Süni mayalanma

Süni mayalanma
Xəstəliklər və müalicəsi
10.09.2017 23
Bu
gün orqanizmimizlə bağlı elə vəziyyətlər yaranır ki, "qulaqardı”
yanaşmaq daha böyük fəsadlarla nəticələnə bilər. Adətən insanlar
xəstəliyin ən pik həddində həkimə üz tuturlar. Bunu nəzərə alıb, xüsusi
qeyd edirik ki, indi söhbət açacağımız problemə biganə yanaşmaq olmaz.

Bu
problem dünyanın hələ istisindən, soyuğundan xəbəri olmayan, yenicə
gözünü açmış körpənin anus dəliyinin patologiyası ilə doğulmasıdır.

Bu problemlə qarşılaşmamaq üçün görüləcək tədbirlər, xəstəliyin yaranma səbəbləri və çıxış yolları ilə bağlı olaraq, uşaq cərrahı və uroloqu Fuad Hüseynovla əlaqə saxladıq.

Onu da qeyd edək, F.Hüseynov bu xəstəliklə bağlı cərrahi əməliyyat aparıb.

O bildirdi ki, bu problem düz bağırsağın öz yerində yox, uşaqlıq yolunda, vaginanın üstündə olması ilə bağlıdır:

"Bu
xəstəliklə bağlı son qarşılaşdığım vəziyyət belə idi: 10 ildən sonra
süni mayalanma yolu ilə əkiz hamiləlik yaranmışdı. Uşaqlardan biri tam
normal, digəri isə bu patologiya ilə doğuldu. Süni mayalanma bir çox
hamiləlik qüsurlarının artmasına səbəb olur. Problem odur ki, vagina ilə
düz bağırsağın bir divarı var idi. Onları zədələmədən bir birindən
ayırdıq. Düz bağırsağı öz yerinə tikdik. Bu əməliyyatdan sonra uşağın
tam sağalması üçün 6 ay zaman lazımdır. Müalicə prosesi düzgün
aparıldıqda gələcəkdə bu cür xəstələrin hamilə qalması və ya cinsi
həyatla bağlı problemi olmayacaq".

Həkim onu da qeyd etdi ki, bu xəstəliyin heç bir virusla əlaqəsi yoxdur:

"Sırf
anatomik qüsurdur. Daxili orqanların ana bətnində inkşaf zəifləməsindən
yaranır. Bu problemə tək qız uşaqlarında yox, əks cinsdə də rast
gəlmişik. Genetikanın da təsiri çox olur. Genetik olaraq da belə
patologiyalar baş verə bilər. Yaxın 3 il ərzində 6-7 əməliyyat
aparmışıq. Onların arasında 2-si oğlan, qalanı qız uşağı olub. Bu da
belə nəticəyə gəlməyimizə əsas verir ki, söz açdığımız patologiya daha
çox qız uşaqlarında olur".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!