Şikəstliyi və ya əlacsız xəstəliyi olan uşaq hansı hissləri keçirir?

Şikəstliyi və ya əlacsız xəstəliyi olan uşaq hansı hissləri keçirir?
Xəstəliklər və müalicəsi
10.09.2017 19
Nəzəri cəhətdən bu uşaqlar başqa uşaqlardan fərqlənmir. Bu
nəzəriyyə doğru olsa da, əlacsız xəstəliyi olan uşaqların həyata
münasibətləri fərqlidir. Məsələn, qoltuq ağacı və ya araba ilə gəzən
uşaqlar öz həmyaşıdlarının diqqətini cəlb edir. Bu baxışlar həmin uşağı sıxır və daim öz qüsurları haqqında düşünməyə vadar edir. Belə
uşaqlara daha çox qayğı göstərildiyindən onların şəxsiyyətində fərqli
xüsusiyyətlər meydana çıxır. Diqqət edin, valideynlərin belə övladlara
münasibəti fərqli deyilmi? Sözsüz ki, fərqlidir. İlkin olaraq bu fərqli
münasibət uşaqda fərqli hisslər doğurur. Əlacsız xəstəliyə düçar olan körpələrin valideynləri bu uşaqlara qayğını öz həyatlarında başlıca vəzifə hesab edirlər. Bu
əlaqə təbii olmasa da, mən həmin valideynlərin hisslərini başa düşür və
onları qınamıram. Bu valideynlərin çətinliyini anlayıb, onlara hörmətlə
yanaşmaq lazımdır. Məsələn, müəllimlər hemofiliyaya düçar olmuş
uşaqlardan şikayətlənərək, onların valideynlərini ifrat nigarançılığa
görə qınayırlar. Bu valideynlərin nigarançılığı yersiz deyil. Əgər
uşaqda kiçik bir cızıq səbəbindən təhlükəli qanaxmalar baş verə bilərsə,
valideyn necə narahat olmasın?! Belə uşaqlar üçün əhəmiyyətsiz bir zədə
xoşagəlməz nəticələrə səbəb ola bilər.Valideynin nigarançılığını hiss edən uşaqla valideyn arasında xüsusi bir bağlılıq yaranır.



Belə
uşaqların psixologiyasını öyrənmək üçün aparılan təcrübələrdən belə bir
qənaətə gəlinib ki, bu uşaqlar və onların ailələri başqalarından bir o
qədər də fərqlənmirlər. Təcrübələrdən məlum olub ki, alkoqolizm və ya
digər səbəbdən ailə bağlılığı zəifdirsə, qüsurlu uşaq bu ailənin daha
tez dağılmasına səbəb olur. Bəzi ailələr isə bütün qüvvələrini şikəst uşaqla bağlı psixoloji mühitin dəyişdirilməsinə sərf edirlər. Bu mənada, problemli uşaqların ailələri başqa ailələrdən fərqlənir.



Belə ailələrin üzləşdikləri çətinlikləri təsəvvür etmək asan deyil. Əlbəttə
onların həyatını kənardan müşahidə etdikdə qeyri-adi bir şey görünmür.
Şikəst uşaqların tərbiyəsi ilə məşğul olan peşəkarlar bu uşaqlarla adi
şəkildə rəftar edilməsinin tərəfdarıdırlar. Onlar
şikəst uşaqla valideyn arasındakı xüsusi bağlılığı nəzərə almır və belə
hesab edirlər ki, valideynin həssaslığı yersizdir. Bu peşəkarlar
valideyni xüsusi həssaslığı üçün qınayırlar. Bu həssas rəftardan doğan
çətinliklər ilkin olaraq valideynə problemlər yaradır. Onlar düşünürlər
ki, övladlarına lazımınca baxa bilmirlər. Bəzən həkimlər valideynin
həssas münasibətinə uyuşmayan məsləhətlər verirlər. Bu məsləhətlər
zərərlidir. Psixoloji cəhətdən sağlam körpə problemlərə daha asan dözür.
Uşağın psixoloji sağlamlığı üçün nə qədər erkən fəaliyyətə başlanılsa,
bir o qədər yaxşıdır. Amma uşağın mənəvi möhkəmliyindən asılı olmayaraq onun qarşısındakı problemlərin həllində valideyn mühüm rol oynayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!