Süddən və ətdən gələn təhlükə

Süddən və ətdən gələn təhlükə
Xəstəliklər və müalicəsi
10.09.2017 37
Ətdən, süddən və digər süd məhsullarından insana çox ağır infeksiya - brusella keçə bilər.

Bu
infeksiya insanda brusellyoz xəstəliyinin inkişafına səbəb olur. Bu çox
təhlükəli xəstəlikdir. Bruselyoz insanı hətta əlil edə bilər.

İnfeksiya
mənbəyi xəstə ev heyvanlarıdır (inək, keçi, qoyun). İnfeksiya orqanizmə
dəridə olan sıyrıntılardan (çiy əti doğrayanda və s.), tənəffüs
orqanların selikli qişasından və həzm sistemindən (xəstə heyvanın
südünü, ətini qəbul etdikdə) daxil ola bilər. Daha sonra infeksiya bütün
orqanizm boyu yayılır və ağır pozulmalara səbəb olur.

Bruselyoz
hiyləqər xəstəlikdir - onun spesifik simptomları yoxdur. Xəstə müxtəlif
pozulmalardan əziyyət çəkir və illər ərzində müxtəlif həkimlərdə müalicə
alır, lakin şəfa tapmır. Xəstəlik bir çox hallarda xroniki formaya
keçir.

 

Bruselyozun simptomları

- baş ağrıları, əsəbilik, yuxusuzluq, güclü zəiflik

- əzələ, oynaq və bel ağrıları

- hərarətin uzun müddət ərzində "səbəbsiz olaraq" artması

- tərləmənin artması (xüsusilə gecə saatlarında)

- qara ciyərin və dalağın böyüməsi

- ürək iltihabları (miokardit, endokardit, perikardit)

- cinsiyyət sistemi iltihabları, sonsuzluq, qadınlarda menstrual dövrünün pozulmaları

- sinir sisteminin zədələnmələri (meningit, ensefalit, nevrit)

- bədən çəkisinin və iştahanın azalması

- bronxit, pnevmoniya.

 

Gördüyümüz
kimi, bruselyozun spesifik simptomları yoxdur. Bu isə onun
diaqnostikasını çətinləşdirir. Xəstəliyin diaqnozunun qoyulması üçün
xüsusi qan analizləri və digər müayinələr aparılır.

Bruselyozun
müalicəsində antibiotiklər, iltihab əleyhinə preparatlar, immun
sistemini gücləndirən preparatlardan istifadə olunur. Müalicə çətin və
uzunmüddətlidir. Müalicə olunmuş xəstə daha sonra bir müddət ərzində
həkimin nəzarətində qalmalıdır.

 

Bruselyoz
xəstəliyinə tutulmaq asandır, lakin onu müalicə etmək çox çətindir. Bu
səbəbdən özünüzü bruselyozdan qoruyun. Bunun üçün bu qaydalara əməl
edin:


- Bazarlardan və s. bu kimi yerlərdən alınan südü qəbul etdikdən əvvəl yaxşı qaynatmaq lazımdır.

- Bazarlardan şor, pendir, yağ kimi süd məhsulları almayın və qəbul etməyin.

- Heç vaxt çiy ətin dadına baxmayın.

- Əllərinizdə çatlar, sıyrıntılar və s. olduqda çiy ətlə işlədikdə əllərinizə əlcək taxın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!