Yeni ildə yeni başlanğıclar

Yeni ildə yeni başlanğıclar
Xəstəliklər və müalicəsi
10.09.2017 44
Özünə hədəf qoyub sonra fikrindən dönən hər 4 nəfərdən biri olmaq istəmirsinizsə, yazımızı oxumağa davam edin!
Mütəxəssislərin fikrincə bir neçə nüansa diqqət edərək yeni ildə
müəyyənləşdirdiyiniz hədəfləri həyata keçirmək mümkündür. Özünə hədəf seçən hər 4 nəfərdən birinin 3 ay içində
motivasiyasını itirib hədəfindən əl çəkdiyini bilirdinizmi?
Mütəxəssislərin deyimi ilə bunun altında yatan səbəb onların əvvəlki il
aldıqları qərarları həyata keçirməmiş olmasıdır.

Hər yeni ildə özünə hədəflər seçən, amma qısa müddətdə fikrindən dönənlər üçün bu məsləhətləri sizin üçün qeyd etdik:



Qərarlı olun.

İstəməklə
qərar vermək anlayışlarını bir-biri ilə qarışdırmayın. Qərarınızı dəqiq
olaraq verməmisinizsə, motivasiyanız azala bilər. Hədəf müəyyən etməkdə
ilk qayda qərar verməkdir. Misal üçün yeni ildə arıqlamaq
istəyirsinizsə, bu barədə mütləq qərarlı olmalısınız.



Hiss edin və xəyalını qurun.

Qərarınızı
həyata keçirmək və motivasiyanızı canlı saxlamaq üçün hədəfinizə nail
olduqda özünüzü necə hiss edəcəyinizi xəyal edin. Misal üçün gələn il
üçün hədəfinizdə vəzifənizin yüksəlməsi varsa, istədiyiniz kimi bir
ofisin şəklini hər gün görə biləcəyiniz bir yerə asın və ya tərtib
etdiyiniz yeni il hədəfləri qovluğuna qoyun.



Realist olun.

Hədəfiniz
xəyalınız qədər uzaq olmasın. Hədəfinizə kiçik addımlarla, xəyalınıza
isə kiçik addımlarınızı birləşdirərək çata bilərsiniz. Buna misal olaraq
bir münasibətiniz yox ikən evlənməyi hədəf seçmək yerinə, əvvəlcə ciddi
bir münasibət qurmaq qərarı almalısınız.



Keçmişə ilişib qalmayın.

Keçmişə
ilişib qalmayın, çünki keçmişi düşündüyünüz hər an yeni qoyduğunuz
hədəflərə çatmağınıza əngəl ola bilər. Bunun əvəzinə əvvəlki
səhvlərinizi nəzərdən keçirin. Hətta bir dəftərə qeyd edib bir daha
təkrarlamamağa çalışın.



Yeni addımlar atmaqdan çəkinməyin.

Hissləriniz
və içində olduğunuz şərtlər nə olursa olsun, yeni addımlar atmaqdan,
özünüzü inkişaf etdirməkdən çəkinməyin. Çünki gerçəkləşdirdiyiniz hər
hədəf bir sonrakı hədəf üçün sizə ilham və motivasiya verəcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!