Bağırsaq qripi

Bağırsaq qripi
Xəstəliklər və müalicəsi
10.09.2017 33
Bağırsaq qripi infeksion xəstəlikdir. Bu xəstəliyi rotavirus törədir.

Xəstəlik zamanı əsasən mədə-bağırsaq sistemi zədələnir və bu səbəbdən xəstəlik məhz "bağırsaq qripi" adlandırılır.

Bağırsaq
qripi istənilən yaşda təsadüf edilir. Xüsusilə bu xəstəlik uşaqlarda və
immun sistemi zəif olan insanlarda tez-tez inkişaf edir. Bağırsaq qripi
"çirkli əllər xəstəliyi" də adlandırırlar. Uşaqlarda barmaqları,
oyuncaqları və s. kiçik əşyaları aqıza salmaq, sormaq və s. kimi
vərdişlər yayılmaqdadır. Məhz bu da bir çox hallarda yoluxmaya  səbəb
olur.

Orqanizmə düşdükdə virus mədə-bağırsaq sisteminin, xüsusilə
nazik bağırsağın, selikli qişasının hüceyrələrinə daxil olur. Bunun
nəticəsində bağırsaqların daxilii səthini örtən tükcüklər məhv olur. Bu
tükcüklər qidanın həzmində və sorulmasında böyük rol oynayır. Bu proses
pozulduqda qida normal həzm olunmur və sorulmur ki, nəticədə güclü ishal
inkişaf edir. Bağırsaq qripi zamanı nəcis sulu, köpüklü, sarı və ya
yaşılaçalar olur.

Kiçik yaşlı uşaqlar üçün bağırsaq qripi çox
təhlükəli ola bilər. Bağırsaq qripi zamanı xəstədə güclü ishal və qusma
inkişaf edir ki, nəticədə orqanizmdə güclü susuzlaşma yarana bilər.
Susuzlaşma kiçik yaşlı uşağın sağlamlığı və hətta həyatı üçün ciddi
təhlükə yaradır. Bu səbəbdən xəstəliyin ilk simptomlarında mütləq həkimə
müraciət etmək lazımdır.

 

Bağırsaq qripin simptomları:

- hərarətin yüksəlməsi

- qusma və ishal

- qarında tutmaşəkilli ağrılar

- iştahanın azlması

- öskürək, zökəm

- zəiflik, halsızlıq, baş ağrıları (intoksikasiya səbəbindən).

 

Xəstəliyin
kəskin dövrü 7 gün davam edir. Xəstəliyin ilk simptomlarında həkimə
müraciət etmək lazımdır. Həkim dəqiq diaqnoz təyin edəcək.

Xəstəliyin
xüsusi müalicəsi yoxdur. Müalicə simptomatik xarakter daşıyır -
hərarətsalan preparatlar, orqanizmin su-duz balansını bərpa edən
preparatlar (reqidron və s.), sorbent preparatları (smekta, kömür və
s.), probiotiklər. Müalicə zamanı antibiotiklərdən istifadə olunmur.

Qusma
və ishal orqanizmin tez susuzlaşmasına səbəb olur. Bu isə çox
təhlükəlidir, xüsusilə uşaqlar üçün. Kəskin susuzlaşma zamanı xəstə
mayedən imtina edir, sidik ifraz etmir, onun dərisi çox quru, selikli
qişalar isə çox qırmızı olur, xəstə halsız, zəif olur.

Kəskin
susuzlaşma ağır pozulmalara, hətta ölümə səbəb ola bilər. Bu səbəbdən
bağırsaq qripi zamanı orqanizmin su-duz balansını bərpa etmək çox
vacibdir. Adi su və ya digər maye bu balansı bərpa etmir və xəstə hətta
çoxlu maye içdikdə susuzlaşmanın inkişafı davam edir. Adi maye ilə
yanaşı mütləq xüsusi su-duz balansını bərpa edən preparatlar lazımdır
(reqidron və s.). Reqidronun 1 paketi 1 l suda həll olunur və hər qusma
və ya ishal epizodundan sonra bir neçə qurtum içilir. Birdən çoxlu içmək
olmaz - bu qusmaya səbəb ola bilər.

Uşaqlarda xəstəliyin ağır formalarında müalicə xəstəxana şəraitində aparıla bilər.

Pəhriz
bağırsaq qripi zamanı müalicəvi rol oynayır. Bağırsaq qripi zamanı bu
kimi qidaların qəbulu tövsiyə olunur: düyü həlimi, duru yulaf yarması
sıyığı, kisel, bişmiş yaşıl alma, suxari. Xəstəliyin simptomları
azaldıqca pəhrizə digər qidaları daxil etmək olar. Lakin müəyyən müddət
ərzində yağlı, qızardılmış, ədviyyatlı, hisə verilmiş qidaları qəbul
etmək olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!