Cinsi yolla keçən infeksiyalar sonsuzluğun səbəb olur

Cinsi yolla keçən infeksiyalar sonsuzluğun səbəb olur
Xəstəliklər və müalicəsi
10.09.2017 68
Sonsuzluğun sәbәbinin müәyyәn edilmәsi üçün ailә cütlüyü üzvlәrinin hәr birinә tәyin edilәn әn әsas ilkin müayinәlәrdәn biri CYKİ görә müayinәnin aparılmasıdır.

Cinsi yolla keçәn infeksiyalar (CYKİ) ­ bir insandan digәrinә әsasәn seksual әlaqә zamanı (cinsi yolla) keçәn xәstәliklәrdir.

CYKİ­ın әksәriyyәti, onlara düzgün diaqnoz qoyulduqda, müalicә vaxtında başlandıqda vә sona qәdәr aparıldıqda sağalan xәstәliklәrdir. CYKİ­ın qәddarlığı ondadır ki, onlar çox vaxt heç bir әlamәtlә özlәrini büruzә vermir vә ya bu simptomlar çox zәif dәrәcәdә ifadә oluna bilirlәr. CYKİ müalicә olunmazsa vә ya onun

müalicәsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçәrәk bir sıra fәsadlar törәdә bilәrlәr: sidik yolları vә daxili cinsiyyәt üzvlәrinin iltihabi xәstәliklәri, kişilәrdә impotensiya, kişilәrdә vә qadınlarda sonsuzluq vә s. Buna görә dә, sonsuzluğun müalicәsi zamanı, CYKİ­yә görә müayinәlәrin aparılması vacib hesab edilir.

Cinsi yolla keçәn infeksiyalar aşağıdakı yollarla ötürülә bilәr:

­cinsi akt zamanı;

­ qeyri­steril tibbi alәtlәrdәn istifadә edilmәsi ilә;

­ xәstәnin qanı ilә kontaktda olduqda;

­ tәk­tәk hallarda xәstәlәrin mәişәt vә şәxsi gigiyena әşyalarından istifadә etdikdә.

Anatomik quruluşundakı xüsusiyyәtlәrinә görә qadınlarda bu infeksiyalara yoluxma ehtimalı kişilәrә nisbәtәn

daha çox olur. Bundan başqa, qadının anatomik xüsusiyyәtlәri xәstәliyin ilkin әlamәtlәrinin daha gizli şәkildә

getmәsinә "kömәk" edir.

Cinsi yolla keçәn infeksiyaların әsas әlamәtlәri aşağıdakılardır:

­ cinsi orqanlar sahәsindә qaşınma vә yandırma hissiyyatı;

­ çox tez­tez vә ağrılı sidik ifrazı;

 cinsi orqanlardan qeyri­adi görünüşlü vә qoxulu selik ifrazının
olması;  cinsi orqanlar vә anal (arxa) dәlik (anus) sahәsindә qızartının
olması;

­ bәdәndә sәpgilәrin әmәlә gәlmәsi;  cinsi orqanlarda vә anal dәlik
әtrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların vә
sızanaqların meydana gәlmәsi;

­ limfatik düyünlәrin (әsasәn qasıq nahiyәsindә) böyümәsi; qadın vә
kişilәrdә ­ qarının aşağı hissәsindә ağrıların yaranması; qadınlarda
cinsi әlaqә zamanı uşaqlıq

yolunda olan ağrılar, aybaşılar arası dövrdә uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.



Әgәr hәr hansı insan özündә CYKİ ­ cinsi yolla keçәn infeksiyaların istәnilәn bir әlamәtini hiss edәrsә o, tez bir

zamanda ginekoloqa (qadınlar), uroloq­androloqa (kişilәr) vә ya dermatoveneroloqa (dәri­zöhrәvi xәstәliklәri

üzrә mütәxәssis) müraciәt etmәlidir. Ancaq onu da yadda saxlamaq
lazımdır ki, CYKİ gizli şәkildә dә keçә bilәrlәr! Buna görә dә ailә
qurmaq istәyindә olan hәr bir cütlük (hәm kişi, hәm dә qadın) bu
infeksiyalara görә

tam müayinә keçmәli vә lazım gәldikdә isә müalicә kursu almalıdırlar! Bu gәlәcәkdә sağlam uşaq olmasını

planlaşdıran hәr bir cütlük üçün çox vacibdir!!!

