Qadınlar sevgi, kişilər seks arxasınca qaçır

Qadınlar sevgi, kişilər seks arxasınca qaçır
Xəstəliklər və müalicəsi
10.09.2017 22
1.
İnsanlar arasında belə bir fikir formalaşıb ki, kişilər bir qadından
sadəcə seks istəyir, qadınların isə cinsi həyatdan xoşları gəlmir. Həkim
bildirir ki, qadın və kişi bioloji quruluş və hormonal baxımdan fərqli
olduqları üçün cinsi həyatları da fərqlidir. Qadınlar münasibətdə ilk
növbədə sevgi və eşq axtarırlar, kişilər isə cinsi doyumluq arxasınca
qaçırlar. Bu cür vəziyyət iki cinsin nümayəndəsinin sevgi axtarmaq və
hiss etmələri baxımından fərqli olduqlarından irəli gəlir.

 

2.
Qadın üçün münasibət və romantika sevgini ifadə edir. Kişi isə eşq və
sevgini seks vasitəsilə ifadə edir. Bir qadın seksdən əvvəl sevgi hiss
etmək istəyir, lakin sevdiyi insana qarşı cinsi istəyi də olur. Bir kişi
isə sevgini hiss edə bilməsi üçün cinsi münasibəti vacib hesab edir. Bu
ən təməl fərqliliklər bilinmədiyi üçün bir qadın kişinin sadəcə seks
arxasınca qaçdığını düşünür. Kişi isə qadının romantik hisslərini düzgün
qiymətləndirmir və elə düşünür ki, qadınların cinsi münasibətdən xoşu
gəlmir.  

 

3.
N. Tokaç qadın və kişinin cinsi əlaqədən aldığı həzz hislərinin fərqli
olduğunu deyir. Buna görə də qadın və kişinin aldığı həzzin mərhələləri
də fərqlidir: "Kişi birlikdə olmağa hazır olduğu vaxtdan etibarən özünü
həzz almağa kökləyir. Qadını isə daha çox alacağı doyum maraqlandırır.
Qadının cinsi əlaqədən həzz alması üçün hazırlaşması, özünü kökləmə və
həyəcan müddətini yaşaması lazımdır. Kişi üçün o saat həzzə çatmaq
vacibdir, qadın isə hiss etdiyi həyəcanın davam etməsini arzulayır".

 

4.
Burada diqqət edilməsi lazım olan bir məqam da kişinin həzz alması
dedikdə qadına əhəmiyyət verməməsi və sadəcə özünü zövq almağa kökləməsi
mənasına gəlmir. Birlikdə olduğu qadının həyəcanını və doyumunuı təmin
etmək də kişi üçün vacibdir.

 

5.
Həkim əlavə edir ki, cinsi əlaqə zamanı danışmaq düzgün deyil fikri
səhvdir. Cinsi uyğunluğu təmin etmək üçün qadın və kişinin cinsi əlaqə
zamanı bir-birilərinə qarşı açıq və rahat olmaları vacibdir: "Cinsi
münasibət zamanı bəzi cütlüklər danışır, bəziləri isə yox. Cütlüklərdən
birinin tərəf müqabilinin ondan nə istədiyini bilməməsi və öz
istədiklərini etməsi onun bivec olmasından xəbər verir. Bu cür halların
baş verməməsi üçün cütlüklər birlikdə olan zaman istədikləri,
xoşladıqları və xoşlamadıqlarını bir-biriləri ilə paylaşmalıdırlar".   

 

6.
İnsanların çoxu bütün cinsi münasibətlərinin həzlə bitməsini istəyir.
Cinsi münasibət hər iki tərəfin cinsi doyum yaşadığı və yaxınlıqlarının
daha da artdığı bir fəaliyyətdir. Hər bir cinsi əlaqədən doyum gözləmək
düzgün deyil. Vacib olan qadın və kişinin bir-birinə yaxınlaşması və
aralarındakı sevgi bağlarının möhkəmlənməsini təmin etməkdir.

 

7.
Həkim bildirir ki, insanlar arasında masturbasiya ilə bağlı fikirlər də
müxtəlifdir. İnsanların çoxu bunun zərərli olduğunu deyir. Xüsusən də
nizamlı olaraq cinsi əlaqədə ola bilməyənlər masturbasiya etməklə təbii
ehtiyaclarını ödəyirlər. Bu, həm də cütlüklərin öz istək, həzz və doyma
məqamlarını tanımaları baxımından da faydalıdır. Burada vacib olan odur
ki, masturbasiya sizi tərəf müqabilinizdən uzaq salmasın. 

 

8.
Sirr deyil ki, qadın və kişi cinsi həyatlarında müəyyən problemlər
yaşayır. Həkim bildirir ki, qadınlarda olan vaginal problemlər (cinsi
əlaqəyə daxil ola bilməmək), diskomfort (ağrılı cinsi əlaqə yaşamaq),
cinsi istəksizlik və orqazm olmamaq kimi problemlər yaşanır. Kişilərdə
isə ereksiya problemləri, tez boşalma və cinsi istəksizlik kimi
problemlər ola bilər. Bu və başqa problemlər yaşayan cütlüklər psixoloq
və ya həkimə müraciət edə bilərlər. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!