Fobiyalar haqqında

Fobiyalar haqqında
Xəstəliklər və müalicəsi
10.09.2017 21
Fobiya Yunanca "phobos" sözünden gəlir və Fobos Yunan mifologiyasında qorxu tanrısıdır.

Fobiya
insan beyninə olan təzyiqə deyilir. Bu təzyiq insanda qeyri-normal
qorxular yaradır. Hansısa keçmişdə olan hadisə ilə bağlı və ya gələcəkdə
baş verecək hadisə ücün narahatçılıq keçirərək qorxur. Bu qorxu ürək
döyünməsi, baş gicəllənməsi,  üz qızarması, üzdə qaşınma və yanma hissi,
soyuq tərləmə, titrəmə, tənginəfəslik,  boğulma, dumanlı görmə, nəfəs
darlığı, udqunmada çətinlik, ani təziq düşməsi, huşunu itirmə, şok və.s
ilə müşahidə olunan bir haldır. Panik atakda görünən bütün əlamətlərin
demək olar ki, hamısı fobiklərdədə rast gəlinir. Fobiyanın panik atakdan
fərqi ondadır ki,  fobik nə zaman panikaya düşəcəyini bilir və ordan
qaçmağa çalışır. Misal üçün, lift fobiyası olan bir adam liftə
minməkdənsə piləkənlə qalxır.

Qorxu
daxilin-mənin özünəməxsus müdafiə mexanizmidir. Bunu orqanizmin bioloji
səviyyədə qorxu zamanı verdiyi reaksiyalardan da görmək olar. Belə ki,
qorxu hissi keçirən zaman qana adrenalinin ifrazı artır ki, bu da
orqanizmdə hormonal partlayışa səbəb olur. Təşviş həyatda insanın
üzləşdiyi qorxulu və təhlükəli vəziyətlərə orqanizmin verdiyi psixi və
fizioloji reaksiyadır. Fobiyalı təşviş pozuntuları əslində təhlükəsi
olmayan situasiyalarda təşvişin yaranması ilə səciyyələnən pozuntular
qrupudur. Nəticədə insan belə situasiyalardan qaçır və ya qorxu hissi
keçirərək dözür.

Fobiya
tutmaları müəyyən bir vəziyyət  məkan obyekt və hadisədən asılı olmayan
hec bir nəzarətə uymayan qeyri rasional bir reaksiyadir. İnsanların
10%-də fobiya təsbit edilsə də əslində bunun 25%-dən çox olduğu güman
edilir. Xalq arasında bu xəstəlik olmadığı düşünüldüyü üçün
mütəxəssislərə müracət olunmur.

Fobiya
müxtəlif vegetativ hallarla müşayiət olunan, geniş yayılmış əsəb
pozuntusudur. Uzun müddət davam edərsə nevrozlara səbəb ola bilər.
Fobiyası olan insanlara "fobik" deyilir.

Fobiyanin
əmələ gəlmə səbəbləri coxdur. Üzdə ən zərərsiz görünən əşya və
hadisələrdə onlara yanaşmamızdan asılı olaraq fobiyaya çevrilə bilər.
Çox vaxt fobiya kecmişdə hər hansı bir sarsıntının və ya şahidi
olduğumuz bir travmatik hadisənin təsiri nəticəsində yaranır.

Fobiyalar əsasən  iki hissəyə bölünürlər:

- Spesifik fobiyalar

Spesifik fobiya konkret hansisa bir eşyaya, hadisəyə olan qorxudu.

- Klaustrofobiya - qapalı məkandan qorxmaq

- Akluofobiya - qaranlıqdan qorxmaq

- Qolossofobiya - ictimai yerlərdə danışmaqdan qorxmaq

- Akrofobiya - yüksəklik qorxmaq

- Araknofobiya - hörümçəkdən qorxmaq

- Noktifobiya - gecə düşməsindən qorxmaq

- Entomofobiya - həşəratlardan qorxmaq

- Agorafobiya - acıq yerdən və kücədən qorxmaq

- Bibliofobiya - kitablardan qorxmaq və.s

Qapalı
məkandan qorxmaq Klaustrofobiya adlanır. Qapalı məkandan qorxunun bir
nece səbəbi var. Bu əsasən genetik gələn bir qorxu olur. İnsan hec bir
travma almadıqda  qapalı məkandan qorxa bilər Klaustrofobiyanin yaranma
səbəblərindən biri də uşaq vaxtı valideyinlərin uşaqları qapalı məkanda
cəza məqsədi ilə saxlaması durur. Bu uşaqlar böyüdükdən sonrada bu məkan
yaddaşlarında əbədi iz qoyur və qapalı məkanda (lift, təyyarə və s.)
ürkür, cəkinir, hec çür uyğunlaşa bilmirlər. Məkanın qorxusuz olduğunun
fərqində olsalar belə nəfəs daralmaları, boğulmalar, məkanda hava
qurtaracaq, havasız qalacaq kimi duşüncələr insanı rahat buraxmr.

