Endokronologiya

Endokronologiya
Xəstəliklər və müalicəsi
10.09.2017 25
Endokrinologiya

Endokrinologiya
- endokrin sisteminin quruluşu, funksiyaları, xəstəlikləri, bu
xəstəliklərin yaranma mexanizmləri, profilaktika, diaqnostika və
müalicəsi ilə məşqul olan klinik təbabət sahəsidir.

Endokrin
sistemi orqanlarında sintez olunan hormonlar orqanizmin demək olar ki,
bütün həyati vacib prosseslərinə rəhbərlik edən bioloji aktiv
maddələrdir. 

Boy,
çəki, cinsi yetişkənlik, nəsilartırma (reproduksiya) funksiyası və
bütün orqan və sistemlərin birgə fəaliyyətinin keyfiyyəti qandakı bu və
ya digər hormonların miqdarı ilə təyin olunur.

Hipotireoz
və akromeqaliya, şəkərli diabet və piylənmə, osteoporoz və erkən
menopauza, diffuz toksik zob, hipotalamik sindrom və endokrin mənşəli
sonsuzluq və.s. kimi problemlərlə endokrinoloqlar məşğul olur.

Diaqnozun
təsdiqlənməsi üçün laborator  instrumental müayinələrin, həmçinin
hormonların konsentrasiyasının radioimmunoloji yolla təyininin
nəticələrinin olması vacibdir.

Müalicə
klinik situasiyadan asılı olaraq pəhrizdən, konservativ, cərrahi,
neyrocərrahi və ömür boyu davam edəcək əvəzləyici hormonal terapiyadan
ibarət ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!