CYKİ ­ cinsi yolla keçәn infeksiyalara diaqnoz qoyulması üçün hәkim ilk
növbәdә pasientin dәrisi vә cinsi orqanlarına baxış keçirir. Kişilәrdә
hәkim uretradan yaxma (sınaq) da götürür, lazım gәldikdә sidiyin

müayinәsini tәyin edir. Qadınlarda isә uşaqlıq yolundan vә/vә ya uşaqlıq boyunundan vә sidik kanalından

yaxma götürülür. Ola bilәr ki, sifilis vә QİCS (SPİD) xәstәliklәrinә görә müayinә aparmaq üçün pasientdәn qan

analizi (damardan) dә götürülsün. Әgәr qadın hamilә olarsa, o bu barәdә
öz hәkiminә xәbәr vermәlidir. Çünki hәr hansı bir infeksiya aşkar
edildiyi halda, onun müalicәsi üçün tәtbiq edilә bilәcәk dәrman
preparatlarının bәzilәri dölә çox mәnfi tәsir edә bilәr. Ailә cütlüyünün
bir üzvündә hәr hansı bir infeksiya aşkar edilәrsә, cütlüyün digәr üzvü
dә mütlәq müvafiq müayinәlәrdәn keçmәli vә lazım gәldikdә müalicә
olunmalıdır.

Aparılan hәr bir müalicә kursundan sonra, infeksiyadan tam müalicә olunduqlarına әmin olmaq üçün hәm

qadın, hәm dә kişi tәkrar olaraq CYKİ­yә görә müayinәdәn keçmәlidirlәr.

Qonoreya (tripper­süzәnәk)

Bu xәstәlik cinsi yolla kecir. Çox nadir hallarda vә adәtәn, uşaqlarda
bu xәstәliyә yoluxma mәişәt şәraitindә, şәxsi gigiyenik, tualet
әşyaları, ümumi yataq dәstlәri vasitәsi ilә dә baş verә bilәr (mәsәlәn,
hamam lifindә, hamam dәsmalında xәstәliyin törәdicisi olan mikroblar öz
hәyat qabiliyyәtini bir neçә saat әrzindә saxlaya

bilirlәr). Orta hesabla yoluxmadan 3­7 gün sonra kişilәrdә sidik ifrazı zamanı ağrı vә yandırma hissiyyatı,

xayalıqda ağrı, sidik çıxarıcı kanalından sarımtıl­yaşılaçalar rәngdә
irinli ifrazat (alt paltarda lәkә qoyan) kimi kliniki әlamәtlәr meydana
çıxır. Qadınlarda isә xәstәlik zamanı uşaqlıq yolundan
sarımtıl­yaşılaçalar rәngdә

ifrazat, tezlәşmiş, ağrılı, çәtinlәşmiş sidik ifrazı, qarının aşağı hissәsindә ağrılar, bәzi hallarda uşaqlıq yolundan

qan qarışıqlı ifrazat, aybaşı tsiklinin pozulması vә digәr әlamәtlәr baş verә bilәr. Ancaq әksәr qadınlarda (cinsi

orqanların bәzi anatomik xüsusiyyәtlәrinә görә), adәtәn, xәstәlik gizli
şәkildә gedә bilәr ki, bu da çox tәhlükәli hesab edilir. Nәticә etibarı
ilә bu, xәstәliyin daha gec aşkar olunmasına vә bir sıra fәsadların baş
vermәsinә

(hәtta sonsuzluğa) sәbәb ola bilәr.

Qadınlarda qonorreya zamanı sidikifrazedici kanal, uşaqlıq yolu, anal dәlik әtrafındakı sahә vә kişilәrә nisbәtәn

onların daxili orqanları da (uşaqlıq, yumurtalıqlar, Fallopi boruları)
daha asanlıqla xәstәlik törәdicilәri tәrәfindәn zәdәlәnә bilәr.
Kişilәrdә xәstәlik zamanı daxili cinsiyyәt üzvlәri dә zәdәlәndiyi üçün
onlarda xaya

artımlarının, toxum kisәciyi, prostat vәzinin xroniki xәstәliklәri inkişaf edir. Hәm qadınlarda, hәm dә kişilәrdә

xәstәlik son nәticәdә sonsuzluğa sәbәb ola bilәr.

