Diş fırçası seçərkən nələrə diqqət yetirməliyik?

Diş fırçası seçərkən nələrə diqqət yetirməliyik?
Xəstəliklər və müalicəsi
10.09.2017 74
Diş fırçası seçərkən nələrə diqqət
yetirməliyik?

Diş fırçası seçmək ən vacib işlərdən biridir. Fərdi olaraq hər kəsin öz dişi və
diş ətinə uyğun olan diş fırçası seçilməlidir. Bu daha çox mütəxəssis həkim tərəfindən
məsləhət görülməli və hər kəsin dişinə uyğun seçilməlidir. Düzgün seçilməmiş
diş fırçası əslində diş ərpini təmizləmir, dişin üzərində olan mina qatını zədələyir.
Diş fırçasını bizim dişimizə uyğun olaraq yumşaq, orta və sərt fırçalar seçilməlidir.
Dişlər sıx olarsa xırda tüklü diş fırçalarından istifadə etmək lazımdır. Hərəkətli,
diş əti üçün masaj xarakterli diş fırçaları vardır. Diş fırçası fərdi olaraq
seçilməlidir. Ağızda diş daşı çoxdursa və yumşaq fırçadan istifadə edəriksə,
bunun heç bir faydası olmaz. Diş təmizlənməz və dişin üzərində zamanla toplanan
ərp dişlərin kontakt hissəsinə yığılar  və
rənglənmə əmələ gətirər. Daha sonra diş əti çəkilmələrinə səbəb olar. Diş
fırçalarının özəllikləri bununla qurtarmır. Diş fırçalarının uc hissələri dişin
mina hissəsinə toxunduğu üçün fırşanın uc hissələri daha keyfiyyətli
hazırlanmalıdır. Keyfiyyətsiz olduğu zaman dişin üzərində cızıqlar əmələ gəlir
və gələcəkdə minanın keyfiyyətini aşağı salır.



Diş fırçasının forması necə
olmalıdır?

Diş fırçasının formaları istifadə edildiyi yerlərə görə dəyişir. Bəzi diş
fırçaları var ki, bunlar ancaq diş aralıqları üçün nəzərdə tutulub. Pasientlərdə
qapaq istifadə edildiyi zaman xüsusi formalı diş fırçaları var ki, bunlar diş
qapaqlarının arasına keçir və təmizləyir. Bundan əlavə, implant dişlərdən istifadə
edən pasientlər üçün isə özünəməxsus diş fırçalarından istifadə edilir. Bu
fırçalar ön dişlər üçün və arxa dişlər üçün fərqli formalarda ola bilər.
Bunların ölçüsü dişlərin formasına görə dəyişə bilər. Bu fırçalar forması və
ölçüsünü istifadə edildiyi yerə görə dəyişə bilər.



Diş fırçası hansı sıxlıqda dəyişdirilməlidir?

Günümüzdə daha çox
sintetik fırçalardan istifadə olunur  və bu fırçalar bir müddətdən sonra
öz keyfiyyətini itirir. Hər dəfə dişlər yuyulduqdan sonra mütləq diş fırçaları təmizlənməlidir
və xüsusi qablarda saxlanmalıdır. Açıq şəraitdə qaldıqda sintetik olduğu üçün
diş fırçalarının üzərinə mikrobların toplanması daha tez baş verir. Məsləhət
görülür ki, hər 3 aydan bir diş fırçaları dəyişdirilsin. Diş fırçalarının
forması və tükcüklərinin tərkibi mütləq həkim tərəfindən seçilməlidir.



Uşaqlar üçün diş fırçası alarkən nələrə diqqət edilməlidir?

Uşaqlar artıq süd dişləri çıxmağa başlayandan 2 yaşına qədər bir müddətdə
artıq stomatoloq yanında müayinədən keçməlidirlər. Bundan sonra uşaqlarda diş təmizliyinə
başlamaq olar. Bu zaman uşaqlarda diş təmizliyi zamanı nəyə fikir vermək
lazımdır? Uşaqların diş fırçası və diş pastası seçiminə xüsusi önəm verilməlidir.
Uşaqlar üçün istehsal olunan xüsusi diş fırçaları vardır və bu diş fırçalarının
tükcüklərində xüsusi flor olur və tükcüklər daha incə olur. Çünki uşaqlar üçün
istehsal olunan fırçalar sərt və uzun tükcüklü olsa, uşaqlarda diş əti xəstəlikləri
əmələ gətirə və xüsusi qıcıqlandırıcı təsiri ola bilər. Buna görə uşaqlara
fırça seçərkən uşaqların yaşı, çıxan yeni dişləri və dişlərinin forması nəzərə
alınmalıdır. Uşaqların dişlərində bəzən əyilmələr olur və standart diş
fırçaları bu dişləri təmizləyə bilmir. buna görədə uşaq stomatoloqlarının
yanında olmaq məsləhətlidir ki, diş fırçaları həkimlər tərəfindən seçilsin.



Dişi daha düzgün necə firçalamaq
lazımdır?

Dişləri düzgün fırçalama qaydaları vardır. Bəzən
pasientlər dişləri daha sürətli və qısa müddətə fırçalayırlar. Bu isə düzgün
deyil. Düzgün fırçalama zamanı fırçalama prosesi bir istiqamətli olmamalıdır.
Bir istiqamətli olduğu zaman iki diş arasında olan ərplər təmizlənmir və gələcəkdə
diş əti problemlərinin yaranmasına səbəb olur. Dişlər ən azı 3 dəqiqə
fırçalanmalıdır. 3 dəqiqə müddətində diş pastaları dişlər arasına keçib onu təmizləyə
bilir. Bu vaxt 3 dəqiqədən az olduqda təmizlənmə baş verə bilmir. Bu zaman dişləri
fırçalamağımızın elə bir əhəmiyyəti olmur. Ön dişləri bir istiqamətli təmizlədikdən
sonra dairəvi formada və ya yuxarı-aşağı hərəkətlər edilməklə təmizlənmə edilməlidir.  Arxa dişlər üçün isə çeynəmə yerləri təmizlənməklə
yanaşı, həmdə diş fırçası dairəvi və yuxarı-aşağı hərəkətlər etdirilməklə təmizlənməlidir.
Bundan əlavə diş daşı əsasən ağız suyunun hərəkəti zamanı ön və arxa dişlərin
arxa tərəfində toplanır. Ona görədə ön hissədə tətbiq etdiyimiz bütün fırçalama
qaydaları arxa  tərəfdədə  eyni şəkildə tətbiq edilməlidir
Qeyd: Bəzi kəslər də var ki, çox
şeyin təmiz olmasına fikir verərlər bircə dişlərindən başqa...

Unutmayın insanın sağlamlığı ağız boşluğundan başlayır...

Dr. Qara bəy Hacıyev

Mob: 055-348-35-25 (Whatsapp)

Facebook
adresimiz:  http://www.facebook.com/dr.haciyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!