Dəbdə olan... qurdlar

Dəbdə olan... qurdlar
Xəstəliklər və müalicəsi
10.09.2017 59
Digər yoluxucu xəstəliklər kimi, qurd xəstəlikləri də artmaqdadır.

Əvvələr
də uşaqlarda qurd xəstəliklərinə rast gəlinirdi və hər kəs bir dəfə
müalicə olunmaqla canını qurtarırdı. İndi isə əksinə nedənsə ildə bir
neçə dəfə müalicə almaq lazım gəlir.

Qurdların sevdiyi qidalar və
sevdiyi şərait var. Ona görə də onların sevdikləri  şərait özümüzdə
 yaratmamalıyıq. Hətta bu barədə məşhur alim Bauman da deyib: "Əsas qurd
deyil, qurd üçün yaradılan şəraitdir”. İndi elmi-texniki tərəqqi
nəticəsində daha rahat müalicə üsulları var, amma qurd xəstəlikləri
artır, qurdlar üçün şərait də yaradılır. İş o yerə gəlib çatıb ki, bəzən
əlaməti qurd olmayan xəstəliyi belə qurdun yaratdığını iddia edirlər.
Birinin dərisi avazıyır, rəngi qaçır, narahat olur, saçı tökülür,
öskürür və s. Aidiyyəti olmayan həmin əlamətləri qurd xəstəliklərinin
boynuna yıxırlar.

Azərbaycan qurd xəstəliklərinin geniş yayıldığı
məkan deyil. Qurdun əlamətlərinə gəldikdə;  kiminsə hansısa üzvündə
problem varsa, qurd bir parazit olaraq şərikli fəaliyyət göstərdiyi üçün
həmin problemi sürətləndirir - saç tökülürdüsə onu artırır, bağırsaq
problemi vardısa sürətləndirir, əlavə olaraq arıqladır, ağızdan qoxu
gəlir, qəbizlik və ya ishal olur, qanı aşağı olur, halsızlıq,
iştahsızlıq və yorğunluq baş verir.

Bəzən həmin əlamətlərə rast
gəlinməsə də, qurd olur, çünki xroniki vəziyyətə keçəndən sonra, yəni
orqanizmlə neçə ay ərzində "dost" olduqdan sonra da əlamətini büruzə
vermir. Bəs onu nə vaxt və necə bilmək olar? Orqanizmdə başqa xəstəlik
varsa, xəstəlik gec sağalır və ya düzəlmirsə, həmin xroniki prosesi
yaradan qurd xəstəliyi, infeksion xəstəlik və ya göbələk olduğunu üzə
çıxarmaq lazımdır.

Ən çox rast gəlinən parazitlər - askarid,
bizquyruq, tükbaş qurd, giardia lyambliya (ibtidai parazitdir), it
askaridi, blastosistlər, enli lentcə, öküz soliteri, bəzən ona el
arasında "kəpənək qurdu” da deyilir, exinokkok və s. İxtisasca
 parazitoloq olan bir həkimin dediyi kimi, Afrika və Asiya qitəsinin bir
çox ölkələrində həmin parazitlərin 10 qatı var, amma o ərazilərdə heç
bu qədər həyəcan yaradacaq şüarlar səslənmir və dəbə düşmür.

Qurd
xəstəliklərini düzgün müalicə edəndən sonra xəstə sağalır. Müalicə
zamanı gərək  xəstə də xəstəliyin nə olduğunu anlasın. Parazit qurdların
əksəriyyəti bağırsaqda yaşadığına görə ilk növbədə nəcisi müayinə etmək
lazımdır. Nəcis ilk növbədə qısa zamanda laboratoriyaya təhvil
verilməlidir. Əksər infeksion xəstəliklər kimi, qurd xəstəliklərini
keçirənlərdə xroniki formada immun yaddaşında qalır. Bunun üçün qanda
İgG yoxlanılır.

Əslində qanın ümumi analizində eozinofillərin
miqdarının yüksək olması da qurd xəstəliyinin tədqiqinə kömək edir.
Lakin kəskin mərhələ üçün nəcis və qanda İgM analizləri əsasdır.

Bizquyruq
qurdda isə sellofan bant metodu ilə bütün laboratoriyalarda baxılması
mümkün olan müayinə metodurur. Bəzən bir orqanizmdə bir neçə qurd yaşaya
bilər və bu zaman onların hamısının təmizlənməsinə uyğun istiqamət
seçmək lazımdır.

 

Müalicə zamanı əvvəlcə orqanizmi
hazırlamaq lazımdır, yoxsa  5-6 dərmanı birdən başlayıb orqanizmi
zəiflətmək olmaz. Qədim təbabətdə qurdlarla mübarizə üçün müxtəlif təbii
vasitələrdən istifadə edilirdi və xəstə sağalırdı. Belə xalq təbabəti
vasitələri arasında:


- 10 qr adi dağ tərxunu, 5 qr acı yovşan, 5 qr
qozağacı tumurcuğu, 5 qr pişikotu, 5 qr işlədici murdarça meyvəsi, 300
ml də dəmlənib 100 ml 3 dəfə yeməkdən sonra qəbul edilir.

- 300 qr
təmizlənmiş balqabaq tumları əzilir, alınan sıyıq bankaya tökülür,
üzərinə 1\4 stəkan su və 100 qr bal əlavə edilərək qarışdırılır,
səhərlər 1 saat ərzində az-az yeyilir, 3 saat sonra işlədici dərman
qəbul edilir.

- 50 qr çörəkotu toxumu 50, 80 qr andız, 100 qr
balqabaq toxum, 10 qr mixək toz halına salınıb 500 qr bala qarışdırılır
və yaşından asılı olaraq 1 çay qaşığı və ya xörək qaşığı  yeyilir.

Bu sıranı uzatmaq olar, amma əsas nəyi müalicə etməmiz önəmlidir.



Müəllif: Elnur Rəhimovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!