Ofis xəstəliklərindən qorunmaq üçün nə etmək lazımdır?

Ofis xəstəliklərindən qorunmaq üçün nə etmək lazımdır?
Xəstəliklər və müalicəsi
10.09.2017 22
Hərəkətimizi
təmin edən əzələ skelet sisteminin xəstəlikləri, 18-64 yaş qrupundakı
çalışan insanlarda funksional məhdudluğa səbəb olan faktorlar arasında
ilk sırada iştirak edir. Evdə və ya iş yerində səhv duruş, məşqdən əvvəl
səhv gərinmə hərəkətləri və ya şüursuz idman tendinit riskini artıra
bilir.

Ən
sıx görülən peşə əzələ skelet sistemi xəstəlikləri boyun ağrısı,
miyofasial ağrı sindromu, dirsək və əl biləyində sinir sıxışması,
tennisçi və qolfçu dirsəyi, çiyin oynağında əzələ sıxışması, tendinit və
bursit kimi bədənin üst tərəfini maraqlandıran xəstəliklərdir. Bu
xəstəliklər iş əsnasında mövqenin pis olmasına, təkrarlayıcı və şiddətli
fəaliyyətlərə, stressə, fasilə vermədən işə, iş şərtlərinin pis
olmasına bağlıdır.

Ofis xəstəliklərindən qorunmaq üçün nə etmək lazımdır?

Çalışma
mühitini yaxşı qiymətləndirilərək yeni tənzimləmələr edilməlidir. İş
masasında iştirak edən kreslo, masa, ekran, klaviatura və siçan kimi
vəsaitlərin sağlamlığa uyğun olmasına diqqət yetirilməlidir.

Düz bir duruş çox əhəmiyyətlidir.

Tez-tez oturuş mövqeyi dəyişdirilməlidir.

İşə 5-10 dəqiqədə olsa aralayar verərək masa başında edilə biləcək sadə məşqlər edilməlidir.

İşçi
onurğa quruluşuna, boy və kilosuna uyğun yüksəkliyi nizamlaya bilər,
asanlıqla yer dəyişdirə bilmək üçün təkərli bir iş kreslosu seçməlidir.

Masaya yaxın oturulmalıdır.

Oturarkən ayaqlar uzadılmamalıdır.

Ayaqlar yerə basarkən yerə paralel olmalıdır.

Monitoru
gözlərinizdən ən az 65 sm uzağa və göz səviyyəsindən bir az aşağıya
yerləşdirməlidir və ekrandakı yazıları görə bilmirsinizsə monitor
yaxınlaşdırılmamalı, yazı xarakterinin ölçüsünü artırmamalıdır.

Klaviatura və siçan dirsək səviyyəsində olmalıdır.

Ön qol və biləklər yerə paralel dayanmalıdır.

Klaviatura ən az güc sərf edəcək şəkildə yerləşdirilməlidir.

Telefon, siçan kimi iş vasitələrinə uzanarkən məcburedici hərəkətlərdən qaçınılmalıdır.

Dirsək və biləklərinizi sərt səthlərə söykəməyin, bu bölgələrə istiqamətli qoruyucu pedler istifadə edilməlidir.

 Bəzən
siçanın olduğu yeri dəyişdirərək, sağdan sola götürərək fərqli əllər
istifadə edilməlidir. Fərqli əzələləri işlətmək çox işdən ötəri şikəst
olma riskini azaldar.

Gün boyunca
müəyyən vaxtlarda ayağa qalxıb kreslo nizamlanmalıdır. Kreslonun
nizamının dəyişdirmək oynaqların duruş dəyişdirməsini təmin edər və
beləcə kreslonun səbəb olduğu əzələ gərilmələri və toxu əzilmələrindən
qorunmuş olunar.

Uyğun məşqlər
ofis ergonomisi proqramının tamamlayıcılarıdır. Hər yarım saatda 30-60
saniyəlik gərmə məşqləri, qan dövranını nizamlayar, müəyyən bir mövqedə
uzun müddət oturmaqdan yaranan narahatlığı azaldar, məhsuldarlığı
artırar və səhv etməyin qarşısını alar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!