Sifilis

Sifilis xәstәliyi seksual әlaqәlәr zamanı, qan ilә (qan köçürülmәsi, tatuirovka ­ bәdәninә şәkillәr döydürmәsi,

iynә vurulması), hәmçinin xәstәlәrin diş fırçasından, qab­qacağından,
istifadә edilmәsi, öpüş zamanı (xәstәlәrin ağız boşluğunda vә
dodaqlarında xoralar vә ya qan sızan zәdәli sahәlәr olduqda) dә keçә
bilәr. Xәstәliyә

yoluxma steril olmayan tibbi alәtlәrlә dә (ginekoloji, stomatoloji, cәrrahi) baş verә bilәr.

Sifilis xәstәliyi öz inkişafı prosesindә bir neçә mәrhәlәdәn keçir:

­ Birinci mәrhәlә (ilkin sifilis) yoluxmadan 3­4 hәftә sonra başlayaraq, tәxminәn 6­8 hәftә davam edir. Bu

mәrhәlәdә xәstәlik törәdicisinin bәdәnә daxil olduğu yerdә kiçik, ağrısız, kәnarları vә sәthi hamar, sәthindәn

parlaq, şәffaf maye ifraz edәn dairә şәkilli xora әmәlә gәlir. "Bәrk şankr" adlanan belә xora әmәlә gәldikdәn

sonra, ona yaxın olan limfa düyünlәri böyümәyә başlayır. Böyümüş bu düyünlәr, adәtәn, ağrısız olur. Şankr

әksәr hallarda cinsiyyәt üzvlәrindә (kişilәrdә, kişi cinsiyyәt üzvü vә
xayalıqda, qadınlarda isә kiçik cinsiyyәt dodaqlarında, uşaqlığın
selikli qişasında), hәmçinin anal dәlik (anus, arxa dәlik) әtrafında,
ağız boşluğu vә dodaqlarda yaranmış olur. Bir neçә hәftәdәn sonra şankr
müalicә olunmadan da sağalır ki, bu da onu daha

tәhlükәli edir. Çünki bu zaman xәstә sağaldığını düşünәrәk, özünü rahat
hiss etsә da, o digәrlәri üçün yoluxucu hesab olunur! Xәstәliyin ilkin
dövründә başlanan düzgün müalicә heç bir fәsad vermәdәn tam sağalma ilә

nәticәlәnir.

­ Yoluxmadan tәxminәn 2 ay sonra xәstәliyin ikinci mәrhәlәsi başlayır.
Bәdәnin, ovucların, ayaqaltı sahәlәrin dәri örtüyündә, ağız boşluğunun
vә cinsi orqanların selikli qişasında sәpgilәr (onlar vaxtaşırı yaranır,
sonra isә

yox olurlar) әmәlә gәlir. Sәpgidәn başqa, qızdırma, titrәmә, yorğunluq,
oynaqlarda ağrılar, az hallarda isә saçların tökülmәsi dә müşahidә edilә
bilәr.

­ Xәstәlik müalicә olunmadıqda yoluxmadan 4­5 il sonra onun üçüncü
mәrhәlәsi başlayır ki, bu zaman onurğa beyni vә baş beyinin zәdәlәnmәsi,
psixiki pozğunluqlar, ifliclәr, xәstәlәrin eybәcәr hala düşmәsi baş
verir.

Hazırda sifilis xәstәliyi yaxşı müalicә olunduğu üçün xәstәliyin üçüncü mәrhәlәsi çox nadir hallarda tәsadüf

edilir.



Genital herpes

Genital herpes ­ çox yoluxucu xәstәlikdir. Xәstәliyә yoluxma cinsi әlaqә vasitәsi ilә, öpüşlә (әgәr virus ağızda

olan sәpgilәrdә olarsa), qanla, hamilә olarkәn anadan uşağa, hәmçinin mәişәt әşyaları vasitәsi ilә keçә bilәr.

