Daha xoşbəxt və enerjili olmaq üçün məsləhətlər

Daha xoşbəxt və enerjili olmaq üçün məsləhətlər
Xəstəliklər və müalicəsi
10.09.2017 21
Özünüzü kədərli, yorğun və ümidsiz hiss edirsiniz? İstəklərinizi etmək
üçün enerjiniz qalmayıb? Əslində bütün yaşadıqlarınız sizə xoşbəxt
olmağın yollarını öyrətmək istəyir. Kiçik, amma təsirli dəyişikliklər
edərək özünüzü daha xoşbəxt və enerjili hiss edəcəksiniz. Aşağıdakı
məsləhətləri mütləq həyatınızda sınayın.

 

Bir fincan qəhvəni yaşıl çay ilə dəyişdirin

Gün
ərzində iki fincandan çox qəhvə içirsiniz? Enerjinizi artırmaq üçün
qəhvəyə ehtiyac duyursunuz? Ancaq bu vərdişinizi dəyişdirərək həqiqi
xoşbəxtliyi və müsbət enerjinizi artıracaqsınız.



Yaşıl
çay xərçəng xəstəliyinin qarşısının alınmasına və artıq çəkidən azad
olmağınıza köməklik edəcək. Dərinizi və saçlarınızı gözəlləşdirəcək.



Şirələrin əvəzinə su için

Kola,
soyuq çay, meyvə suları kimi glükozası çox olan içkilərdən uzaq durun.
Çünki bu içkilər sizin artıq çəki almağınıza, enerji düşkünlüyünüzə,
əsəbi və yorğun hiss etməyinizə səbəb olacaq. Qeyd etdiyimiz şəkərli və
şəkərsiz içkilər xərçəng xəstəliyi və alzheimer xəstəliyi riskini
artırır.



Su içmək, gün ərzində ehtiyacınız olan enerjini sizə verir və arıqlamağınıza, saçlarınızın, dərinizin gözəlləşməsinə səbəb olur.



İncə nüans: Əgər, suyu dadını xoşlamırsınızsa, limon, alma, darçın əlavə edib içə bilərsiniz.



Televizora baxmaq yerinə kitab oxuyun

Gündə
neçə saatınızı televizora baxmağa sərf edirsiniz? Sonra da çox
yoruldum, istədiklərimi etməyə vaxtım qalmadı deyərək gileylənirsiniz.
Boş-boş televizora baxmaq vaxt itkisidir. Onun yerinə kitab oxumaq,
vaxtınızı səmərəli keçirməyiniz və özünüzü inkişaf etdirməyiniz üçün
düzgün seçimdir.



Kitab oxuyan zaman bütün fikriniz kitabda cəmləşir və bu da zehninizi sakitləşdirir.

Bu məsələ sadəcə televizor üçün keçərli deyil, eyni zamanda telefon və kompuyter üçündə keçərlidir.



Şirniyyat boşqabını meyvə boşqabı ilə əvəz edin

Evdə,
iş yerində, məktəbdə enerji düşkünlüyü və ya aclıq hissi oyananda
əlimizə keçən kalorili yeməkləri yeyirik. Və bunlar da kökəlməyimizə,
sağlam qidalanmamağımıza səbəb olur. Kökəlmə, halsızlıq yaradan bu
qidalar bizi bədbin hiss etdirir və beləliklə depressiya dövrü başlayır.



Bundan
sonra şirniyyat yerinə meyvə yeməyə üstünlük verək.


Çünki meyvədə olan
vitaminlər bizə bədənimizin tələb etdiyi şəkəri verir. Sağlam qidalanan
zaman həm artıq çəkidən azad oluruq, həm də özümüzü gümrah hiss edirik.



Dik oturun

NewYork
Universitetinin "The art of Fitness” fakütəsində təhsil alan tələbələr
dik oturmağın faydaları dərsini 2 saata bölüblər. Geniş mövzulardan biri
sayılan dik oturmaq və ya durmağın özümüzə inamımız, əhval-ruhiyyəmiz,
boyun əyriliyi və zehnimizə belə təsiri var. Çalışın hər zaman dik
durun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!