Stresslə başa çıxma üsulları

Stresslə başa çıxma üsulları
Xəstəliklər və müalicəsi
10.09.2017 24
Yaşıl çay için

5 dəqiqədə stressdən azad olmağın və narahatlığınızı məğlub etməyin
ən asan yolu yaşıl çay içməkdir. L-Theanine tərkibli yaşıl çayın hər bir
qurtumu sizi sakitləşdirəcək və stressdən qurtulmağınızı təmin
edəcəkdir.

 

Şokolad yeyin

Şokoladın stressi azaldan təsirini gözardı etməyin.

 

Meditasiya edin

Səssiz bir yer tapın və fikrinizi nəfəsinizə cəmləyin. Bir neçə dəqiqə ərzində mənfi enerjidən xilas olacaqsınız.

 

Ev heyvanınızla oynayın

Stresslə başa çıxmaqda hər zaman işə yarayan bir üsul - ev
heyvanınıza sarılmaq imkanı hər kəsin ilk etməsi lazım olan şeydir. Ev
dostunuzu görmək də sizi rahatladar və gülümsəmənizi təmin edər.

 

Dostlarınızla danışın

Stressli, kədərli olduğunuz anlarda dostlarınızla danışmaq sizi
rahatladar. Hər şeyi içinizdə tutmayın, mütləq bir dostunuzla bölüşün.

 

Biləklərinizi soyudun

Stressli anlarınızda biləklərinizi və qulaq arxanızı soyuq su ilə
islatmaq sizə yaxşı təsir edəcək. Çünki, bu bölgələrdə yerləşən mühüm
arteriyalar bütün bədənin rahatlamasını təmin edirlər. Ən yaxşı üsul
biləklərinizdə buz parçaları gəzdirməkdir.

 

Saçlarınızı darayın

Təkrar edilən hərəkətlər ilə əsəblərinizi sakitləşdirə bilərsiniz.
Saç daramaq, hörük hörmək, qab-qacaq yumaq kimi şeylər sizi rahatladar.

 

Pəncərədən çölə baxın

Bu üsulun təsirlərini dərhal görə bilərsiniz. Pəncərədən çölə baxın
və çölün gözəlliklərinə diqqət yetirin. Bu sizi rahatlacaq və əhvalınızı
yüksəldəcək.

 

Ətrafı toplayın

Özünüzü gərgin hiss etdiyiniz anlarda ətrafı toplamaq sizi rahatladar.

 

Başınızı yastığa qoyun

Rahatlamaq üçün hökmən yatmağa ehtiyac yoxdur. Başınızı yastığa
qoymaq da yetərli olacaq. Yastığınızın sinir və stressi götürən sehrli
bir bulud olduğunu xəyal edin və eləcə durun.

 

Doğru nəfəs alın

Bir çox insan stresli anlarda nəfəsinin dəyişdiyini hiss etməz.
Dərin, yavaş-yavaş nəfəs alıb vermək bədəninizə və beyninizə nəzarət
etməyinizi təmin edəcək, ürək döyüntülərinizi və təzyiqinizi aşağı
salaraq sizi rahatlaşdıracaq.

 

Biraz bal yeyin

Bal yemək həm şirin ehtiyacınızı qarşılayar, həm də stress və
narahatlığınızı azaldar. Balın tərkibindəki antibiotik beyindəki
inflamasiyanı azaldır və stress ilə mübarizə edir.

 

Rəqs edin

Rəqs etmək stress və narahatlığınızı götürəcək ən sürətli üsullardan
biridir. Rəqsin stressə yaxşı təsir etdiyi tədqiqatlarda sübut
olunmuşdur.

 

Qəhvə iyləyin

Qəhvənin ətri stress hormonlarının yatırılmasını təmin edir.

 

Saqqız çeynəyin

Saqqız çeynəmək kortisol səviyyələrini salır və stressi götürür.

 

Əsnəyin

Bədəninizi əsnətmək əzələləri rahatlaşdırır və özünüzü rahatlamış hiss etməyinizi təmin edir.

 

Yoqa edin

Yoqa etməyin stresslə başa çıxmağı təmin etdiyi hər kəs tərəfindən bilinir. Yoqa etməyi sınamaq yaxşı bir seçim olacaq.

 

Bir neçə dəqiqə qaçın

Fiziki olaraq aktiv olmaq stressi məğlub etmənizi təmin edər. Bir
neçə dəqiqə qaçmaq isə stress və narahatlığınızı tez götürə biləcək bir
üsuldur. Qaçmaq endorfin ifrazını təmin edir və bu sayədə özünüzü daha
yaxşı hiss edərsiniz.

 

Ən sevdiyiniz mahnını dinləyin

Ən sevdiyiniz mahnını dinləmək rahatlanmanızı təmin edər və özünüzü daha yaxşı hiss edərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!