Özgüvən üçün...

Özgüvən üçün...
Xəstəliklər və müalicəsi
10.09.2017 35
Özünüzdən
şübhə duymaq və maneə törətmək kimi vərdişlərinizlə mübarizə edirsiniz?
Özünüzə daha çox inanmaq üçün çalışırsınız? Xəyallarınızın arxasınca
getmək və həyatınızı yaşamaq yerinə başqalarını məmnun etməyə
çalışırsınız?

Özgüvən hiss
etməyin ən yaxşı yolu həyatla barışıq olmaq və daha inamlı olmağınıza
maneə törədən davranışlarınıza fikir verməyinizdən keçir. Köhnə
vərdişlərinizi dəyişdirməyə diqqət edərək, beyninizdə müsbət emosional
yollar aça bilərsiniz. Biz də sizə özgüvən hiss etməyə
maneə olan bir çox davranışınızı toplayaraq, sizə təqdim etmək qərarına
gəldik. Çünki, birinci problemin
nədən qaynaqlandığını öyrənmək lazımdır ki, onu düzgün üsullarla aradan
qaldırmaq mümkün olsun. Beləliklə, özünüzə daha çox inanmaq, xoşbəxt və
uğurlu fərdlər olmağınız üçün öhdəsindən gəlməli olduğunuz 6 maneə:



1. Günahkarlıq hissi

Günah
hissinə bir çoxumuzun uşaqlıqdan öyrədilirik. "Yeməyini ye, yoxsa
arxandan ağlayar” və ya "Mən sənin üçün saçımı süpürgə edirəm, sən isə
bu vəziyyətdə şikayət edirsən?” cümlələrini hamımız eşitmişik. Böyüdükcə
isə bu cümlələr bizim daha da dərinimizdə yuva salaraq, güvənsizlik
yaşamağınıza səbəb olur. Günahkarlıq hissi başqalarını bilərək
incitməməkdə və ya ən dərindəki dəyərlərinizi heçə saymamaqda sizə kömək
edə bilər. Ancaq həddindən çox günahkarlıq hissi həyatın bütün
sevincini alıb aparır. Günahkarlığın bir çox növü vardır, tədqiqatlar
isə bu növlər arasında tək bir günahkarlıq duyğusunun yaxşı olduğunu
söyləyir; o da etdiyiniz zərərverici bir hərəkətin ardından duyulan
günahkarlıq hissidir. Dəyər verdiyiniz birinə yalan söylədikdən və ya
eqoist, alçaldıcı davrandıqdan sonra hiss edilən günahkarlıq duyğusu,
eyni davranışı təkrarlamağınıza mane olur və peşmanlıq hiss etdirir.
Digər bir çox günah hissi isə belə bir təsirə sahib deyil. Keçmişdəki
səhvlərinizdən dərs çıxarın və həyatın sizə verdiyi hədiyyələrin,
gözəlliklərin qiymətini bilin

 

2. Müvəffəqiyyətsiz olduğunu düşünmək

Bir
çoxumuzda bu müvəffəqiyyətsizlik düşüncəsi böyüdüyümüz vaxt ailədən
gələn tənqidlər, nümunə göstərilən yoldaşlar və ya bacı-qardaşlar qədər
ağıllı olduğunu düşünməmək hissi, diaqnoz edilməmiş diqqət pozuqluğu
səbəbiylə meydana gələ bilər. Müvəffəqiyyətsizlik hissi həyatın
əhəmiyyətli bir sahəsindəki xəyal qırıqlığından da qaynaqlana bilər;
boşanma, tənhalıq, borca girmə, məktəbdə müvəffəqiyyətsizlik və ya
istədiyi işi tapa bilməmək kimik hallar.. Bu müvəffəqiyyətsizlik
düşüncəsi bir dəfə meydana gəldikdə, bunu həyatınızın hər sahəsinə
daşıya bilərsiniz.  Bu düşüncə sizə verilən bir vəzifəyə kifayət qədər
diqqət göstərməklı, işi vaxtında təhvil vermənək və ya çox mükəmməl
olmağa çalışmaq, böyük şəkilə baxmaq əvəzinə gərəksiz detallara
fokuslanma formasında özünü göstərə bilər.  İnamslz davranıb, müdir və
ya müştərilərinizin də sizə qarşı etibarsızlıq meydana gəlməsinə səbəb
ola bilərsiniz. Bu müvəffəqiyyətsizlik hissinin öhdəsindən gəlmək üçün
atmanız lazım olan ilk addım bu düşüncənin varlığının fərqinə varmaq və
ona inanmaq məcburiyyətində olmadığınızı görməkdir. Hər yeni fürsət yeni
bir başlanğıc və keçmişdəki səhvlərdən dərs çıxarmaq üçün yeni bir
şansdır.

