Səhərə yaxın ortaya çıxan öskürəyə diqqət!

Səhərə yaxın ortaya çıxan öskürəyə diqqət!
Xəstəliklər və müalicəsi
10.09.2017 8
Dünyada təxminən 300 milyon insana təsirsiz ötüşmədiyi təxmin edilən
astma xəstəliyi müvafiq müalicə və qıcıqlandırıcı faktorlardan uzaq
durulması sayəsində xroniki hala keçmədən nəzarət altına alına bilər.

Erkən
dövrdə mütəmadi olan astma şikayətləri vaxtında nəzarət altına
alınmazsa, həyat boyu davam edən ciddi sağlamlıq problemlərinə yol aça
bilər.

Xüsusilə yay aylarında ortaya çıxan astma tutmalarının yaşam
keyfiyyətini azaltmaması üçün bəzi tədbirlərin görülməsi tələb olunur.
Memorial Ankara Xəstəxanası Sinə Xəstəlikləri Bölməsindən prof. dr.
Metin Özkan yay aylarında astma xəstəliyi ilə bağlı diqqət edilməsi
lazım olan məqamlar haqqında məlumat verib.

 

Səhərə yaxın ortaya çıxan öskürəyə diqqət edin!

Astma
qəbul edilən havanı hava kisəciklərinə ötürən və hava yolları deyilən
kiçik borucuqların daralması nəticəsində ortaya çıxan xəstəlikdir.
Xəstəlik hava yollarının tıxanmasının səbəb olduğu öskürək tutmaları
şəklində özünü göstərir. Astma xəstələrinin həkimə müraciət etmə
səbəbləri əsasən öskürək, nəfəs darlığı, xırıltılı nəfəs alıb-vermə və
sinədə sıxılma hissidir.

Bu əlamətlərin astma diaqnozunun qoyulmasına
dəlalət edən xüsusiyyətləri isə təkrarlanan olmaları, gecə və səhərə
yaxın ortaya çıxmaları, bəzən allergik maddələrə məruz qalınması və ya
idman məşqlərindən sonra baş verməsidir. Bu əlamətlər öskürək tutmaları
arasındakı intervalda baş vermir, bu müddətdə xəstələr özlərini yaxşı
hiss edir. Astmanın diaqnozu xəstənin detallı tarixçəsi, müayinənin
nəticələri və tənəffüs yollarının funksiyası testləri ilə qoyulur.

 

Həddindən artıq sevinmə və kədərlənmə hissi də astmanı qıcıqlandıra bilər

Bəzi
qıcıqlandırıcı maddələr və qıcıqlandırıcı hallar astma və digər
allergik xəstəliklərin əlamətlərinin ortaya çıxmasına səbəb ola bilər.
Xüsusilə yay aylarında astma və allergiya xəstələri bu narahatlığı
yarada biləcək, şikayətlərini artıra biləcək bir çox amillə qarşılaşır.

Hər
xəstədə fərqli olan bu qıcıqlandırıcı amillər tozcuqlar, allergik
maddələr, tənəffüs yolları infeksiyaları, yorucu fiziki aktivlik, hava
çirkliliyi kimi sıralana bilər. Bəzi ağrıkəsicilər və ürək-damar
xəstəliklərində istifadə olunan beta-blokator deyilən dərmanlar da
astmanı yarada biləcək xüsusiyyətlərə malikdir. Emal edilmiş kartof,
pivə və şərab kimi sulfid və qoruyucu maddə ehtiva edən bəzi qidalar,
reflyu xəstəliyi, həddindən artıq sevinmə və ya kədərlənmə kimi güclü
hisslər də astmanı qıcıqlandıra bilər.

 

Dərmanlarınızı təsadüfi şəkildə qəbul etməyin

Astmanın
müalicəsində iki növdə dərman qrupundan istifadə olunur. Bunlar
xəstələri müalicə edən və rahatladıcı dərmanlardır. Astmanın
müalicəsində hansı dərmanların nə qədər müddət və hansı hallarda
istifadə olunacağı mütləq həkim tərəfindən təyin olunmalıdır.

 

Yay
aylarında qıcıqlanan astma və digər allergik xəstəliklərin təsirlərini
azaltmaq üçün görülməsi labüd olan tədbirlər isə bunlardır:


- Quru havalarda külək varsa, bayıra çıxmamaq məsləhətdir.

- Allergenlərin havaya qarışmasına səbəb olan otbiçmə, ot təmizləmə kimi bağçılıq işlərindən uzaq durulmalıdır.

- Tətil üçün seçilən otel və ya bağ evi allergenlər baxımından gözdən keçirilməlidir.

- Açıq havada idman hərəkətləri edərkən ifrata varılmamalıdır.

-
Bayıra geyilən paltarlar evə qayıdan zaman dəyişdirilməli və duş qəbul
edilərək dəridəki və saçlardakı allergenlər təmizlənməlidir.

- Yay aylarında paltarlar, dəsmal və çarşablar tozcuqların yapışmasının qarşısını almaq üçün bayırda  qurudulmamalıdır.

-
Evdən çıxarkən geniş kənarlı eynəklərdən istifadə olunmalıdır. Çox
allergik xüsusiyyətə sahib olan insanlar və astma xəstələri allergiya
maskalarından da istifadə edə bilərlər.

- Polenin (zəncirotu tozcuqları) çox olduğu dövrlərdə şikayətlər başlamadan allergiyaya qarşı dərmanlar qəbul edilməlidir.

- Polen sıxlığının çox olduğu saatlarda qapı və pəncərələr qapalı saxlanmalıdır.

- Polen miqdarının çox olduğu günün ilk saatlarında açıq havada fəaliyyətdən uzaq durulmalıdır.

-
Evdə və maşında pəncələrin açıldığı hissələrdə texniki xidməti nizamlı
olaraq aparılan və polen filtrli kondisionerlərdən istifadə olunmalıdır.

- Yaşayış sahələrinin nəm nisbəti aşağı səviyyədə saxlanmalıdır.

- Ev təmizliyində HEPA filtrinə malik vaakumlu süpürgədən istifadə olunmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!