Bu xəstəliklər irsən ötürülür

Bu xəstəliklər irsən ötürülür
Xəstəliklər və müalicəsi
10.09.2017 21
Müasir tibdə belə hesab olunur ki, irsiyyət insanın sağlamlığına çox böyük təsir edir.

Bu
mövzuda olan araşdırmalar bütün dünyada aparılır və alimlər hər dəfə
irsiyyətin insan sağlamlığına olan təsirini yeni və yeni araşdırmalar
nəticəsində sübut edirlər.

Genetiklərin
fikirinə görə, qızlarda menstruasiyalar 57% hallarda analarında olan
yaşda başlayır. Menopauza (klimaks) da bir çox hallarda anada bu proses
başlayan zaman başlayır. Beləliklə, əgər anada erkən menopauza (40
yaşına kimi) olubsa, onun qızında da erkən menopauzanın riski artmış
olur.

Alimlər sübut edir ki, miqren xəstəliyi 70-80% hallarda anadan qızına ötürülür.

Döş,
yumurtalıqlar və uşaqlıq xərçənginin irsən ötürülməsi də bütün dünyada
təsdiq olunub. Araşdırmalar sübut edir ki, bu xərçəng növləri anadan
qızına ötürülür (xüsusilə də ana cavan yaşlarda bu xəstəliklərə
tutulubsa). Məhz bu səbəbdən bir sıra Avropa ölkələrində və Amerikada
"pis" irsiyyəti olan bəzi qadınlar döş xərçənginin riskini azaltmaq üçün
mastektomiya əməliyyatına (süd vəzilərinin xaric edilməsi əməliyyatı)
gedir. Belə profilaktikanın nümunəsi dünya şöhrətli Ancelina Colidir.
Aktrisanın anası və doğma xalası döş xərçəngindən vəfat ediblər.

Köklük
də genetik olaraq valideynlərdən uşaqlarına ötürülür. Alimlər sübut
edir ki, valideynləri kök olan insanda köklük və piylənmənin riski 70%
artır.

Ürək-damar
sistemi xəstəlikləri valideynlərdən uşaqlara ötürülə bilər (xüsusilə bu
xəstəliklər valideynlərdə cavan yaşlarda inkişaf edibsə). Varikoz
xəstəliyi bir çox hallarda anadan qızına ötürülür. Bunun səbəbi irsən
keçən damar divarlarının zəif olmasıdır.  İngiltərə alimləri sübut
ediblər ki, insult keçirmiş qadının uşaqlarında insultun riski artmış
olur.

Şəkərli diabet, bronxial astma, artrit da irsən keçən xəstəliklərdir.

Epilepsiya, şizofreniya, ağır depressiyalar kimi sinir sistemi xəstəlikləri bir çox hallarda irsən ötürülür.

Maraqlıdır ki, hətta alkoqolizm (içki düşkünlüyü) irsən valideynlərdən uşaqlara ötürülür.

Hər
bir insan onun yaxın qohumlarında olan xəstəlikləri və pozulmaları
haqqında bilməlidir. Bu çox vacibdir! Bu halda insan öz "zəif"
tərəflərini bilir və öz sağlamlığına qarşı daha diqqətli olur.

Düzgün
qidalanma, fiziki aktivlik, pis vərdişlərdən imtina, profilaktik
müayinələr kimi sadə tədbirlər insanı bir çox, o cümlədə, irsən keçən
xəstəliklərin inkişafından qoruya bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!