Kişilərin diqqətinə!

Kişilərin diqqətinə!
Xəstəliklər və müalicəsi
10.09.2017 33
Təxminən 40% hallarda ailədə sonsuzluğun səbəbi kişi sonsuzluğu olur.

Kişidə
dolyaratma qabiliyyəti bir çox faktorlardan, o cümlədən spermanın
keyfiyyətindən asılıdır. Spermada kifayət qədər sağlam, normal,
hərəkətli spermatozoidlər olmalıdır. Yalnız bu halda mayalanma baş tuta
bilər. 

İlgiltərədə
aparılan xüsusi araşdırmalar nəticəsində məlum olub ki, 12 həftə
ərzində hər gün 70 qr qoz yeyən kişilərdə spermanın əsas göstəricilərdə
xeyli yaxşılaşma müşahidə olunub.  Zdorovieinfo xəbər verir ki,
araşdırmada 117 nəfər 21-35 yaşlar arası kişilər iştirak edib. Kişilərin
yarısı adi qaydada qidalanırdı və qoz yemirdi, yarısı isə hər gün 70 qr
qoz yeyirdi. Kişilər araşdırmadan əvvəl və eksperiment qurtardıqdan
sonra sperma analizini veriblər. Nəticədə spermanın keyfiyyətinin
yaxşılaşması qeydə alınıb. Xüsusilə yaxşılaşma tədqiqatdan əvvəl sperma
göstəriciləri çox aşağı olan kişilərdə müşahidə olunub. 

Alınmış
nəticələr sübut edir ki, sonsuzluqdan əziyyət çəkən kişilər öz
rasionuna xüsusi diqqət yetirməlidir. Qidalanma kişinin dölyaratma
qabiliyyətinə ciddi təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!