Allergik xəstəliklər

Allergik xəstəliklər
Xəstəliklər və müalicəsi
10.09.2017 67
Allergik xestelikler

Allergiya
termini (yunanca allas-fərqli, erqon-təsir sözlərindən ibarətdir) ilk
dəfə avstraliya pediatrı Klemens Fon Pirke tərəfindən təklif edilmişdir.

Allergiya
 orqanizmin əvvəllər təmasda olduğu və sensibilizasiyaya səbəb olmuş
müxtəlif maddələrə qarşı yüksək həssaslıqla xarakterizə olunan dəyişmiş
reaktivliyidir. Allergiyanın əsasında orqanizmin antigen rolu oynayan
hər hansı bir maddəyə immun cavabı  iltihab durur.

Əsasında
toxumaların ekzogen allergenlərə qarşı immun cavabı nəticəsində
zədələnməsi duran xəstəliklər allergik xəstəliklər qrupuna daxildir.

Allergik xəstəliklərin bir sıra növləri mövcuddur:

- respirator allerqozlar,

- dermatoallerqozlar,

- həzm traktı allerqozları,

- gözün allergik xəstəlikləri,

- generalizasiya olunmuş allergik sindromlar (anafilaktik şok, Layyel və Stivens-Cons sindromları, zərdab xəstəliyi və.s.)



Respirator
allerqozlar  tənəffüs sisteminin müxtəlif şöbələrinin allergik
zədələnməsi ilə xarakterizə olunan xəstəliklər qrupudur. Klinik
formaları:

1. Yuxarı tənəffüs yolları allerqozları allergik rinitlər, sinusitlər, tonzillit, faringit və laringitlər, traxit və bronxitlər.

2. Bronxial astma.

3. Allergik pnevmaniya və alveolit.



Respirator
allerqozların müalicəsi xəstənin allergen mənbəyindən uzaqlaşdırılıması
ilə başlanır. Antilustamin preparatları təyin olunur (peros, parenterol
və ya yerli). Damardaraldıcılar, bəlğəmgətiricilər, göstəriş olarsa,
qlükokortikoidlər təyin olunur. 

Fizioterapevtik
prosseduraların müsbət effekti olur. Allergeni təyin etmək mümkün
olursa, spesifik desensibilizasiyaedici müalicə aparılır.

Allergeni təyin etmək mümükün olmadıqda qeyri-spesifik desensibilizasiyaedici müalicə (histqlobulin, histamin) təyin olunur.

Qida
allergiyası müxtəlif qida maddələrinə qarşı allergik reaksiyanın
yaranmasıdır. Qida allergiyası dəri-respirator və dəri-instenstinol
sindromlarla təzahür edə bilir.



Müalicəsi:
allergiyaya səbəb olmuş və ola bilən qidaların qəbulunun
dayandırılması, mədə turşuluğunu artıran və ödqovucu preparatların
təyini, işlədicilərin təyini, mədənin yuyulması, təmizləyici imalə.
Antihistamin preparataların təyini. Ağır hallarda  qlükokortikoidlərin
təyini. Qeyri-spesifik desensibilizasiyaedici terapiya(histoqlobulin).



Dərinin
allergik xəstəliklərinə dermatit, ekzema, neyrodermit aiddir.
Dermatoallerqozların müalicəsi digər allergik xəstəliklərin müalicə
taktikasındakı prinsiplər əsasında aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!