Keratit - gözün buynuz qişasının iltihabı

Keratit - gözün buynuz qişasının iltihabı
Xəstəliklər və müalicəsi
10.09.2017 40
Buynuz
qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici
zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə
malik olan toxumadır.

Normada
gözün buynuz qişası şəffaf və parlaq olur. Buynuz qişanın iltihabı
"keratit" adlandırılır. Keratit həm 1, həm də hər 2 gözdə inkişaf edə
bilər.

Keratit
təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda keratit görmənin
zəifləməsinə və hətta korluğa səbəb ola bilər. Bu səbəbdən keratitin ilk
simptomlarında dərhal həkimə müraciət etmək lazımdır.

Keratitin simptomları:

- ağrı

- görmənin zəifləməsi

- xəstə gözün qızarması

- xəstə gözün buynuz qişası parlaq deyil, bulanıq görünür,

- gözdə yad cismin olması hissi

- işiqdan qorxmaq

- gözlərin sulanması

- blefarospazm (göz qapaqlarının spazmşəkilli sıxılması)

Keratitin ən yayılmış səbəbləri arasında:

-
"quru göz" sindromu. Bu sindromun inkişafı göz qapaqları xəstəlikləri, A
vitaminin  çatışmazlığı, göz yaşların ifrazının pozulması, qadınlarda
klimaks, bəzi dərman preparatlarının qəbulu nəticəsində mümkündür.

- gözdə yad cismin olması

- güclü işıq mənbəyinin uzun müddət ərzində təsiri (məsələn, qaynaq zamanı)

- allergiya

- kontakt linzaların düzgün taxılmaması

- yerli hormonal preparatların tətbiqi

- göz travmaları

-
viruslar (adenovirus, sadə herpes virusu). Keratitin əsas səbəbi sadə
herpes virusu sayılır. İnsanların əksər hissəsi sadə herpes virusunun
daşıyıcılarıdır. Lakin keratit hamıda inkişaf etmir. Virus immun
sisteminin zəifləməsi zamanı aktivləşir. Bu zəifləməsinin səbəbi
soyuqlama, stress və s. ola bilər.

- bakteriyalar (stafilokokk, streptokokk və s.)

- göbələk infeksiyaları

- cərrahi əməliyyatların ağırlaşmaları.

Keratitin müalicəsi onun səbəbindən asılıdır. Bəzi hallarda dərmanlar kömək etmədikdə cərrahi əməliyyat tətbiq oluna bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!