Mədə xərçəngi iki dəfə gəncləşib

Mədə xərçəngi iki dəfə gəncləşib
Xəstəliklər və müalicəsi
10.09.2017 22
Son illər mədə və düz bağırsaq xərçəngindən əziyyət çəkənlərin sayı artıb, xəstəlik yaşı isə gəncləşir.

Bunu açıqlamasında Milli Onkologiya Mərkəzinin abdominal onkologiya şöbəsinin həkim cərrahı Dadaş Allahverdiyev deyib.

Onun sözlərinə görə, paytaxtla müqayisədə bölgələrdən mədə və düz bağırsaq xərçəngi ilə müraciət edənlərin sayı daha çoxdur:

"İldən-ilə
xərçəng xəstəliyinə tutulma sayı artır, xəstələrin yaşı da azalıb.
Ədəbiyyatda mədə xərçəngi adətən 50 yaşdan sonra yarandığı qeyd olunub.
Lakin bu gün 25 yaşında mədə xərçəngindən əziyyət çəkən insanlara da
rast gəlirik. Mədə xərçəngindən əziyyət çəkənlər arasında kişilər
üstünlük təşkil edir”.

D.Allahverdiyev
bildirib ki, oturaq həyat tərzi keçirən və normal qidalanmayan
insanlarda düz bağırsaq xərçənginə yoluxma halı daha çox olur.

"Mədə
xorasından daha çox, mədədə qastrit xəstəliklərindən əziyyət çəkən
insanlarda xərçəng yaranma riski daha çoxdur. Tez-tez həkim müayinəsində
olmaq, düzgün qidalanmaq, fiziki aktivlik, stressdən uzaq olmaq
lazımdır. Altı aydan bir profilaktik müayinədən keçsinlər. Qidalanandan
sonra oturmaq, siqaret mədə xərçənginə yoluxma ehtimalını artırır”

Qeyd
edək ki, 2014-cü il ərzində  382 nəfər qida borusu, 983 nəfər  mədə
xərçəngi, 431  düz bağırsağın, 182qırtlaq xərçəngindən əziyyət çəkir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!