Tromb

Tromb
Xəstəliklər və müalicəsi
10.09.2017 40
Müasir
dövrdə ən geniş yayılmış xəstəliklərindən biri də damar trombozudur.
Əsasən, aşağı ətraflarda görülən bu problem insanların həyat və
fəaliyyətinə mane olur.



Arterial tromboz

Damar cərrahı Zaur Aslanov
açıqlamasında deyir ki, damarlarda trombun yaranmasının əsas səbəbi
embollardır. Embolların əsas mənbəyi ürəkdir. Emboll, trombdan qopmuş
hissələr olub, qan vasitəsi ilə daxili orqanların damarlarını və
arteriyaları bağlayır. Trombozun mənşəyində atereosklerotik (damarda
qalınlaşma və daralma) dəyişiklik böyük rol oynayır. Bu dəyişikliklər
çox vaxt həyat üçün əhəmiyyətli olan üzvlərdə - beyin, ürək və aşağı
ətraflarda tromboz törədir. Qan cərəyanının yavaşıması da trombozun
əmələ gəlməsinə kömək edir. Bu yavaşıma isə əsasən, ürək fəaliyyəti
zəiflədikdə, aortanın aterosklerotik genəlməsi, boyun fəqərələrinin
zədələnməsi, bəzən də cərrahi müdaxilə zamanı baş verir. Bəzən trombozun
etiologiya və patogenezini asanlıqla müəyyənləşdirmək mümkün olmur.
Belə hallarda qanın laxtalanma sistemini tədqiq etmək lazımdır.



Keyimə, yanma, gicişmə

Cərrahin
sözlərinə görə, arteriyalarda tromboz tədricən əmələ gəlir. Bir çox
hallarda həmin nahiyədə ağrı əvəzinə keyimə, soyuq, deşilmə, yanma,
gicişmə kimi əlamətlər ortaya çıxır. Bəzən bu xəstəlik şiddətli üşütmə,
sonra da qızdırma ilə müşayiət olunur. Arterial qan təchizatının
azalması nəticəsində pulsasiyanın itməsi, ətrafın soyuması, toxunma
hissiyatının və hərəkət qüvvəsinin azalması və itməsi əsas diaqnostik
əlamət sayılır. Arteriyalar tıxandıqda qəflətən şiddətli ağrının əmələ
gəlməsi, yolun tutulması nəticəsində damarın sürətlə gərilməsi və
divarındakı sinir uclarının qıcıqlanması ilə izah olunur.



Müalicəni gecikdirməmək

Z.Aslanov
bildirib ki, arteriya tıxandıqdan sonra keçən ilk iki saatdan gec
olmayaraq müalicəyə başlamaq lazımdır. Əvvəllər bu məqsədlə ayağı yuxarı
qaldırır və üzərinə isti əşyalar qoyulurdu. İndi belə müalicə düzgün
hesab edilmir. İlk olaraq şiddətli ağrını aradan qaldırmaq üçün güclü
keyidici təsiri olan dərmanlar damara vurulmalıdır. Müalicə zamanı
damarlarda trombun təmizlənməsi üçün müvafiq pereparatlardan istifadə
oluna bilər. Ancaq bu tip müalicə effekt vermədikdə isə cərrahi üsul
tətbiq olunur. Xəstənin ayağı üçün hər cür şərait yaradılmalıdır. Onu
tərpətməməmək, istidə saxlamaq, pambıqla sarımaq lazımdır.



Venaların trombozu

Damar
cərrahının dediyinə görə, xəstəliyi törədən başlıca səbəb vena
divarlarının zədələnməsidir ki, bu da nəticədə iltihabi dəyişiliklər və
damardaxili tromb əmələ gətirir. Venaların trombozuna adətən felebitlə
(iltihab) birlikdə rast gəlinir. Buna görə də "tromboflebit" (qan
laxtası və iltihab) termini xəstəliyin patogenezini düzdün əks etdirir.
Tromboflebitlər ciddi xəstəlik olub, bəzən ölümlə nəticələnən fəsadlar
verə bilər. Bəzən ahıl və kök adamlarda cərrahi müdaxilədən, qadınlarda
doğumdan sonra baş verən sepsis, venaların varikoz genəlməsi zamanı da
tromboflebit baş verir. Tromblar kiçik olduğu kimi bəzən böyüyərək
venaların diametrini tamamilə tuta bilər. Müayinə zamanı trombda çoxlu
miqdarda leykosit, limfosit və fibroblastlar olduğu aşkarlanır.
Tromboflebit zamanı kiçik venalarda qan dövranı pozulmur. Lakin iri
venalar (ayaq, bud, qoltuq venaları) zədələndikdə qan dövranında
pozğunluq baş verir. Bu zaman venoz təzyiq artır və kiçik venalarda
hiperemiya əmələ gəlir. Nəticədə ətrafda ödemin əmələ gəlməsinə səbəb
olur.



