Hepatit B-dən özümüzü necə qoruyaq?

Hepatit B-dən özümüzü necə qoruyaq?
Xəstəliklər və müalicəsi
10.09.2017 51
Hepatit B çox yayılmış virusdur. İnsan orqanizminə düşdükdən sonra virus
qan axını ilə qara ciyərə çatır və burada qara ciyər hüceyrələrinə
(hepatositlər) daxil olaraq çoxalmağa başlayır.

Orqanizmin immun
sistemi buna cavab olaraq virusa yoluxmuş hepatositləri məhv etməyə
başlayır. Məhv olunmuş hepatositlər çapıq toxuması ilə əvəz olur. Təbii
ki, çapıq toxuması hepatositlərin funksiyalarını yerinə yetirə bilmir və
bu da müxtəlif pozulmalara səbəb olur. Bu proses sürətlə getdikdə
insanda qara ciyər sirrozu kimi ağır pozulma inkişaf edə bilər ki, bu
pozulma insanın həlak olmasına səbəb ola bilər.

Hepatit B qan
vasitəsilə xəstə insandan sağlam insana keçir. Lakin hepatit B xəstə
insanın digər bioloji mayelərində də (sperma, göz yaşları, ağız suyu,
sidik, nəcis) aşkar olunur və bu o deməkdir ki, bu mayelər sağlam
insanın zədələnmiş dərisinə və ya selikli qişalarına və ordan da qana
düşdükdə, virus sağlam insana keçə bilər. Virus hətta gözə görünməyən
mikrotravmalardan sağlam insanın orqanizminə daxil ola bilər. Dərinin və
selikli qişalarının tamlığı pozulmadıqda, bu mümkün deyil.

Həmçinin
hepatit B cinsi yolu ilə xəstə insandan sağlam insana keçə bilər (30%
hallarda). Hamiləlik zamanı virus xəstə anadan dölə doğuş zamanı və ya
hamiləlikdə ciftin tamlığı pozulduqda (məsələn, amniosentez zamanı) keçə
bilər.

Bu virus çox davamlıdır və xarici mühitdə uzun müddət ərzində
(1 həftəyə kimi) qala bilir. Virus hətta qurumuş və görünməyən qan
ləkələrində - ülgücün, qayçıların, tibbi alətlərin üzərində, iynələrin
ucunda və s. - qalır. Məhz virusun belə davamlılığına görə hepatit B-yə
yoluxanların sayı da çoxdur və artmağa davam edir. Son illər hepatit
B-yə qarşı peyvənd vurulur ki, bu da xəstəliyin yayılmasını azaldır.

Əksər
hallarda hepatit B 20-49 yaş arası insanlarda aşkar olunur. İnkişaf
etmiş ölkələrdə uşaqlar və yeniyetmələr hepatit B-dən peyvənd olunur və
bu da xəstəliyin azalmasına səbəb olur.

İnsan bu virusa pirsinq, tatu, manikür, pedikür zamanı yoluxa bilər.

Hepatit B-yə həmçinin xəstəxanalarda və stomatoloji kabinetlərdə yoluxmaq mümkündür.

Hepatit
B orqanizmə düşdükdən sonra müəyyən müddət ərzində (2 aydan 6 aya kimi)
özünü heç bir simptomla büruzə vermir. Buna inkubasiya dövrü deyilir.



Lakin bu müddət ərzində bu insan digərləri virusa yoluxdura bilər. Daha sonra infeksiya özünü bu kimi simptomlarla büruzə verir:

- yorğunluq, halsızlıq

- hərarətin artması

- iştahanın azalması

- sarılıq (dəri və göz almaları sarı rəng alır)

- sağ qabırğaaltı nahiyəsində diskomfort

- oynaqlarda ağrılar

- sidiyin rəngi tündləşir (tünd çaya oxşayır, köpüklüdür), nəcisin rəngi açıq olur.

 

Bu
simptomlar meydana çıxdıqda dərhal həkimə müraciət etmək
lazımdır. Həkim xəstəyə qanın xüsusi analizlərini təyin edəcək. Kəskin
hepatit B əksər hallarda sağalma ilə nəticələnir.  Adətən kəskin hepatit
B zamanı xüsusi virus əleyhinə preparatlar təyin olunmur. Həmçinin
kəskin hepatit B xroniki formaya keçə bilər.

Bəzi hallarda virus
orqanizmə düşdükdən sonra kəskin hepatit B inkişaf etmir, infeksiya
dərhal xroniki formaya keçir. Bu əksər hallarda immun sistemi zəif olan
insanlarda baş verir.

Xroniki hepatit B zamanı simptomlar adətən daha
az ifadə olunur. Xəstə yorğunluq, halsızlıq,  qara ciyər nahiyəsində
diskomfort hiss edə bilər, dərinin saralması meydana çıxa bilər. Bu
halda mütləq hepatoloqa müraciət etmək lazımdır. Hepatit B müasir virus
əleyhinə preparatların köməyi ilə çox uğurla müalicə olunur.

Xroniki
hepatit B zamanı qara ciyərin funksiyaları saxlanılıbsa, virus əleyhinə
müalicə təyin olunmur. Əks halda xəstəyə virus əleyhinə müalicə təyin
olunur. Nəzərinizə çatdıraq ki, belə müalicə uzunmüddətli və bahalıdır.
Belə xəstələr daim hepatoloqun nəzarəti altında olmalı və qan analizləri
verməlidir.

Müalicəsiz buraxılmış hepatit B gecikmiş mərhələlərdə qara ciyərin sirrozuna və qara ciyərin xərçənginə səbəb ola bilər.

Hal hazırda bu virusa qarşı peyvənd hazırlanıb və bu peyvənd çox yaxşı nəticələr verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!