Yayda yoluxa bilən xəstəliklər və onlardan qorunma yolları

Yayda yoluxa bilən xəstəliklər və onlardan qorunma yolları
Xəstəliklər və müalicəsi
10.09.2017 27
Yay aylarında, havaların isinməsi ilə birlikdə qidaların istehsalçıdan
istehlakçıya çatdırılmasında və saxlanılmasında yaşanan iqlimlə bağlı
çətinliklər də özünü göstərməyə başlayır.

Belə ki, mikrobların
çirklənmiş qida və suların ağız yolu ilə daha çox qəbul edilməsi,
kondisionerdən daha çox istifadə, müxtəlif bölgələrə edilən səyahətlər,
piknik kimi fərqli aktivliklər səbəbilə bəzi yoluxucu xəstəliklər daha
çox müşahidə olunur. Medicana Çamlıca Xəstəxanası İnfeksion xəstəliklər
üzrə mütəxəssis dr. Meltem Yavuz yay xəstəlikləri ilə bağlı fikirlərini
bildirib.

 

Qida və su yolu ilə yoluxan xəstəliklər

Mikroblarla
çirklənmiş qidaların və başda su olmaqla digər içkilərin ağız yolu ilə
qəbulu ürəkbulanma, qusma, ishal, yüksək hərarət və dehidratasiya (su
itkisi) ilə müşahidə oluna bilən qida zəhərlənməsi və qastroenterit kimi
sağlamlıqla bağlı əsas narahatlıqların ortaya çıxmasına səbəb ola
bilər.

Xüsusilə gigiyena qaydalarına əməl edilmədən hazırlanan süd və
süd məhsulları (sütlaç, qazandibi, muhallebi, dondurma), kremli qidalar
(yaş pasta, ekler, pudinq və s.), yumurtalı qidalar (mayonez tərkibli
souslar), vaakkumlu paketi açıldıqdan sonra qısa müddətdə yeyilib
bitirilməyən salyami, sosiska, sucuq, pendir kimi qidalar və əlverişli
şərtlərdə saxlanılmayan qırmızı ət, ağ ət (toyuq), dəniz məhsulları
istilərin yüksəlməsi ilə qısa müddətdə xarab olaraq mikroorqanizmlərin
daha asan törəməsinə yol açır.

Həmçinin kahı, xiyar və cəfəri kimi tərəvəzlər də yaxşı yuyulmadıqda riskli ola bilər.

İnsan
sağlamlığını təhdid edən bu mikroorqanizmlər arasında ən önəmliləri
Salmonella və Shigella növündən olan bakteriyalar, həmçinin xalq
arasında amyöb olaraq da tanınan Entamoeba hystolitica və  Giardia
intestinalis kimi parazitlər, Hepatit A, Rotavirus kimi viruslardır.

Su
və qidalardan keçən infeksiyalardan qorunmağın ən önəmli yolu əl
gigiyenasıdır. Əllərin tez-tez və düzgün texnika ilə yuyulmasına mütləq
diqqət etmək lazımdır.

Yeməklərin və içkilərin hazırlanma, əlverişli
şərtlərdə saxlanma və servis mərhələlərində əsas gigiyena qaydalarına
diqqət edilməsi, yuxarıda qeyd edilən riskli qidaların qəbulunun
azaldılması, bayırdan alınan və ya açıq havada satılan qidalardan
istifadə edilməməsi, gözlə görünən çirkliliyi olan və ya çirkli
görünməsə belə durğun halda olan su mənbələrindən su içilməməsi də su və
qidalarla keçən infeksiyalardan qorunmaqda effektiv yollardandır.

