Milyonda 1 rast gəlinən xəstəliklər

Milyonda 1 rast gəlinən xəstəliklər
Xəstəliklər və müalicəsi
10.09.2017 54
Onlar,
fiziki və genetik xəstəliklərinə görə digər insanlardan fərqlənir.
Milyonda bir rast gəlinən xəstəliklə ölkə-ölkə gəzərək göstərdikləri
şoularla milyonlar qazanıblar.

 

Fil adam Cozef Merrik

1862-ci ildə doğulan Cozef Merrikin
fiziki problemlərinə görə, 5 yaşında üzvləri böyüməyə başlayıb. Qısa
müddətdə dəhçşətli forma alıb. 1884-cü ildən etibarən Merrik bu
görüntüsəndən pul qazanmağa başlayıb. Pul qazandığı nümayişlərdən
birində onu görən həkim Merrikin müalicəsinə başlayıb. Cozef Merrikin
"Proteus" sindromundan bu hala düşdüyü məlum olub. David Lyinsinin "Fil
adam" filmində iştirak edən Merrik 27 yaşında yuxuda dünyasını dəyişib.

 

Martle Korbin 1868-ci
ildə ABŞ-ın Tennesse ştatında dünyayya gəlib Anadan gəlmə 4 ayaqlı olan
Korbinin bu hala düşməsinə səbəb ana rəhmindəki əkizinin ayrılmaması
olub. Korbinin 4 qıçı simmetrik deyil. İçəridə qalan qıçları daha
kiçikdir. Korbin açıqlamalarının birində bildirib ki, içəridə olan kiçik
qıçlarıyla da hərəkət edə bilir. Ancaq yerimək üçün zəifdir.  Korbin 4
qız və 1 oğlan anası olub.

 

Madmazel Qabrielle

1884-cü ildə İsveçrədə doğulan Qabrielle Fuller bədəninin
alt hissəsi olmadan doğulub 1900-cü ildə Parisdə sirk şousunda iştirak
edib. Dövrün məşhur sirklərindən "Ringling Brothers"də müxtəlif
nümayişlər göstərib. İki dəfə evlənən Qabriellenin vücüdunun üst 
hissəsi qüsursuz olub.

 

Mari Ann Bevan

1874-cü
ildə Londonda doğulub. 1903-cü ildə tibb bacısı işləyərkən meyvəsatanla
evlənib. Evləndikdən sonra onda "akromeqali" sindromunun əlamətlərini
özünü göstərməyə aşlayıb. Bu sindrom nəticəsində bədənin bir qismi
böyüməyə başlayır. Bevanın başı hədsiz şəkildə böyüyür. 1914-cü ildə əri öləndə 4 uşaq sahibi olub.

 

Vanq

1930-cu
ildə rusiyalı səyyah tərəfindən kəşf edilən çinli əkinçi Vanqın başında
buynuz çıxıb. Vanqın başının arxasında 30 santimetr böyüklüyündə buynuz
çıxıb. Rusiyalı səyyah Vanqın fotoşəkilini çəkib məşhur şoumen Robert
Ripleyə göndərib. Ripley Vanqa  səhnəyə çıxması üçün böyük miqdarda pul
təklif edib. Ancaq Vanqı 1930-cu ildən sonra görən olmayıb.

 

Madam Klofulliya

Madam Klofulliya İsveçrədə
doğulub. Andan gəlmə üzündə tükləri olub. Klofulliya 8 yaşında 5
santimetr uzunluğunda saqqala sahib olub. 14 yaşında Avropa turnesinə
çıxıb. Parisdə tanış olduğu rəssamla evlənib. Saqqalları Napoleon III-ə
bənzədiyi üçün Fransada şöhrət qazanıb. Bu şöhrəti sayəsində Napoleon
ona böyük bir almaz hədiyyə edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!