Əyriboyunluq

Əyriboyunluq
Xəstəliklər və müalicəsi
18.12.2017 118
Doğuş zamanı uşağın boynu böyük gərginliyə (xüsusilə doğuş ağır keçdikdə, ginekoloji maşalardan istifadə olunanda və s.) məruz qalır. Bunun nəticəsində uşaqda əyriboyunluq əmələ gələ bilər.

Nadir hallarda əyriboyunluq uşaqda ana bətnində olarkən formalaşır.

Əyriboyunluğun ilkin əlamətləri artıq uşaq həyatının 2-ci həftəsində özünü büruzə verir. Uşağın başı qeyri təbii olaraq daim yan tərəfə əyilir, boynunun bir tərəfi o birinə nisbətən qısa olur. Uşağın başı həmişə bir tərəfə doğru çevrilmiş olur. Başı digər tərəfə çevirməyə cəhd göstərildikdə isə, körpə narahatlıq nümayiş etdirərək ağlayır.

Əyriboyunluğun səbəbi başı önə əyən əzələnin patologiyasıdır. Bu zaman, qan təchizatının pozulması nəticəsində zədələnmiş əzələ qısalaraq yığılma qabiliyyətini itirir. Əyriboyunluq zamanı uşağın sifətində asimmetriya da inkişaf edir - üzün sağlam tərəfi o biri (xəstə) tərəfindən iri olur. Uşağın yanaqlarında asimmetriya daha aydın hiss olunur - bir yanaq digərindən böyük görünür. Erkən yaşlarda əyriboyunluq aradan qaldırılarsa, asimmetriya tamamilə keçib gedir. Müalicə 3 yaşından sonra başlanarsa, uşağın sifəti qeyri-proporsional olaraq qalır. Bundan əlavə bu qüsurun vaxtında müalicə edilməməsi onurğa, ciyin qurşağının qeyri-normal inkişafına səbəb olur.

Əyriboyunluğun müalicəsi müalicəvi bədən tərbiyəsindən, masaj, fizioterapiya, xüsusi fiksəedici yaxalıq taxılmasından ibarətdir.

Erkən başlanmış müalicə nəticəsində, uşaqlar adətən həyatının birinci ilinin sonunadək sağalırlar. Əyriboyunluq gec aşkar edildikdə və müalicə düzgün və mütəmadi şəkildə aparılmazsa, patoloji prosesin aradan götürülməsi üçün uşağın 2 yaşında cərrahi əməliyyat aparılır. Əməliyyatdan sonra isə uşağı davamlı bərpa dövrü (xüsusi yaxalıqdan istifadə edilməsi, fizioterapiya, müalicəvi bədən tərbiyəsi) gözləyir.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!