Xəstəliyin əlamətləri

Z.Aslanov
vurğulayıb ki, tromboflebitin kəskin olmasından və ya xroniki xarakter
daşımasından asılı olaraq simptomlar müxtəlifdir. Kəskin infeksiyalı
qarın yatalağının gedişində ətrafda əmələ gələn qəfləti ağrı xəstəliyin
ilkin təzahürü hesab olunur. Ağrı gah budda, gah da baldırda ya da ayaq
altında əmələ gəlir. Həmin nahiyəyə toxunduqda ağrı çox güclənir.
Xəstəliyin ikinci əlaməti ətrafın ödemidir. Bu isə venoz sistemin əsas
şaxəsi zədələndiyi zaman baş verir. Çox vaxt ödemlə yanaşı qızdırma,
leykositoz baş verir ki, bu da vena divarındakı iltihabi prosesin
fəallığını göstərır.



Ödemin
çəkilməsi, temperaturun normallaşması və qan tərkibinin qaydaya
düşməsinə əsasən prosesi müəyyən dərəcədə yüngülləşdirir demək olar.
Lakin həddən artıq fiziki gərginlik - uzun müddət ayaq üstə olmaq
yenidən ağrıların təkrarlanmasına səbəb olur.



Dartılmış kəndir

Tromblar
girdə törəmələr şəklində olur. Ancaq əksər hallarda onlar dartılmış
kəndir və seqmentə oxşar formada olur. Adətən proses üç həftəyə qədər
davam edir. Bəzən proses yarımkəskin xarakter daşıyaraq venadan venaya
keçir. Çox vaxt doğuşdan sonrakı sepsis zamanı baş verən septik və
irinli tromboflebit kəskin xarakter alır. Bu zaman yüksək temperatur,
üşütmə və tərləmə kimi hallar müşahidə olunur. Tromboflebitin bu forması
çox vaxt ağ ciyər arteriyasının emboliyası ilə fəsadlaşır və ölümlə
nəticələnir.



Diaqnoz

Cərrahın
söylədiyinə görə, səthi venalarda olan prosesə diaqnoz qoymaq çox da
çətin deyil. Buna görə də yuxarı ətraf tromboflebitinə çox asan diaqnoz
qoymaq olur. Çünki buradakı venalar yoğundur. Bud və diz venalarının
tromboflebiti ağrılı olub, çox vaxt dizdən aşağı hissənin şişməsi ilə
müşayiət olunur. Qalça-bud tromboflebitin başlanması qəfləti olur və
zədələnmiş vena boyu, ya da həmin ətrafların müxtəlif yerlərində ağrı
hiss edilir. Adətən ətraf şişir, səthi venalar genəlir, ayrı-ayrı
hissələrində dəri göyərir və temperatur bir qədər yüksəlir.
Tromboflebiti müəyyən dərəcədə düyünlü periarteritlə qarışdırmaq olar.
Lakin kəskin qalça, bud tromboflebitini arteriaların trombozundan
ayırmaq mümkündür. Belə ki, damar tıxandıqda ətraf avazıyır, lakin
göyərmir, dəridə soyuqluq, ağrı hissi çox şiddətli və daimi olur,
arterial pulsasiya itir, yüksək temperatur, üşütmə, tərləmə müşahidə
edilir.



Tromba qarşı tədbir

Z.Aslanov
deyib ki, profilaktik tədbirlər kəskin mərhələnin müalicəsindən,
fəsadların qarşısını almaqdan və terapiyadan ibarətdir. Tromboflebit
"ikinci" xəstəlik olduğundan və başqa xəstəliyin nəticəsində əmələ
gəldiyindən profilaktik tədbirlər, əsasən, trombu törədən xəstəliklərə
qarşı yönəldilməlidir. Xəstəliyin əvvəlində yataq rejimi tövsiyə olunur.
Xəstə uzanıqlı rejimdə müalicə olunmalı, ona keyfiyyətli və yüksək
kalorili qida verilməli, tromb əmələ gəlməsinə yol verməyən, ürək-damar
sisteminin funksiyasını yaxşılaşdıran müalicə təyin edilməlidir. Qanın
laxtalanma vəziyyəti daim nəzarət altında saxlanılmalıdır. İrinli
trombofilitlər zamanı isə cərrahi müdaxilə edilməli və yara cərrahi
tələblərə uyğun yerli işlənməlidir. Səthi trombofilitləri müalicə etmək
üçün zəli, yağ sarğısı, ximiopreparatlar və müvafiq mazlar tətbiq
olunmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!