Podaqranın müalicəsi

Podaqranın müalicəsi
Xəstəliklər və müalicəsi
10.09.2017 108
Podaqra orqanizimdə purin mübadiləsinin pozulmasından əmələ gələn bir xəstəlikdir.



Bu
xəstəlik zamanı ayaq, baş barmağının çöl hissələrində, dabanların
altında, diz oynaqlarının ətraflarında şişkinlik və güclü ağrılar olur.



Əgər
sizdə belə hallar varsa, qanın analizini vermək lazımdır. Bu zaman
sidik turşusunun miqdarı normadan çoxdursa, deməli sizdə podaqra
əlamətləri var. Bundan sonra böyrəklərinizi də yoxlatdırın, çünkü bu
zaman böyrəklərdə çox vaxt urat mənşəli duzlar olur.



Podaqra
çox ət yeyən, əsasən mal əti yeyən insanlarda daha çox olur. Bu zaman
ət, balıq, göbələk kimi məhsullar azaldılmalı, təzə tərəvəz yeməklərinə,
əsasən salatlar daha çox yeyilməlidir. Orqanizm bu zaman daha çox turş
mühitə çevrildiyindən mütləq hidrokarbonat mənşəli mineral sulardan
gündə 2 stekan içilməsi məsləhətdir ki, bədənimizin mühiti qələviləşsin.



Gündə bir dəfə yemekdən əvvəl bir xörək qaşığı alma sirkəsi içmək də faydalıdır.



Gündə bir dəfə yeməkdən əvvəl bir xörək qaşığı zeytun yağı (rafine edilməmiş) içmək də faydalıdır.



Podaqra üçün resept:

Ayıqulağı – 100 qram

Mərcangilə yarpağı – 200 qram

Qatırquyruğu otu – 100 qram

Quş qırxbuğum otu – 100 qram

İtburnu meyvəsi- 100 qram

Bu bitkiləri qarışdırın, qarışıqdan 2 xörək qaşığı 3 stekan suda termosda dəmləyin, gündə üç dəfə yeməkdən əvvəl bir stekan içinскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!