Yuxu haqqında həqiqət

Yuxu haqqında həqiqət
Xəstəliklər və müalicəsi
10.09.2017 31
Yuxunu tədqiq edən elm "somnoloqiya" adlandırılır. Bu ən cavan tibbi elmlərdən biridir.

Somnoloqların tədqiqatları yuxu ilə bağlı olan bir çox insan arasında yayılmış fikirləri alt-üst edir. Beləliklə:

Hami bilir ki, yuxu istirahət üçün lazımdır. Lakin bu yalnız qismən həqiqətdir. Yuxu zamanı insan orqanizmində mürəkkəb biokimyəvi proseslər gedir - bəzi hormonlar  və bioloji aktiv maddələr hazırlanır, orqanizm hüceyrə səviyyəsində təmizlənir, gün ərzində qəbul olunmuş informasiya beyin tərəfindən analiz edilir.

Beyinin yuxu zamanı aktiv şəkildə işləməsini təsdiq etmək üçün bu kimi faktı gətirmək olar: bəzi tanınmış alimlər öz kəşflərini yuxuda görüblər. Belə ki, bildiyimiz kimi tanınmış kimyaçı alim Mendeleyev öz məşhur cədvəlini məhz yuxuda görüb. Digər dahi alim Albert Enşteyn öz nisbilik nəzəriyyəsinə yenə də yuxuya "borcludur". Atom fizikasının banisi Nils Bor atomun modelini yuxuda görüb. Belə misallar yenə də gətirmək mümkündür.

Uşaqlıqdan biz bilirik ki, əgər yuxuda uçursan və ya hündürlükdən yıxılırsansa, bu o deməkdir ki, sənin boyun artır, sən uzanırsan. Bu "nağıl" deyil. Məsələ burasındadır ki, boyatma hormonu məhz yuxu zamanı aktiv şəkildə hazırlanır.

İnsanın normal gecə yuxusu 8 saat təşkil etməlidir. Bunu hamı bilir. Lakin somnoloqların fikirinə görə, bu heç də belə deyil. Müxtəlif insanlara yuxu üçün müxtəlif vaxt tələb olunur. Bəzilərinə daha çox, bəzilərinə isə daha az. Bəzi günlərdə biz daha çox yoruluruq və bizə daha çox yuxu tələb olunur, digər günlərdə isə biz yorulmuruq və yuxuya olan ehtiyacımız da azalır.

Bəzi insanlara 5-6 saat gecə yuxusu kifayət edir, bəzilərinə isə 9-10 saat lazımdır. Buna insanın iş fəaliyyəti (əqli və ya fiziki), yaşı, temperamenti və s. böyük təsir edir.

İrsiyyat da burada böyük rol oynayır. "Yatağan" insanların yaxın qohumları arasında kifayət qədər yuxu sevən insanları tapmaq olur.

İnsanın yaşı artdıqca yuxuya olan təlabat azalır. Yaşlı insanlar daha az işləyir və yorulur, onların orqanizmində gedən mübadilə və s. proseslər yavaşıyır. Bu səbəbdən yaşlı insanları yuxunun azalması narahat etməməlidir. Lakin yaşlı insanların bir çox hissəsi bunu patologiya kimi qəbul edərək yuxugətirici dərmanlara üz tuturlar.

Həkimlərdən tez-tez eşitmək olur ki, insan 22.00-23.00 saat radələrində yatmağa getməlidir. Lakin bu da belə deyil. Bəzi insanlar tez yatmağı və tez oyanmağı sevir (belə insanlara "torağay quşu" deyilir), digərləri isə bütün gecəni işləməyə hazırdırlar və yalnız səhərə yaxın yuxuya gedirlər (bunları "bayquş" adlandırırlar). Bu hər insan orqanizmində olan daxili bioritmlərdən asılıdır. Beləliklə, insan müəyyən, təyin olunmuş saatda yox, yatmaq istəyəndə yatmağa getməlidir.

Somnoloqların fikirinə görə, yuxuların insanın gələcəyi haqqında heç bir məlumat vermirlər və bu səbəbdən el arasında populyar olan "yuxu yozmaları" tam əsassızdır. Yuxuda biz yalnız bildiyimiz, eşidtiyimiz, gördüyümüz şeyləri görə bilirik.

İnsanların əksəriyyəti rəngli yuxular görürlər. Anadangəlmə kor insanlar yuxuda yalnız iylər, səslər "görürlər". Əgər insan anadangəlmə kor deyildisə və yalnız hər hansı hadisədən sonra kor olubsa, o, adi insanlar gördüyü yuxuları görə bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!