Heç nə etmək istəmirsinizsə, Oblomov olma ehtimalınız var

Heç nə etmək istəmirsinizsə, Oblomov olma ehtimalınız var
Xəstəliklər və müalicəsi
10.09.2017 20
Bir
mövcudluq faciəsi olan Oblomovluq şüurlu tənbəllik halıdır. Bu heç
cahillik demək deyil, tam əksinə, daha çox bilməklə bağlı olan, hər
məsələnin bir addım sonrasını görə bilən bir vəziyyətdir. Yəni sizi
sonunu gördüyünüz yolda addımlamaq istəmirsiniz və tükənmiş hiss
edirsiniz. Belə halda da özünü doğrulda bilməmək və hər şeydən şüurlu
imtina etmək halına düşürsünüz. Buna ölümə bərabər keylik də deyilir,
bir sözlə yaşayarkən ölmək.

Oblomovları bu cür xarakterizə etmək olar:

Oblomovları dünyada baş verən heç nə maraqlandırmır və tamamilə ətalət içindədirlər.

Bu vecsizliyin səbəbi həm obyektiv mövqe, həm də əxlaqi inkişafdan qaynaqlanır.

Onlar hər hansı
bir şeyi etməyə vərdiş etməyiblər. Buna görə də nəyi
edib-etməyəcəklərini müəyyən etməkdə çətinlik çəkirlər və çox hallarda
işdən boyun qaçırırlar.

İstəkləri hər zaman xəyali olur və istək olaraq da qalır.

Xəyal qurmağı çox sevirlər və xəyallarının həqiqətlərlə toqquşmasından çox qorxurlar.

Bütün Oblomovların hər birinin özlərini alçaltmaqdan xoşları gəlir, amma bunu qarşısındakı adamdan tərif almaq üçün edirlər.

Bütün bu
insanlarda ortaq olan bir başqa xüsusiyyət də onlar üçün hər şeyin səthi
və xarici olmasıdır, şəxsiyyətlərinin dərinliklərində kök salmış heç
bir şey yoxdur.

Etdikləri heç bir şeyi həqiqətən istəyərək etmirlər. Nə edirlərsə xarici zərurətlərin məcburiyyətiylə olur.

Oblomovlar həyatda hər şeydən şikayət edirlər. Onların dəstəklədiyi yeganə şey həyata qarşı laqeydlik, vecsizlikdir.

Onlara bunu
soruşun; Yaxşı, siz cəmiyyətdə bunları bunları bəyənmirsiniz. Bəs bütün
bunların belə olmaması üçün nə etməliyik? Əmin olun ki, reaksiya
verməyəcəklər. Çünki bu barədə heç bir fikirləri yoxdur.

Onlardan heç bir şey gözləməyin, çünki hamısının üstündə Oblomovluğun silinməz izləri var…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!