, şəxsiyyəti eyniləşdirməklə
bağlı bütün sənədlərdə onun sifətinin (üzünün) şəkli olması tələb
edilir. Bununla yanaşı olaraq bizim sifətimiz emosiyalarımızın,
hisslərimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəçisinə
çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri- verbal yolla da,
zəngin mimiki imkanlarımızın köməyilə də ünsiyyətə girmək imkanı verir.
Dolayı mənada, insan şəxsiyyəti onun «ruhunun», başqa sözlə, onun bütün
psixi təzahürünün «sifətidir». İnsana məxsus olan fərdi-psixoloji
xassələrin təzahür xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna,
davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və
onun gələcək davranışının  istiqamətini proqnozlaşdırmağımız heç kimdə
şübhə doğura bilməz.

Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik
ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyni­ləş­dirməsinə imkan verən
davamlı fiziki və psixi xarakteristikasının məcmuundan ibarətdir.

Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan,
öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan
adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət
göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə
girməyi bacaran konkret canlı insandır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!