Akluofobiya
insanın qaranlıqdan qoruxmasıdır. Uşaq vaxtı uşaqa danışilan qaranlıq
hekayələr qorxu filimləri nəticəsində meydana gəlir. Bu insanlar
qaranlıqda onlara hücum edecək bir varlıq varmış kimi hiss edirlər. Daha
çox uşaqlar qaranlıqdan qoruxurlar. Bu vəziyyəti aradan qaldırmağın
yollarından biri ilk olaraq uşaqları erkən yaşlarından yataq otaqlarını
ayırmaq və yuxu saatlarını müəyyənləşdirmək lazımdır.

Yüksəklik
qorxusu Akrofobiya adlanır. Fobiyanın dərəcəsindən asılı olaraq
akrofobiyası olan bir insan binanın hündür mərtəbəsində olmaqdan
pilləkən çıxmağa qədər yüksəkliyi olan bir cox şeydən qorxurlar. Belə
insanlar yüksəkiyə qalıxdıqca panikaya düşür və ətrafında tuta biləcəyi
bir şey axtarırlar. 

Küçədə
və ya hər hansi bir meydan, bazar, teatr, kino, tünel və s. kimi
yerlərdə qorxu pristupu baş verərsə onda aqorafobiya - küçədən, açıq
yerdən və ya kütlədən qorxmaq kimi fobiyalar yarana bilər.

- Sosial fobiyalar 

Sosial
fobiyası olan insanlar başqalarının yanında kiçiləçəklərini ya da
utanmalarına səbəb ola biləcək əlamətlərlə üzləşəcəklərindən qorxurlar.
Belə insanlar başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən ya
da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən
vəziyyətlərdən qorxurlar. Ümumi yerlərdə yemək yeməkdən, telefonla
danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa
sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss
edirlər.

Sosial
fobiyalı insanlar eyni zamanda keçirdikləri hissi digər insanların
anlayacağından və gülünc vəziyyətə düşəcəklərindən qorxurlar. Həmçinin
mənfi qiymətləndirilməyə və rədd cavabı almağa qarşı həddindən artıq
həssas olurlar. Haqqlarını müdafiə etməkdə çətinlik çəkirlər,
mənliklərində hörmətində aşağılıq ya da alçaq duyğular hiss edirlər.Hər
on nəfərdən birində həyatın müxtəlif dövrlərində sosial fobiyaya rast
gəlmək mümkündür. Bu vəziyyət şəxsiyyət xüsusiyyəti kimi
qiymətləndirilir.

Sosial
fobiya gənclər arasında ən cox yayılmlş fobiya növlərindəndir. Sosial
fobiya utancaqlıqdan ayırd edilməlidir. Hər bir insan yeni məkana
girərkən narahatçılıq kecirdir. Bunun sosial fobiya adalandıra bilmək
ücün belə insanlar hər zaman sosial mühitdən qacmağa çalışır  və bu
vəziyyət gündəlik həyatına ciddi təsir edir.

Sosial fobiyanın əlamətləri:

- Üz qızarması

- Ürək döyünməsi

- Əzələlərdə gərginlik

- Əl titrəməsi

- Sinədə sıxıntı hissi

- Həddən artıq tərləmə

- Mədədə rahatsızlıq hissi

- Baş ağrısı

Qorxu
yaratmayacaq əşyaya və ya hadisəyə qarşı qorxunun yaranması insanın
yaşamında böyük çətinliklər yaradır. Əsas çətinlik insanın qorxunudan
qaçmasıdır. Vacıb olan qorxunun üzərinə getməkdi. Fobiyanın yaranma
səbəbindən asılı olmayaraq yeganə və ən düzgün müalicəsi psixoterapiya
yolu ilə mümküdür.

 

NƏRMİN VƏLİYEVA

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloquскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!