Uğursuz süni mayalandırma prosedurlarına qarşı effektiv yöntəm!

Uğursuz süni mayalandırma prosedurlarına qarşı effektiv yöntəm!
Xəstəliklər və müalicəsi
10.09.2017 42
Süni mayalandırma müalicəsində ən önəmli mərhələlərdən biri olan embrion istehsalı və izlənilməsi getdikcə geniş yayılan kameralı inkubatorlar sayəsində artıq canlı olaraq günün hər saatında izlənilə bilir.

 

Mütəxəssislər  5 ildən çox müddətdir ki, tətbiq edilən embrion izleme metodunun xüsusilə yumurta hüceyrə sayı məhdud olan və ya təkrarlanan uğursuz süni mayalandırma prosedurları olan cütlüklərdə olduqca effektiv olması öz təsdiqini tapıb. 

Yeni istehsal olunan cihaz olmasına görə istifadəçilər və müalicə alan xəstələr arasında "Embrioskop” adlandırılan bu sistemlər ilə həm daha sağlam bir embrion əmələ gəlməsi təmin olunur, həm də detallı analizlər nəticəsində hamiləliyin baş verməsi ehtimalı ən yüksək embrionun seçilə bilməsi ilə hamiləlik saylarında artım əldə edilir. 

Dünyada 2010-cu ildən etibarən effektiv şəkildə tətbiq edilən bu cihazların Türkiyədəki ilk və ən geniş istifadəçisi olan Bahçeci Sağlık Grubu’ndan Embriyoloji Laboratoriyaları direktoru dr.Necati Fındıklı sünimayalandırma müalicəsi görəcək ana namizədlərə və cütlüklərə bu texnologiya barədə əhəmiyyətli məlumatlar verib.

Xüsusilə son 20 ildir rutin müalicələrdə embriyonlar üzərində gözləmə şansının olmadığı bir çox detal və bilgiyə bu cihazlar sayəsində artıq rahatlıqla nail oluna bilər. Dr. Fındıklının sözlərinə görə əldə edilə bilən məlumatlar əsasında müalicədə maksimum uğur qazanmaq üçün doğru qərarlar və seçimlər əldə edilir:

"Həyata keçirdiyimiz tədqiqatlardan sonra bu cihazların xüsusilə yumurta hüceyrə sayı az olan və ya təkrarlanan uğursuz süni mayalandırma prosedurlarından keçən cütlüklər üçün olduqca effektiv olduğunu görürük. Bununla yanaşı, laboratoriya keyfiyyəti, bazası və keyfiyyətə nəzarət sistemlərinin yüksək səviyyədə olmadığı süni mayalandırma mərkəzlərində standart inkubasiya sistemlərində olduğu kimi eyni nailiyyətləri əldə etmək mümkündür.  

Embrioskop ilə həmçinin embriyonların laboratoriya içərisində mümkün olan ən əlverişli şəkildə inkişafını təmin etdiyindən laboratoriyalarda embriyon inkişafı etaplarında xarici mühitdən qaynaqlana biləcək riskləri aşağı salır. Bu şəkildə xəstələr embrionları sanki öz yumurtalıqlarında olduğu kimi  inkişaf etdirə bilirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!