Heyvanlardan keçən xəstəliklər

Heyvanlardan keçən xəstəliklər
Xəstəliklər və müalicəsi
10.09.2017 57
Mal çiçəyi xəstəliyi: Xəstəlik ilk əvvəl mal-qaraya təsir edir. Ancaq
insanlarla yanaşı bütün məməli heyvanlar üçün də yoluxucudur.

Bu xəstəlik əvvəllər əsasən heyvanlar əllə sağılarkən əllərə keçirdi.

 

Dang
humması (dang qızdırması)
: Günümüzdə, bir qitədən digərinə səyahətin
çətin olmadığı bir dövrdə səyahət yalnız insanlar üçün deyil, heyvanlar
üçün də məqbuldur. Məsələn, Asiya pələng ağcaqanadı. Bir çox ekzotik
heyvan kimi o da ticarət və ya gəmi səyahəti zamanı Avropaya daşınır və
bu ağcaqanad Dang humması xəstəliyini yoluxdurur.

 

Tutuquşu
xəstəliyi
: Zoonoz xəstəlik (heyvanlardan insana keçə bilən xəstəliklər)
olan tutuquşu xəstəliyi xüsusilə uşaqlar və zəif immunitetə sahib olan
yetkin insanlar üçün təhlükəli ola bilər. Bakteriyaların səbəb olduğu bu
xəstəliyin daşıyıcıları adətən tutuquşular və göyərçinlərdir. Əsasən
heyvanın quru nəcisindən insana keçir. Mikrob tozla birlikdə havaya da
yayılır.

 

Quduzluq: Quduzluq xəstəliyi öldürücü ola
bilər. Beyində ölümcül zərərlərə yol açan kəskin xəstəlik yırtıcılar və
yarasalardan olan xəstə heyvanın dişləməsi və tənəffüs yolu ilə yoluxa
bilər. Tülkü kimi heyvanlardan da insana keçə bilən bu xəstəliyə
günümüzdə daha çox rast gəlinir.

 

Pişik cırmağı
xəstəliyi: 
Xüsusilə uşaqlar üçün təhlükəlidir. Xəstə pişiyin dişləməsi
və ya cırmaqlaması ilə keçir. Bu heyvan özü xəstələnmədən qanında virusu
illər boyu parazit şəklində daşıya bilər. Bu xəstəlik zamanı insanda
yüksək hərarət və yaranın ətrafındakı limfa vəzlərində şişmə halları
özünü büruzə verir.

 

Sibir yarası (qarayara): Çox
rastlanan xəstəlikdir. İstiqanlı heyvanların yoluxdurduğu bu xəstəlik
insana dəri, tənəffüs yolu və ya qidalar vasitəsilə keçə bilər. Xəstəlik
insanın ağciyərlərində iltihaba, dəridə ləkələrin yaranmasına, daxili
orqanlarda qanama, ifrat yorğunluğa səbəb ola bilər.

 

Laym
xəstəliyi: Heyvandan insana yoluxa bilən bu xəstəlik maral, it və
siçandan gənə dişləməsi yolu ilə keçir. Xəstəlik fərqli şəkildə özünü
büruzə verə bilər. İlk əlamətləri dəridə gənənin dişlədiyi bölgədə
qızartının əmələ gəlməsidir.

 

Salmonella
xəstəliyi: Olduqca təhlükəli bir xəstəlikdir. Qanadlı heyvanlar, donuz,
mal-qara, at, it, pişik, vəhşi heyvanlar və quşların nəcisi ilə
çirklənmiş, bişməmiş qidaların qəbulu zamanı yoluxur.  Əsasən insanın
dərisində və selikli qişada yaraların əmələ gəlməsi ilə özünü büruzə
verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!