Xәstә adam vә onun әtrafında olan yaxınları şәxsi gigiyena qaydalarına
çox dәqiqliklә әmәl etmәli, ayrı­ayrı yataq dәstlәri vә dәsmallardan
istifadә etmәlidirlәr!!

Genital herpes zamanı selikli qişalar vә dәri zәdәlәnmiş olur. Yoluxmadan 3­7 gün sonra xәstәlәnәn şәxslәrin

(ancaq hamıda yox; belә ki, bir çoxlarında infeksiya özünü heç bir
әlamәtlә büruzә vermir) cinsi yollarında qaşınma, yandırma hissiyyatı,
daha sonra içәrisi maye ilә dolu olan qovuqcuqlar әmәlә gәlir ki, o da
sonradan

şәffaf maye ifraz edәn xoraya çevrilir. Xoralar hәm daxili, hәm dә xarici cinsiyyәt orqanlarında, anal dәlik

әtrafında, bir çox hallarda isә dodaqlarda vә budlarda da әmәlә gәlir.
Bundan başqa, xәstәlәrdә qızdırma, baş ağrıları, ağrılı sidik ifrazı,
qadınlarda uşaqlıq yolundan, kişilәrdә isә sidik kanalından ifrazat
xaric edilmәsi dә tәsadüf edilir. Bütün bu әlamәtlәr sonradan heç bir
müalicә aparılmadan da keçib gedә bilәrlәr. Virus isә insanın

ömrünün sonuna qәdәr onun orqanizmindә qalır vә onun inkişafı üçün
müvafiq әlverişli şәrait yaranmış olduğu halda (bәdәnin soyuması,
qızışması, yorulması, streslәr keçirilmәsi, digәr infeksiyalardan sonra)
xәstәlik tәkrarәn yenidәn aktivlәşә bilir. Genital herpes xәstәliyini
tam şәkildә müalicә etmәk mümkün olmur vә bu zaman müalicә yalnız
xәstәliyin residiv vermәsi (tәkrarlanması) hallarının sayının,
müddәtinin vә ağırlıq dәrәcәsinin azaldılması istiqamәtindә aparıla
bilәr.

Bәzi hallarda xәstәlik mәrkәzi sinir sistemi vә gözlәri dә zәdәlәyә bilәr. Hamilә qadınlarda isә genital herpes

әksәr hallarda uşaqsalmaya, vaxtından qabaq doğuşa, bәzi hallarda isә uşaqda müxtәlif anomaliyalara da sәbәb

ola bilәr.

Xlamidioz

Hal­hazırda xlamidioz xәstәliyi cinsi yolla keçәn infeksiyalar arasında әn çox yayılmış infeksiya hesab edilir.

Xәstәliyә yoluxduqdan 1­4 gün sonra xәstәlәrdә selikli­irinli ifrazat, ağrılı sidik ifrazı, qarının aşağı hissәsindә,

beldә ağrılar, qadınlarda aybaşılar arası dövrdә qanaxmalar, kişilәrdә xayalıq vә aralıq nahiyәsindә ağrılar baş

verir. Әksәr qadınlarda vә kişilәrin bir hissәsindә xәstәliyin bütün bu әlamәtlәri ya çox zәif ifadә olunur, ya da

heç olmaya da bilir. Xlamidioz xәstәliyi müalicә olunmadığı hallarda, uşaqlıq boruları, uşaqlıq boynunun

iltihabı, hamilәlik vә doğuş patologiyaları, daxili orqanların (qara ciyәr, dalaq, periton ­ qarın boşluğu

divarlarını vә üzvlәrini örtәn qişa) müxtәlif xәstәliklәri, xaya artımlarının, prostat vәzi, sidik kisәsinin iltihabı,

kişilәrdә potensiyanın pozulması kimi patoloji hallara da sәbәb ola bilәr.

Trixomoniaz

Trixomoniaz ­ әksәr hallarda digәr cinsi yolla keçәn infeksiyalarla (CYKİ) birgә tәsadüf edilir. Xәstәlik әsasәn

cinsi yolla ötürülür. Mәişәtdә yoluxma yalnız tәk­tәk hallarda baş verir.

