Necə empatiya qurmaq olar?

Necə empatiya qurmaq olar?
Xəstəliklər və müalicəsi
10.09.2017 57
Empatiya qarşımızdakı insanların hisslərini və düşüncələrini başa düşmək
və özümüzü onların yerinə qoya bilməkdir. Yəni empatiyaya sahib olan
insanlar ünsiyyətdə olduqları insanların hansı ruh halı içində
olduqlarını və nəyə necə reaksiya verəcəklərini təxmin edir,
hərəkətlərinin və danışıqlarının başqalarına necə təsir edəcəyini nəzərə
alaraq davranırlar.
Empatiya qurmaq təkcə qarşı tərəf üçün deyil bizim üçün də
faydalıdır. Belə ki, empatiya sayəsində ünsiyyətdə olduğumuz insanların
ehtiyaclarını anlamağımız daha asan olur və onların bizdən
gözlədiklərini eləyə bilməyimiz bizim də onlardan gözlədiklərimizi
etməklərinə şərait yaradır. Belə ki, qarşınızdakı insanın hiss və
düşüncələrinə əhəmiyyət vermədən ünsiyyət qurmağınız onun da sizə qarşı
eyni cür davranmağına səbəb olacaqdır.

Bununla yanaşı empatiya həm daha səmimi dostluq əlaqələrinin
yaradılmasında, həm də kişilər və qadınlar arasındakı münasibətlərin
tənzimlənməsində böyük rol oynayır.

Necə empatiya qurmağı öyrənmək istəyənlərin diqqət etməli olduğu
məqam qarşılarındakı insanı diqqətlə dinləməkdir. Başa düşməyin və
düzgün bir şəkildə reaksiya verməyin yolu sizinlə danışan insanın nə
demək istədiyini yaxşı bir şəkildə dəyərləndirməkdən keçir və bunun üçün
də diqqətinizi başqa yerə yönəltmədən onu dinləməyiniz lazımdır. Əgər
bir insanı bir neçə dəqiqədən artıq diqqətlə dinləyə bilmirsinizsə, bu
zaman ilk olaraq özünüzü yaxşı bir dinləyici olmaq mövzusunda inkişaf
etdirməlisiniz.

Yaxşı dinləyici olmaqla bərabər verəcəyiniz cavablar da empatik
olmağın əsas qaydalarındandır. Ancaq verəcəyiniz cavabların empatik ola
bilməsi üçün qarşınızdakı insanı əsl mənada anlamalı və onun niyə belə
düşündüyünü təyin etməlisiniz. Bir çox insan təəssüf ki, digər
insanların səhv düşündüyünü onlara sübut etməyə çalışır, bu isə empatiya
qurmaqdan çox uzaqdır. Bu zaman etməli olduğunuz şey o insanın bu hiss
və düşüncələrə sahib olmasına səbəb olan şeyləri qavramaq və daha sonra
problemlərinə onun baxış bucağı ilə həll tapmaqdır. Unutmayın ki, sizin
baxış bucağınız sadəcə sizə aiddir və uğurlu bir münasibət üçün digər
insanların baxış bucağını da nəzərə almalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!