Varikozun əsas səbəbləri və müalicəsi

Varikozun əsas səbəbləri və müalicəsi
Xəstəliklər və müalicəsi
10.09.2017 96
Varikoz əsasən genetik olaraq inkişaf edən xəstəlikdir. Varikoz damar cərrahı, mütəxəssis Tufan Şener köklüyün və hərəkət çatışmazlığının da varikoza səbəb olduğunu söyləyib. 

 

Qan
damarları öz funksiyalarına görə arteriya və venalara bölünür.
Arteriyalar ürəkdən aldıqları, oksigen və qida maddələri ilə zəngin olan
al-qırmızı arterial qanı orqan və toxumalara daşıyır. Tərkibindəki qida
maddələri və oksigeni toxumalara verərək, maddələr mübadiləsi
qalıqlarını və karbon qazını onlardan alır, "ağır”, tünd qırmızı rəngə
çevrilən venoz qanı isə venalar vasitəsi ilə ürəyə qaytarılır.

 

Bu
zaman aşağı ətraf venaları daha çox gərginliyə məruz qalır. Məhz bu
gərginliyin nəticəsində, aşağı ətrafdakı dərialtı venalar öz
elastikliyini itirərək bir qədər dartılmış olur, bəzi yerlərdə venoz
düyünlər əmələ gəlir. Beləliklə də, venaların varikoz xəstəliyi yaranmış
olur. Əlbəttə, varikoz xəstəliyi hamıda inkişaf etmir. Onun yaranmasına
bir sıra faktorlar səbəb olur:

 

Varikozun yaranmasını təsir edən amillər

Varikoz
genetik bir xəstəlik olmaqla bərabər, bəzi hallarda onun yaranmasına
bir çox xarici faktorlar səbəb olur. Məsələn, oturaq və ya ayaqüstü iş
bu amillərdən biridir. Bu vəziyyətdə işləyən insanların ayaqlarında
venalar gərginliyə məruz qalır. Nəticədə, damarların genişlənmə ehtimalı
artır. Hədsiz isti (sauna, hamam) yerdə uzun müddət qalmaq da damar
genişlənməsinə yol aça bilər.

 

Hamiləlik
vaxtı qadınların 50%-də varikoz xəstəliyinin ilkin əlamətləri meydana
çıxır. Orqanizmdə baş verən hormonal dəyişiklik venaların tonusunun
azalmasına səbəb olur. Həmçinin, ana bətnində olan dölün böyüməsi
nəticəsində, çanaq venaları sıxılır və aşağı ətraf venalarında təzyiq
artır. Bütün bunlar hamilə qadınlarda damar genişlənməsini yaradır.

 

Bədən çəkisinin artıq olması da ayaqlara düşən yükü artırır və nəticədə, damar genişlənməsinə səbəb olur.

Ağır fiziki işlə və gərgin idman növləri ilə məşğul olan insanlarda varikoz xəstəliyinin yaranma ehtimalı yüksəkdir.

 

Hormonal
preparatlar və dərmanlar bəzi hallarda damar divarının tonusunu
zəiflədir və onun elastikliyini artırır. Bu səbəbdən, damarlar
genişlənməyə meylli olur. Bundan başqa, həmin preparatların qəbulu
damardaxili trombların yaranma riskini də yüksəldir.

 

Müalicə üsulları

Varikoza
qarşı hazırda tətbiq olunan fərqli müalicə metodları var. Bu metodlar
xəstədəki mövcud varikozun hansı səviyyədə olmasına görə seçilir. Bunun
venoz doppler ultra səs müayinəsi  ilə müəyyənləşdirilməsi vacibdir.

Qapalı və açıq üsul

 

Günümüzdə
varikoz əməliyyatları klassik və ya qapalı üsullarla həyata keçirilir.
Klassik üsulda əsasən varikoz hissələr xüsusi alətlərlə çıxarılır.

Qapalı üsullarda isə venalar lazerlə, radiodalğalar və ya su buxarı ilə içəridən yandırılaraq örtülür.

Varikoz damarların bağlanması nəticəsində qan dövranı yaxşılaşır. Beləcə, bu damarlar hər hansı qan dövranı pozğunluğu yaratmır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!