Xәstәliyin әlamәtlәri yoluxmadan 4­21 gün keçdikdәn sonra özünü büruzә
verә bilәr. Bu zaman qadınlarda xeyli miqdarda ağ vә ya yaşıl­sarı
rәngli, köpüklü, kәskin, pis­xoşagәlmәz iyli ifrazatın xaric olması qeyd
oluna bilәr. Bu ifrazat isә öz növbәsindә, cinsi orqanlarda qaşınmaya,
qıcıqlanmaya, hәmçinin sidik ifrazı zamanı ağrı vә yandırma
hissiyyatının yaranmasına, cinsi әlaqә zamanı isә ağrılara da sәbәb ola
bilәr. Aybaşı zamanı qadınlarda göstәrilәn bu әlamәtlәr arta da
bilәrlәr. Kişilәrdә sidik ifrazı zamanı yandırma hissiyyatı, uretradan

(sidik kanalından) selikli­irinli ifrazatın olması baş verir. Ancaq bir
çox hallarda xәstәlik açıq şәkildә ifadә olunmuş әlamәtlәr olmadan da
keçә bilәr ki, bu da müalicә olunmadığı tәqdirdә son nәticәdә ciddi
fәsadlara

sәbәb ola bilәr.

Trixomoniaz zamanı qadınlarda uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlığın
daxili tәbәqәsi, uşaqlıq boruları vә yumurtalıqlar zәdәlәnmiş olur. Bәzi
hallarda infeksiya periton qatının iltihabına da (peritonit) sәbәb ola
bilir.

Kişilәrdә xәstәlik prostat vәzini, xaya vә xaya artımlarını, sidik
yollarını zәdәlәyә bilir ki, bu da onlarda potensiyanın pozulması ilә dә
nәticәlәnә bilәr. Xlamidioz kimi, trixomoniaz da bir çox hallarda
sonsuzluğun

sәbәbi ola bilәr.

Kandidoz

Kandidoz xәstәliyini ­ Kandida nәslindәn olan maya göbәlәklәrinә bәnzәr mikroorqanizmlәri törәdirlәr. Az

miqdarda olmaqla, onlar әksәr adamların cinsi orqanlarında, bağırsaqda mövcud olaraq heç bir xәstәlik halına

sәbәb olmurlar.

Ancaq uzun müddәt әrzindә antibiotik preparatları qәbul etdikdә, şәkәrli
diabetdә, hamilәlik vaxtı vә s. hallarda immunitetin zәiflәmәsi fonunda
bu göbәlәklәrin sayının sürәtlә artması baş verә bilәr. Kandidozun
inkişaf

etmәsinә dar vә sintetik paltarların geyilmәsi vә uşaqlıq yolunun
müxtәlif tәrkibli mayelәrlә tez­tez püskürdülmәsi, şırınqa ilә yuyulması
da sәbәb ola bilәr. Belәliklә, kandidoz әksәr hallarda cinsi әlaqәdә
olmadan da әmәlә gәlә bilir. Ancaq bu xәstәlik cinsi yolla da ötürülә
bilәr. Uşaqlar doğuş zamanı anadan,

hәmçinin sanitar­gigiyenik normaların pozulması nәticәsindә digәr hallarda da yoluxa bilәrlәr.



Kandidoz xәstәliyi ilә daha çox hallarda qadınlar xәstәlәnirlәr. Xәstәlik kliniki olaraq, uşaqlıq yolundan xeyli

miqdarda olan ağımtıl "kәsmiyә bәnzәr" ifrazatın, xarici cinsi üzvlәrin
şişkinliyi, qaşınma, sidik ifrazı zamanı yandırma hissiyyatı kimi
әlamәtlәrlә müşayiәt olunur. Әksәr hallarda isә xәstәlik ya gizli
şәkildә, ya da çox az әlamәtlәrlә keçir. Kişilәrdә kandidoz xәstәliyi
zamanı cinsiyyәt üzvü başının vә kәnar pülüyün iltihablaşması, cinsiyyәt
üzvünün başının qızarması vә üzәrindә xarakterik kәsmiyә bәnzәr
tәbәqәnin әmәlә gәlmәsi vә

uretradan (sidik kanalından) ifrazatın olması kimi kliniki әlamәtlәr baş
verә bilәr. Kişilәrdә kandidoz xәstәliyi zamanı prostat vәzi, xayalar
vә onun artımları, sidik kisәsi kimi orqanlar, qadınlarda isә daxili
qadın cinsi

orqanları, sidik kisәsi vә böyrәklәr dә zәdәlәnә bilәr.

