Depressiyadan xilas olmaq istəyirsinizsə...

Depressiyadan xilas olmaq istəyirsinizsə...
Xəstəliklər və müalicəsi
10.09.2017 13
Depressiya
müasir dövrün ən təhlükəli xəstəliklərindən biri hesab edilir. Vaxtında
müalicə edilmədikdə intihara kimi aparan bu problemdən xilas olmaq elə
də çətin deyil. Türkiyəli həkim-psixoloq Haluk Aksu depressiyadan xilas
olmağın yollarından danışıb.



Həkimin məsləhətlərini təqdim edirik:



"Aktiv
həyat tərzi keçirən insanlarda depressiya az müşahidə edilir.
Sevdiyiniz idman növü ilə məşğul olun. Buna imkan yoxdursa, heç olmasa
həftənin 3 günü sürətli yeriyin”.



Haluk Aksu bildirib ki, dərmanlar depressiyadan çıxarmır, sadəcə, vəziyyəti bir qədər yaxşılaşdırır:



"Depressiyanı
dərmanla müalicə etməyin tərəfdarı deyiləm. Çünki bu, problemi kökündən
həll etmir. Əksinə, müalicə müddətini uzadır. Depressiyanın əsl düşməni
sevgidir. Ona görə də, xəstələrimə yeni dostlar tapmağı, ailə üzvləri
ilə əlaqələri gücləndirməyi, sevib-sevilməyi, ev heyvanı saxlamağı, yeni
hobbilər tapmağı məsləhət görürəm. Dərdlərinizi bölüşün, hisslərinizi
dilə gətirin, heç nəyi içinizə atmayın. Ən əsası isə, həyatdan
gözlədikləriniz mümkün olduğu qədər reallığa uyğun olsun. Özünüzü heç
vaxt gerçəkləşməyəcək xəyallara kökləməyin. Çünki bu, böyük xəyal
qırıqlığı və dərin depressiya ilə nəticələnə bilər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!