Qızılyel - yayılmış infeksion xəstəlik

Qızılyel - yayılmış infeksion xəstəlik
Xəstəliklər və müalicəsi
10.09.2017 23
Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir.

Qızılyel
zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ
gəlir. Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər.

Qızılyel əsasən yay və payız aylarında qeydə alınır. Qadınlar bu xəstəliyə daha tez-tez tutulur.

 

Xəstəliyin simptomları:

- yüksək hərarət (39-400 C kimi). Hərarət qəflətən qalxır.

- intoksikasiya simptomları (baş ağrıları, əzələ ağrıları, halsızlıq, ürəkbulanması, qusma)

- zədələnmiş sahəyə yaxın yerləşən limfatik düyünlərin böyüməsi

-
zədələnmiş dəridə əvvəl qaşınma, yanma hissi yaranır, daha sonra ağrı,
qızartı, ödem  əmələ gəlir, yerli hərarət artır (dəri isti olur). Bir
neçə saatdan sonra bu sahə al-qırmızı rəng alır, sahənin kənarları aydın
və nahamar ("dişlər" formasında) olur. Dəridə qanlı və irinli qabarlar
əmələ gələ bilər.

Streptokokk çox yayılmış mikrobdur. Bir çox
insanlar bu mikrobun daşıyıcısıdırlar. Lakin qızılyel xəstəliyi hamıda
inkişaf etmir. Bunun üçün "əlverişli" şərait lazımdır - insanın immun
sisteminin zəifləməsi. Xəstəlik yalnız immun sistemi zəif olan
insanlarda inkişaf edir. Güclü immun sistemi streptokokkla mübarizə
aparır və xəstəlik inkişaf etmir. Bu səbəbdən xəstəlik əksər hallarda
yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda, hamilə qadınlarda və uzun
müddət ərzində hər hansı xroniki xəstəlikdən əziyyət çəkən insanlarda
inkişaf edir.

 

Xəstəliyin risk faktorları:

- dərinin tamlığının pozulması (göbələk xəstəliyi, travma (hətta mikrotravma), sürtünmə və s. nəticəsində)

- xroniki venoz çatışmazlığı

- şəkərli diabet (bu xəstəlik zamanı toxumaların qidalanması pozulur).

Qızılyel
əsasən ayaqlar, qollar, üz, baş dərisində, nadir hallarda süd vəziləri,
aralıq  nahiyəsində inkişaf edir. Vaxtında başlanmış müalicə xəstənin
tam sağalması ilə nəticələnir. Lakin bunun üçün xəstəliyi düzgün və
vaxtında müalicə etmək lazımdır. Xəstəlikdən sonra immunitet yaranmır və
xəstəlik yenə də qayıda bilər.

Xəstəliyin ilk simptomlarında
infeksionist həkiminə müraciət etmək lazımdır. Əks halda xəstəlik ağır
fəsadlar verə bilər (dərinin irinli iltihabları, yaralar, imfatik
damarların iltihabları, "fil xəstəliyi" və s.). İmmun sistemi çox zəif
olan insanlarda, yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda qızılyel
fonunda hətta sepsis, toksiki şok və s. ağır fəsadlar inkişaf edə bilər.

Müalicə
zamanı antibiotiklərdən (eritromisin, doksisiklin, azitromisin,
penisillin törəmələri və s.) istifadə olunur. Xəstəlik əksər hallarda ev
şəraitində müalicə olunur, ağır vəziyyətlərdə xəstə stasionarda müalicə
alır. Dəridə olan ləkələr təxminən 15 gün ərzində yox olur. Ləkələrin
yerində piqment ləkələr qalır və sonra bu ləkələr də tədricən yox olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!