Keratokonus - ağır göz xəstəliyi

Keratokonus - ağır göz xəstəliyi
Xəstəliklər və müalicəsi
10.09.2017 57
Gözün şəffaf ön təbəqəsi olan buynuzlu qişa normada kürə formasında olmalıdır.

Keratokonus xəstəliyi zamanı buynuzlu qişa nazilir, uzanır və konus formanı alır.

Keratokonus
çox ağır xəstəlikdir. Keratokonus korluğa səbəb ola bilər. Xəstəlik
adətən uzun illər ərzində inkişaf edir. Əsasən yetkinlik yaşlarında
başlanmasına baxmayaraq 20 yaşından sonra şikayətlərə səbəb olur.

Keratokonus
nəticəsində göz heç bir obyeki fokuslaya bilmədiyindən insan yazı
yazanda, televizora baxanda, maşın sürəndə, kompüterdə işləyəndə əziyyət
çəkir.

Xəstəliyin
səbəbləri tam olaraq bilinmir, amma risk faktorları kimi irsiyyət və
gözün mexaniki travmaları önəmli rol oynayır. Sərt linza istifadə etmək
və gözü tez-tez ovuşdurmaq prosesi gücləndirir.

Xəstəliyin əlamətləri:

- Gözdə uzun müddətli allergiya və qaşınma halları

- Sürətlə artan miopiya və astiqmatizm (xəstə eynəkləri tez-tez dəyişir)

- Eynək taxılmasına baxmayaraq aydın görməmə

- İşığa qarşı yüksək həssaslıq

- Göz qamaşması

Müalicə:

Keratokonusun müalicəsi iki hissədən ibarətdir. Birinci nazilməkdə olan
buynuzlu qişanı  möhkəmləndirmək, ikinci isə pozulmuş görməni bərpa
etmək.

Prosesi
dayandırmaq üçün "kornea kross-linking" (CCL) proseduru vahid
standartdır. Prosedur zamanı buynuzlu qişanın səthi söyulur. Əgər
buynuzlu qişa həddindən çox incəlibsə, halqalar qoyulur. Sonra pasientin
gözünə 30 dəq. ərzində B2 vitamini damızdırılır və buynuzlu qişa tam bu
maddə ilə hopdurulur. Daha sonra ultrabənövşəyi işıqla 5-30 dəq.
ərzində ekspozisiya etdirilir. Sonda gözə müvəqqəti olaraq kontakt linza
taxılır və pasient evə yazılır.

Görməni artırmaq üçün:

- Skleral linzadan istifadə edilir

- Fərdi proqramlaşdırılmış eksimer lazer əməliyyatı tətbiq olunur

Nəzərə
alınmalıdır ki, keratokonusun müalicəsi nə qədər erkən başlanarsa,
 əməliyyatların sadə və uğurlu alınması şansı bir o qədər artır.
Gecikmiş hallarda xəstəyə donor buynuzlu qişa (meyitdən götürülür)
transplantasiyası olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!