Qrip və onun ağır fəsadları

Qrip və onun ağır fəsadları
Xəstəliklər və müalicəsi
10.09.2017 34
Qripp virus infeksiyadır. Virus orqanizmimizə selikli qişalardan və
nəfəs yollarından daxil olur, orqanizmin hüceyrələrinin içərisinə keçir
və burada çoxalmağa başlayır.

Qripp zamanı bədən hərarəti 38,5 C-dən
yuxarı qalxır. Digər kəskin respirator infeksiyaları zamanı hərarət daha
aşağı olur. Bu qripi digər respirator infeksiyalardan fərqləndirir.
Həmçinin qripp zamanı həddən artıq güclü intoksikasiya inkişaf edir
(baş, oynaqlar, əzələlər ağrıları, ürəkbulanması, iştahasızlıq). Kəskin
respirator infeksiya zamanı insan özünü daha yaxşı hiss edir, qripp
zamanı isə xəstənin vəziyyəti çox ağır olur - insan hətta yataqdan qalxa
bilmir. Digər respirator infeksiyalarla müqayisədə qripp daha sürətlə
yayılır (qripp, demək olar, 100% hallarda xəstə insandan ətrafda
olanlara keçir).

 

Qripp çox təhlükəli virus sayılır.
Qripp çox ağır fəsadların inkişafına və hətta xəstənin həlak olmasına
səbəb ola bilər. Bu fəsadların arasında:


- pnevmoniya (ağ ciyər iltihabı)

- otit (qulaq iltihabı)

- haymorit

- bronxit

- miokardit - ürək əzələsinin iltihabı

- perikardit - ürək qişasının iltihabı

- ürək çatışmazlığı

- piyelonefrit - böyrək toxumasının iltihabı

- meningit - beyin qişalarının iltihabı

- ensefalit - baş beyinin iltihabı



Qripp immunitetin kəskin zəifləməsinə səbəb olur ki, bu fonda insanda olan bir çox xroniki xəstəliklər kəskinləşə bilər.

Qripp
5 yaşına kimi olan uşaqlar və 55 yaşından yuxarı böyüklər üçün xüsusilə
təhlükəlidir. Məhz bu qrup insanlarda qripin fəsadlarının riski olduqca
yüksək olur.

Qripp hamilə qadınlar üçün da çox təhlükəlidir. Qripp
dölsalmaya, uşaqda müxtəlif patologiyaların inkişafına səbəb ola bilər.
Bu xüsusilə ilk trimestrdə (hamiləliyin ilk 3 ayı) təhlükəlidir.

Qripin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!