Morton nevroması pəncədə ağrıların səbəbi

Morton nevroması pəncədə ağrıların səbəbi
Xəstəliklər və müalicəsi
10.09.2017 54
Bu kifayət qədər yayılmış pozulmadır. Əksər hallarda qadınlarda inkişaf edir.

Uzun
müddət, hətta uzun illər ərzində xəstə özündə bu xəstəliyin
inkişafından bixabər ola bilər. Xəstə ayağın alt hissəsində
narahatçılıq, ağrılar, yad cismin olmasını hiss edir, lakin buna
əhəmiyyət vermir, digər səbəblərlə izah edir, xəstəlik isə inkişaf
etməyə davam edir.

Morton
nevroması (digər adlar - Morton nevrinoması, pənsə nevroması, Morton
xəstəliyi) zamanı müxtəlif səbəblərə görə 3-cü və 4-cü (nadir hallarda -
2-ci və 3-cü) ayaq barmaqları arasında keçən sinir iltihablaşır,
böyüyür, şişir. Ətrafdakı toxumalar və sümüklər sinirə təzyiq etməyə
başlayır ki, pəncədə ağrılar və digər xoşagəlməz hisslər inkişaf edir.
Morton nevroması adətən bir ayaqda müşahidə olunur.



Morton nevromasının səbəbləri:

- yastıpəncəlik

- pəncə travmları (sınıqlar və s.)

- həddindən artıq yükləmələr (məsələn, idmançılarda)

- çox dar ayaqqabıların geyinilməsi

- burnu nazik olan hündürdaban ayaqqabıların geyinilməsi

- pəncə şişləri.

Simptomlar:

Xəstəliyin
əvvəlində xəstələr dar ayaqqabı geyindikdə pəncələrdə keyimə, ağrılar,
yandırma, barmaqların arasında yad cismin olmasını hiss edir. Xəstəlik
inkişaf etdikcə ağrılar daimi olur, xəstəni bütün gün ərzində, hətta
gecələr narahat edir, ayaqqabının növündən asılı olmur. Morton
nevromasının xarakterik xüsusiyyəti - pəncənin sıxılması zamanı
ağrıların artmasıdır.

Xəstəliyin diaqnozu USM və ya MRT zamanı qoyulur.

Xəstəliyin müalicəsi konservativ və cərrahi üsullarla həyata keçirilir.

Konservativ
müalicə zamanı xüsusi ortopedik supinatorlar və ya ortopedik
ayaqqabılar istifadə olunur. Xəstə dar, burunu nazik olan hündürdaban
ayaqqabı geyinməməlidir. Ağrıların azaldılması üçün xüsusi
iltihabəleyhinə preparatlar, yerli anestetiklər (barmaqların arasında
olan məsafəyə inyeksiya vurulur) istifadə olunur.

Konservativ
müalicə effekt vermədikdə, ağrılar xəstəni çox narahat etdikdə, cərrahi
müalicə tətbiq edilir - sinirin iltihablaşmış hissəsi xaric olunur.
Əməliyyat aztravmatik üsullarla həyata keçirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!