Bursit

Bursit
Xəstəliklər və müalicəsi
10.09.2017 103
Bursit sinovial çantaların iltihabi prosesi olub, onların ekssudatla (maye ilə ) dolması ilə xarakterizə olunur. Sinovial çantalar sinovial qişa ilə örtülən, daxili sinovial maye olan boşluqlardır. Onlar əzələlərin köməkçi aparatına daxildir. Sümük və yumşaq toxumalar arasında yerləşirlər.

Klinik gedişinə görə, kəskin, yarımkəskin, xroniki, residivləşən (təkrar baş verən), xarakterinə görə qeyri-spesifik və spesifik (qonoreya, brusellyoz, vərəm, sifilitik) , ekssudatın xarakterinə görə isə seroz, irinli ya hemorragik olurlar.

Ən çox dirsək, diz və çiyin oynağının bursitinə rast gəlinir. Bu da idman növündə bədənin hansı hissələrinin daha çox travmaya uğradığından asılı olaraq dəyişir. Buna görə də bursit professional xəstəliklərə aid edilir.

Səbəbi ən çox hallarda travma ( əzik, dərinin soyulması, kiçik yaralar) və sinovial çantaların ikincili infeksiyalaşmasıdır. Sinovial çantaların infeksiyalaşması orqanizmdəki iltihabi ocaqlardan ( furunkul, karbunkul, osteomielit və s. ) limfatik yolla baş verir. Burada qanla infeksiyalaşma da ( hematogen yolla ) istisna edilmir.

Kəskin travmatik bursit zamanı dartılmış sinovial qişa və onların ciblərində hemorragik maye yaranır (qanlı və plazmalı maye). Daha sonra çantanın divarlarında dayanıqlı dəyişikliklər əmələ gəlir,  divar qalınlaşır, sinovial qişanın səthi birləşdirici toxuma ilə örtülür (proliferasiyaedici bursit), onlar da öz növbəsində onu ciblərə bölür.

Kəskin bursitin sönməsi zamanı və ya yarımkəskin gedişdə çantaların cibi və divarlarında nekroza uğramış toxuma və ya ekssudat qalır ki, o da yenidən travma və infeksiya zamanı residivləşən bursitin yaranmasına səbəb olur.

Xroniki bursit əksər hallarda uzun müddətli qıcıq nəticəsində meydana çıxır.

Əlamətləri. Zədələnmiş nahiyədə ağrılı, yumşaq, fluktuasiya edən  şişkinlik olur. Şişkinliyin diametri 8-10 sm-ə çata bilər. Xəstə şişkinlik nahiyəsində olan ağrıdan, halsızlıqdan şikayət edir. Oynağın hərəkətliliyi bir qədər azalmış olur. Bədən temperaturu yüksəlir. Fleqmonoz iltihab zamanı ətraf toxumalarda şişkinlik, həmin nahiyədə qızartı, güclü ağrı olur, bədən temparaturu 39-40 dərəcəyə çatır.

Xroniki bursit zamanı yumşaq konsistensiyalı, məhdudlaşmış şişkinlik olur, üzərindəki dəri tərpənmir, dəyişikliklər yoxdur, ətrafın funksiyası pozulmayıb. Xroniki proses kəskinləşə də bilər. Bu zaman çantada maye toplanması baş verir, bu da bəzən izolə olunmuş, içi maye ilə dolu hiqroma adlanan kistanın yaranmasına gətirib çıxarır.

Müxtəlif lokalizasiyalı bursitlər: çiyin, körpücükaltı, dirsək, bud-çanaq, diz, dizqapağı altı, aşıq-daban, pəncənin dərialtı bursiti.

 Diaqnostika kliniki əlamətlər, punksiya, laborator analizlər, lazım gəldikdə rentgenoloji müayinə əsasında qoyulur. 

Müalicə kəskin bursit zamanı zədəli nahiyəyə sakitlik verilməli, bu növ və digər növ bursitlərdə antibiotik terapiya, boşluğun aseptik maddələrlə yuyulması göstərişdir.

Kəskin bursit zamanı proqnoz zədələnmiş çantada patoloji dəyişiklilərin dərəcəsindən, yayılması, infeksiyanın yayılma imkanları, orqanizmin müdafiə sistemindən asılı olaraq dəyişir. Ağırlaşmaları artrit, osteomielit, çapıqlaşma, sepsis ola bilər. 

Profilaktikaya daimi travmatizasiyasını aradan götürmək, qoruyucu bağlardan istifadə etmək, sinovial çanta yaralarının ilkin antiseptik maddələrlə yaxşı işlənməsi, irinli xəstəliklərin vaxtında və rasional müalicəsi daxildir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!