Yumurta hüceyrəsi donorluğu

Yumurta hüceyrəsi donorluğu
Xəstəliklər və müalicəsi
10.09.2017 25
Əgər
qadında yumurtalıqlar xaric olunubsa və ya hər hansı bir digər səbəb
üzündən onun orqanizmində mayalanma qabiliyyətinə malik olan, kifayət
qədər sayda follikul yetişmir, mayalanma üçün donor yumurta
hüceyrəsindən də istifadə etmək olar.

Bundan
başqa, xromosom mutasiyası və ya genetik xəstəliyi olan qadınlarda,
həmin xəstəliklərin dölə ötürülməsinin qarşısını almaq üçün, həmçinin
yaşlı qadınlarda da donorun yumurta hüceyrəsindən istifadə edilməsi
üsuluna müraciət edilir.

 

Yaş
artdıqca qadınlarda yumurtalıqların funksiyası zəifləyir, müxtəlif
xromosom patologiyası olan (ən çox yayılmış xromosom patologiyalarından
biri – Daun sindromudur) yumurta hüceyrələrinin sayı isə artır.
Yumurtalıqların funksiyasının zəifləməsi təbii prosesdir. Onun
inkişafını saxlamaq mümkün deyil. Ona görə də sonsuzluğun müalicə
olunmasının effektivliyi, cavan qadınlara nisbətən, yaşı 35-dən artıq
olan qadınlarda çox aşağı olur. Cavan donor-qadınlardan alınan yumurta
hüceyrəsindən istifadə edilməsi, yumurta hüceyrəsinin keyfiyyətinin daha
yüksək olması səbəbindən müalicənin səmərəliliyini artırır. Süni
mayalanma üzrə ixtisaslaşmış tibb müəssisələrinin əksəriyyətinin, öz
qadın yumurta hüceyrəsi donorları olur. Bu qadınlar əvvəlcədən
yoxlanılaraq xüsusi ciddiliklə seçilən (psixoloji və fiziki sağlamlığı,
yaşı, xarici göstəriciləri, genetik müayinəsi və s.) şəxslər olur.
Donorun və "yad” yumurta hüceyrəsindən istifadə edən ailə cütlüyünün
şəxsiyyətləri hər bir halda qəti şəkildə gizli saxlanılır.

Ailə
cütlüyü, həmçinin öz istəklərinə uyğun olaraq yaxın qadın qohumlarının
və tanışlarının yumurta hüceyrəsindən də istifadə edə bilərlər. Bu zaman
seçilən donor qadın da müvafiq tam həkim müayinəsindən keçirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!