Hidronefroz

Hidronefroz
Xəstəliklər və müalicəsi
10.09.2017 38
Hidronefroz
- böyrəklərin kasa-ləyən sisteminin dartılması, parenximatoz atrofiyası
ilə müşaiyət olunan böyrək toxumalarının zədələnməsidir.

Xəstəlik anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə hidronefroz yuxarı sidik yollarının anomaliyaları ilə bağlıdır. 

Qazanılmış hidronefroz sidiyin çıxmasını çətinləşdirən hər hansı
xəstəliyin nəticəsidir: sidik-daş xəstəliyi, prostat vəzinin adenoması,
sidik ifrazatı yollarının zədələnmiş sıxılmaları, onurğa beyninin
zədələnməsi və s.



Simptomlar və gedişat

Əksər hallarda hidronefroz simptomsuz keçir və infeksiyaya yoluxmada,
böyrək zədələnməsində və ya təsadüfən – rentgenoloji və ya ultrasəs
müayinəsində müəyyən olunur. Lakin xəstəlik bel nahiyəsində, sidik
yolunda, cinsiyyət yollarında, qasıqda ağrılarla özünü biruzə verə
bilər. Kəskin ağrılar xəstəliyin ilk pillələrində müşahidə olunur.
Prosesin inkişafı ilə kasa-ləyən divarları tədricən birləşdirici
toxumalarla əvəz olunurlar və küt ağrılar olurlar. Sidikdə adətən
eritrositlər, böyrək epiteli toxumaları (əgər yuxarı sidik ifrazatı
yolları tam tutulmayıbsa) müəyyən olunurlar. İnfeksiyaya yoluxma halında
hərarət yüksələ bilər. Bu halda ikincili pielonefrit onun üçün
xarakterik olan simptomlarla inkişaf edir.



Xəstəliyin ilk pillələrində yalnız böyrəyin kasa-ləyən sisteminin
genişlənməsi müşahidə olunur. Sidik ifrazatına maneənin aradan
götürülməsi böyrəklərin funksiyalarının tam bərpasına gətirir.
Xəstəliyin uzunmüddətli gedişatında yüksək boşluqdaxili təzyiqin
nəticəsində böyrək toxuması sıxılır ki, bu da üzvi dəyişikliklərə
gətirir. Böyrək toxuması distrofik dəyişikliklərə məruz qalır,
atrofiyaya uğrayır və birləşdirici toxumalarla əvəz olunur. Zədələnmiş
böyrək artıq funksiyalarını tam yerinə yetirə bilmir. Ona görə də
böyrəkdən sidik ifrazatının çətinləşmə səbəblərini aradan götürərkən
onun funksiyasınin müəyyən hissəsi bərpa olunur.



Tanınma

Hidronefrozun diaqnostikasında əsas rol rentgenoloji və ultrasəs
araşdırma üsullarının payına düşür. Uroqramlarda boşluq-fincan
sisteminin genişlənməsi aydın görünür və dartılmanın səbəbləri müəyyən
oluna bilər.



Müalicə

Hidronefrozun müalicəsi sidiyin böyrəklərdən çıxmasının pozulması
səbəblərinin vaxtında aradan götürülməsinə əsaslanır. Onu xəstəliyin ilk
mərhələlərdə (hələ ki, böyrək toxumaları yerindədirlər və böyrəyin
funksiyalarını bərpa etmək olar) aparmaq vacibdir. Gecikdirilmiş
hallarda böyrək toxumalarının bir hissəsi birləşdirici toxumalarla əvəz
olunurlar və böyrəklərin funksional aktivliyini tam bərpa etmək
olmadığından böyrək çatışmamazlığı inkişaf edir.



Profilaktika

Sidiyin böyrəklərdən çıxmasının pozulması səbəblərinin vaxtında aradan götürülməsi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!