 

Hovuzdan və ya dənizdən yoluxa bilən xəstəliklər

Hovuz
təmizliyi və dezinfeksiyasının yetərsiz olması səbəbilə bu
mikroorqanizmlərdən asılı olaraq göz, qulaq və dəri infeksiyaları ilə
yanaşı həzm-tənəffüs sistemi infeksiyaları, sidik kanalı və vaginal
infeksiyalara rast gəlinə bilər. Xüsusilə hovuzlar yayda bir çox insanın
ortaq istifadə etdiyi məkandır. Bu səbəblə bir çok bakteriya, virus,
parazit amilləri ilə asanlıqla çirklənə bilirlər. Nəcislə çirklənmiş
hovuz sularının udulması ürəkbulanma, qusma və ishal ilə müşahidə edilə
bilən qastroenteritin yaranmasına səbəb olur. Hovuzlar hər nə qədər
xlorlama da daxil olmaqla bir çox üsullarla dezinfeksiya edilsə də, bir
tək insanın nəcis və ya digər bədən ifrazatı ilə hər zaman milyonlarla
mikrobun suya yayılma riski vardır.

Kanalizasiya suları və insan
nəcisi ilə çirklənmiş dəniz və hovuzlardan, suyun ağızdan/ burundan
girməsi və udulması ilə A tipli sarılıq (Hepatit A) xəstəliyi də yoluxa
bilər.

Sidik və ya nəcis ilə çirklənmiş hovuzlar vasitəsilə xüsusilə
qadınlarda tez-tez sidik kanalı infeksiyaları müşahidə olunur. Həmçinin
xlorlu mühitə müqavimət göstərən, xlorlu mühitdə bölünə bilən bir çox
göbələk tipli mikroorqanizmlərdən vaginal bölgə infeksiyalarının ortaya
çıxa biləcəyi unudulmamalıdır. Buna görə də hovuzdan çıxdıqdan sonra
mütləq sabun və su ilə duş qəbul edilməsi, nəm çimərlik geyiminin
dəyişdirilməsi, əl və ayaq barmaq araları və genital bölgənin nəmli
qalmamasına xüsusilə diqqət edilməlidir.

Həmçinin çirklənmiş hovuz
suyunun qulaqla təması nəticəsində xüsusilə Pseudomonas növündən olan
mikrobların səbəb olduğu, əsasən çox ağrılı və qaşınma ilə müşayiət
olunan xarici qulaq yolu infeksiyalarına da rast gəlinir. Dəniz və ya
hovuz suyuna tez-tez başvurmalar sinüzit riskini artıracağı üçün  burun
və qulaq tıxaclarından istifadə olunmalıdır.

Eyni zamanda hovuzlarda
dezinfeksiya məqsədilə istifadə edilən xlorun kimyəvi konyunktivit
deyilən göz xəstəliyinə də səbəb olduğu unudulmamalıdır.

 

Hovuz yolu ilə yoluxan infeksiyalardan qorunma və müalicə metodları:

Hovuz və dəniz mühitinin təmiz olmasına diqqət edilməlidir.

Durğun və çirkli sularda, səthi köpüklü və yaşıl rəngdə olan dənizdə üzmək olmaz.

Suya atılan zaman burnun qapadılması və mümkünsə tıxacdan istifadə olunması tövsiyə edilir.

Hovuz və dəniz suyunun udulmamasına diqqət edilməlidir.

Dəridə sıyrıq və kəsik yaraları varsa, üzəndən sonra təmiz su və sabunla yuyunmaq lazımdır.

Qulaq infeksiyalarının qarşısını almaq üçün qulaq tıxaclarından istifadə edilməlidir.

Göz infeksiyalarının qarşısını almaq üçün sualtı eynəkdən və ya maskalardan istifadə edilə bilər.

Kanalizasiya suları qarışan sahələrə yaxın bölgələrdə və şiddətli yağışdan sonra üzmək məsləhət görülmür.

Yarana biləcək ishal , tənəffüs sistemi, dəri, qulaq və göz infeksiyalarının müalicəsi üçün mütləq həkimlə məsləhət olunmalıdır.

Hovuz
və ya dənizdən çıxar-çıxmaz mütləq duş qəbul edilməli və bədəni
sabunlayaraq mikrobların dəridən kənarlaşdırılması təmin olunmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!