Papillomavirus infeksiyası

Xәstәlik insan papilloma virusu (İPV) tәrәfindәn törәdilir. Xәstәlik hәm cinsi yolla, hәmçinin hamilәlik vә

doğuş zamanı isә anadan uşağa keçә bilәr.

Xәstәliyin әlamәtlәri infeksiyaya yoluxduqdan 1­9 ay sonra (orta hesabla
3 ay әrzindә) özünü büruzә vermәya başlayır. Xarici cinsiyyәt
üzvlәrindә, anal dәlik әtrafında, uşaqlıq yolu vә ya sidik kanalı
daxilindә açıq qırmızı vә ya dәri rәngindә olan ziyillәr әmәlә gәlir.
Onlar bәzi hallarda yastı şәkildә qalaraq az nәzәrә çarpa bilәrlәr.

Bәzәn isә onların sayı vә ölçülәri artaraq, tәdricәn gül kәlәminә vә ya xoruz pipiyinә bәnzәr şәkil ala bilәr.

Kandilomalar (ziyillәr) xәstә insanda zәdәlәnmә sahәsindә qaşınma,
yandırma hissiyyatı, ifrazatın olması, bir qәdәr qanaxma, sidik ifrazı
zamanı ağrı, cinsi әlaqә vә gәzinti zamanı narahatlıq kimi kliniki
әlamәtlәrә sәbәb

olurlar.

Hәkimlәrin fikirinә görә, әksәr hallarda qadınlarda uşaqlıq boynunun xәrçәnginin vә kişilәrdә isә xәrçәng

xәstәliklәrinin bir hissәsinin sәbәbi dә insan papilloma virusunun (İPV) bәzi tiplәri hesab olunur.

Yadda saxlamaq lazımdır ki, bәdәnin aşağı hissәlәrindә olan ziyillәrin
heç dә hamısı kandiloma olmasa da, belә törәmәlәr cinsi orqanlar vә
onlara yaxın yerlәrdә yerlәşmiş olarlarsa, mütlәq hәkimә müraciәt etmәk
lazımdır!

Kandilomaların heç bir halda özünüz tәrәfindәn xaric edilmәsinә cәhd etmәk olmaz!

Mikoplazmoz. Ureaplazmoz

Bu xәstәliklәr әsasәn cinsi yolla ötürülür. Bәzi hallarda isә qadınlar,
xüsusilә qız uşaqları ümumi gigiyena әşyaları ilә dә yoluxa bilәrlәr.
Xәstәliklә hәm kişilәr, hәm dә qadınlar eyni dәrәcәdә xәstәlәnirlәr.
Kişilәr vә

hamilә qadınlar üçün bu xәstәlik daha tәhlükәli hesab edilir.

Mikoplazmoz vә ureaplazmoz xәstәliklәri yoluxmadan 3­5 gün sonra, özlәrini müәyyәn әlamәtlәrlә büruzә

verirlәr. Bu zaman xәstә qadınlar cinsi üzvlәr sahәsindә qaşınma vә
diskomfortdan (narahatlıq), az miqdarda şәffaf ifrazat, ağrılı sidik
ifrazından, qarının aşağı hissәsindә ağrılardan şikayәt edirlәr.

Xәstәlik müalicә olunmadığı tәqdirdә hәm qadınların, hәm dә kişilәrin cinsi üzvlәrindә iltihabi proseslәrin baş

vermәsi ilә nәticәlәnә bilәr. Kişilәrdә bu xәstәliklәr, hәmçinin
spermatogenezin (spermanın hazırlanması) pozulması nәticәsindә
sonsuzluğa da sәbәb ola bilәr.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!