 

3. Hər şeyi mükəmməl etməyə çalışmaq

Öz-özünüzün
ən böyük tənqidçisinizsə, etdiyiniz heç bir şey öz yüksək
standartlarınızı qarşılamaq üçün kifayət olmursa, deməli problem var.
Hər şeyi mükəmməl etməyə çalışmaqla, siz bir çox işləri yarımçıq
qoyacaq, hər şeydən bezəcək, tezliklə isə əlinizi hər şeydən soyutmuş
olacasınız. Review of General
Psychology yayımladığı bir məqalədə mükəmməlçi olan insanların
despressiya və ifrat həyəcana, hətta intihara meylli olduqlarını
bildirmişdi. Mükəmməlçilik həm düşüncələriniz, həm də bədəniniz üçün
təhlükəli ola bilər. Mükəmməlçilərin özlərinə qarşı hörmətləri də
şərtlərə görə dəyişkən ola bilər. Özlərini yalnız nəyisə mükəmməl
etdiklərin zaman sevirlər. Başqasının mükəmməl ola biləcəyini
düşünmədikləri üçün başqalarını sevmə ehtimalları da olduqca aşağıdır.
Bu xüsusiyyətdən xilas olmaq üçün "olmalıdır” ilə bitən cümlələrdən və
həyatda yalnız qara və ağın olduğunu düşünməkdən imtina etmək lazımdır.
Özünüzə bəzi şeyləri sınamaq üçün şans verin. Səhvləri bir fəlakət
olaraq görməkdən əl çəkin. Özünüzə vaxt verin. Etdiyiniz bir işə
dəfələrlə nəzarət etməyin.

 

4. Peşmanlıq hissiylə yaşamaq

Peşmanlıq
mənfi şüur və emosiya vəziyyətidir və əldə edilən pis nəticələrdən ötrü
özünü günahlandırmağa, məğlub kimi hiss etməyə, etdiyiniz seçimlərdən
imtina etməyə səbəb olur. Əgər vəziyyəti dəyişdirmək üçün fürsət varsa,
peşmanlıq nə qədər ağrılı olsa da, bəzən faydalı nəticələr verə bilər.
Əgər bir vərdişiniz varsa, bundan yaxa qurtarmaq üçün peşmanlıq hətta
faydalı bir hiss də ola bilər. Lakin hər hansı bir şeyi dəyişdirmək
imkanınız olmadığı vəziyyətlərdə peşmanlıq hiss etmək sizi zehni və
fiziki olaraq məhv edə bilər. Bu cür peşmanlıq hissi bütün bədəninizin
və beyninizin nəzarətini öz əlinə keçirə bilər. Peşmanlıqla mübarizə
aparmaq üçün fikrinizi indiki zamanda cəmləyin və buna uyğun
strategiyalar fikirləşin.

 

5. Özünü başqaları müqayisə etmək

Başqalarının
həyatının sizə görünən tərəfləri hər zaman qat-qat fərqli olacaq.
Özünüzdən yaxşı həyat yaşayanlarla öz həyatınızı müqayisə edərək ancaq
daha da arxaya addımlaya bilərsiniz. Sizin müayisə aparmalı olduğunuz
yeganə şəxs keçmişdəki özünüzsünüz. Bu müqayisə sizi ancaq irəliyə
aparacaq və atdığınız addımları təhlil edərək, daha böyük nəticələr əldə
etməyinizə kömək edəcək.

 

6.  Başqalarını məmnun etmək

Başqalarını
məmnun etməyə çalışmağın əsl səbəbi hər kəsin sizi sevməsini və sizinlə
əlaqədar müsbət fikirlərə sahib olmasını istəməkdir. Bəlkə Narsistik və
hissiyyat baxımdan sizi istismar edən valideynlərə sahib olmusunuz və
ailə içində psixoloji olaraq ayaqda qala bilmək üçün uşaqlığınız onları
məmnun etməklə keçib. Hətta beynin daha dərinliklərində başqalarının
sizə hirslənməsini və ya sizə hirslənməsinin qarşısını almaq üçün onları
məmnun etmə düşüncəsi də yata bilər. İnsanları məmnun etmək empatik
sui-istifadədən başqa bir şey deyil. Halbuki insanın hər zaman başqa
seçim şansıvar. "Olmalıdır” deyə bitən cümlələrdən sıyrılın. Başqalarını
məmnun etmək üçün verdiyiniz səyin sizə nə qədər çətinlik törətdiyini
anlayın. Sərhədlər qoyun və başqalarından gələn tələblərə xeyr deməyi
öyrənin. Uzun müddət stressdən xilas olmaq üçün qısa müddətli
narahatlıqları qəbul edin. Başqalarının ehtiyaclarıyla öz ehtiyaclarınlz
arasında tarazlıq qurmağı və öz ehtiyaclarınıza prioritet verməyi
öyrənin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!