İnfarkt haqqında

İnfarkt haqqında
Xəstəliklər və müalicəsi
10.09.2017 35
Həkimlər
bildirir ki, hər insan infarkt keçirəcəyini 1 ay öncədən müəyyənləşdirə
bilər. Bu isə ölüm hallarının qarşısını almaq üçün çox önəmlidir. Bəs,
infarkt riskinin artdığını necə müəyyənləşdirmək olar?

 

İnfarktdan bir ay əvvəl hiss edilən simptomları təqdim edirik:

 

*Halsızlıq

Arteriyalar
daraldıqda ürəyə daha az qan gedir. Bu isə ürəyin işini çətinləşdirir.
Ürək daha çox işləməyə məcbur olduğu üçün insanda halsızlıq və yorğunluq
müşahidə edilir.

 

*Nəfəs çatışmazlığı

Ürəyə qan az gedirsə, deməli, ciyərlərə gedən oksigen miqdarı da azalacaq. Bu isə nəfəs darlığına gətirib çıxaracaq.

 

*Arıqlamaq

Arteriyalar
daraldığı üçün qan dövranı zəifləyir. Bu isə əzələlərin və orqanların
kifayət qədər qidalana bilməməsinə səbəb olur. Ona görə də, səbəbsiz
yerə arıqlamaq infarkt riskinin artdığını göstərə bilər.

 

*Baş hərlənməsi və soyuq tər

Qan dövranının sürəti zəifləyəndə beynə daha az qan gedir. Bu halda baş hərlənməsi və alında soyuq tər müşahidə olunur.

 

*Sinədə ağrı və ya təzyiq

Sinədə
ağrı və ya həmin hissədə təzyiq hiss etmək infarkt əlamətlərindən
biridir. Bu əlamətlərlə üzləşdikdə dərhal həkimə müraciət etməli və
müayinədən keçməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!